İman, Elm və Təqva əhli

 
İman, Elm və Təqva əhli

İman əhli

Qurani-kərimdə buyurulur:

“Allah-təala möminləri sizdən bir dərəcə üstün etmiş alimlərimizi daha uca dərəcəyə çatdırmışdır.

Allah gördüyünüz işlərdən xəbərdardır.”

Möminin dəyəri o qədər böyükdür ki, ayə və rəvayətlərdə möminə məhəbbət

Allah və onun rəsuluna məhəbbət, möminə kömək Allah və onun rəsuluna kömək,

mömini sevindirmək Allah və onun rəsulunu sevindirmək, mömini incitmək

Allah və onun rəsulunu incitmək kimi dəyərləndirilir.

İmam Baqir (ə) girami Peyğəmbərdən (s) belə rəvayət edir:

“Mömini sevindirən, şübhəsiz, məni sevindirmişdir,

məni sevindirən, həqiqətən, Allahı sevindirmişdir.”

İmam Baqir (ə) buyurur:

“Allah qarşısında ən sevimli ibadət mömini sevindirmək, xoşhal etməkdir.

” İmam Sadiq (ə) buyurur:

“Möminin istəyini yerinə yetirmək Allah qarşısında ziyartəçisi

yüz min dinar infaq etmiş iyirmi Həcdən üstündür.”

Başqa bir rəvayətdə həzrət buyurur:

“Şübhəsiz, mömin qardaşlarından birini doyurmaq bazara

daxil olub Allah yolunda qul alıb azad etməyindən daha sevimlidir.”

Elm əhli

Həzrət Peyğəmbər (s) alimlərin üstünlüyü haqqında buyurur:

“Alimlərin başqalarından üstünlüyü mənim ən alçaq insanlardan üstünlüyüm kimidir.

” Həzrət (s) başqa bir rəvayətdə buyurur:

“Alimin abiddən üstünlüyü on dörd gecəlik ayın ulduzlardan üstünlüyü kimidir.”

Həzrət (s) başqa bir rəvayətdə buyurur:

“Qiyamətdə üç zümrənin şəfaəti qəbuldur:

Peyğəmbərlər, alimlər, şəhidlər.”

İmam Baqir (ə) buyurur:

“Elmindən faydalanan alim yetmiş min abiddən üstündür.”

Təqva əhli

Quran təqva əhli haqqında buyurur:

“Şübhəsiz, sizin Allah qarşısında ən sevimliniz ən pəhrizkar olanınızdır.

Həqiqətən, Allah bilən və agahdır..."

İslam peyğəmbəri (s) buyurur ki,

Allah Qiyamət günü xalqa belə müraciət edər:

“Sizə (ibadət və bəndəlik) əmri verdim, amma siz əhd bağladığınız

bu işi puça çıxardınız və bağlılıqlarınızı gücləndirdiniz.

Mən bu gün bəndələrimi mənə bağlayan əlaqəni genişləndirərəm,

sizin ata-babalarınıza bağlılığınızı alçaldaram.

Haradadır təqva əhli? Allah qarşısında sizin ən sevimliniz ən pəhrizkar olanınızdır.”


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:10
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 25 noyabr 2010 22:51
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol

Yusif

  • 24 noyabr 2010 17:16
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
cooox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 44

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}