Qısqanclıq

 
Qısqanclıq

Qısqanclıq bu və ya digər insanın fərqli xüsusiyyətlərinə yönəlmiş paxıllıq hissidir.

Bu hiss insanda sevdiyi insanı itirmək təhlükəsi qarşısında yaranır.

Bəziləri isə qısqanclığı əsl məhəbbətin göstəricisi hesab edir.

Sevgilimizi qısqanmaq da olar, onun üçün darıxmaq da - insanı qul etmək isə mümkün deyil.

Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir.

Qısqanclıq qədərində olanda münasibətlərə xeyri ola bilər.

Ancaq həddindən artıq qısqanclıq ən xoşbəxt cütlüklərin belə ayrılmasına səbəb ola bilər.

Hamımıza məlumdur ki, bir çox ailələrdə ər - arvad arasındakı davaların ən vacib

səbəblərindən biri də elə qısqanclıqdır.

Ancaq psixoloqlar qısqanclığın təməlində itirmə qorxusunun olduğunu deyir.

Bəs görəsən qadınlar kişiləri itirməkdən qorxur, yoxsa əksinə?

Qısqanclıq qadın və kişilərdə fərqli şəkillərdə ortaya çıxır.

Psixoloq Elmir Əkbər qadınların kişilərdən az qısqanc olduğunu düşünmür:

"Sadəcə olaraq məhz bizim cəmiyyətdə kişilər qisqanclıqlarını çox vulqar şəkildə ifadə edirlər.

Qadınlardan fərqli olaraq kişilər elə bilirlər ki, hansısa fiziki üsullarla,

məsələn gəlini evə həbs etməklə, fiziki cəhətdən qadağalar qoymaqla nəsə əldə etmiş olurlar.

Amma xeyr, əksinə itirmiş olurlar.

Qısqanclıq ayrıca tək bir duyğudan ibarət deyil.

İntiqam, qorxu, nigarançıIıq, hirs, hətta bəzən şiddət kimi duyğular da qısqanclığa yoldaşlıq edir.

Gündəlik həyatdakı xırda - para qısqanclıqlar hər iki tərəf üçün elə bir problem yaratmamaqla yanaşı,

münasibətin qorunmasına xidmət edə bilər. Amma bu hissə qapanıb, daima sevdiyiniz insanı düşünmək,

onun haqqında bəzi ssenarilər fikirləşmək, hər an "görəsən məni aldadırmı?"

şəklində özünüzü "yemək" halına gəlmisinizsə deməli vəziyyət ciddidir.

Təcrübə göstərir ki, bəzən qısqanclığın həddi insanın xarakteri ilə ölçülür".

Psixoloq daha aqressiv, temperamentli şəxslərin qısqanclığının da aqressiv olduğunu deyir:

"Müəyyən qədər yumşaq təbitəli insanlar qısqanclıqlarını da yumşaq ifadə edirlər.

Amma ehtiyatlı olmaq lazımdır. Çünki yumşaq qısqanclıq bəzən fırtınadan qabaqkı sakitlik kimi olur".

Çox vaxt qısqanclığın altında keçmişdə yaşanmış pis təcrübələr,

uşaqlıqda meydana gələn hadisələr yatmış ola bilər.

Hətta bəzən siz bunun fərqinə varmaya bilərsiniz.

Qısqancsınızsa, bu detallara diqqət yetirin.

Qısqanclığınızın doğru olub - olmadığını gözdən keçirin,

onu niyə qısqandığınızı düşünün, həqiqətən münasibətinizə qarşı bir təhdid, təhlükə varmı?

Bir də fikirləşin ki, hərəkətləriniz münasibətinizin pisləşməsinə səbəb olurmu?

Və sonda özünüzdə qısqanclıq simptomlarını hiss etdikdə çalışın pis şeylər fikirləşməyin,

qarşı tərəfin sizi sevdiyini, sizə bağlı olduğunu və sizə hörmət etdiyini xatırlayın. Sevginizdən muğayat olun!


Geri dön

Ulya

  • 25 noyabr 2010 22:17
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox sagol xebere gore

Just For Legend

  • 23 noyabr 2010 23:32
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir.

Amma cox pis qisqancam hetta mene aid esyalari da qisqaniram

--------------------

Yusif

  • 23 noyabr 2010 18:45
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Qısqanclıq Qısqanclıq Qısqanclıq .............

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 79

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 62
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 552
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}