Evlənmək üçün internetdə qız axtarılsın, ya televiziyada?

 
Evlənmək üçün internetdə qız axtarılsın, ya televiziyada?

İnternetklub boz olar

İçi dolu qız olar,

səni yanasan, ay qız…


Dünyanın düz vaxtında oxunan mahnıların birində deyilirdi ki:

Bulaq başı toz olar,

Üstü dolu qız olar…


Mən bilmirəm o qədər qız olan yer niyə tozlu olurdu, hərəsi bir süpürgə çəksəydi,

kəndin tozunu kürüyüb atmaq olardı. Amma sözün məğzi o idi ki, qızlar bulaq başında görülər, sevilərdi.

Deyəsən, bəxtləri uğursuz olan oğlanların ahları qurutdu bulaqları, ya da hamısını özəlləşdirdilər,

qırağına çəpər çəkdilər, indi heç lisenziyasız quşlar da üstündən uça bilmir.

Amma o vaxtlar bulaq başı oğlan, qız bəyənən, könül verib könül alan yer idi.

Şəhərlərdə bulaq başında görüşməzdilər, oğlanın anası gedərdi həftə hamamına,

oraya gələn yetişmiş qızları saf-çürük eləyər, gözü tutanı oğluna məsləhət görərdi.

Oğlan da toyda-mağarda, axşam gəzintisində-zadda məsləhət bilinəni görər,

könlü sevərdisə özü də sevərdi. Sonra…

Şəhriyar demişkən, «yaxşılığı əlimizdən aldılar, yaxşı bizi yaman günə saldılar»...

Su mərəkəsində qız aranarmı?

O gün Hövsana qonaq getmişdim.

Ev sahibi dedi ki, neçə gündü su gəlmir, maşınla gətirirlər, oradan alırıq.

Birdən hay düşdü ki, maşın gəldi.

Dedim indicə qızlar sığallanıb, bəzənib-düzənib əllərində kuzə olmasa da,

vedrədən-ləyəndən götürüb çıxacaqlar, oğlanlar da qıraqdan baxıb seçəcəklər.

Ay seçdilər ha. Vedrə ilə bir-birinin başına vuran, saçyolduya çıxıb şpaqat açan,

yeddimərtəbəli söyüş söyən qızların arasından sevgilidən başqa kimi istəsən seçmək olardı.

O yuxarıda dediyim mahnının sözlərini də müasirləşdirib:

Su maşınının yanı palçıq olar,

Su götürəmməyən qızın söyüşü pis olar

- demək olardı…

Amma, dünya yerində saymır ki, inkişaf, tərəqqi, kosmos, internet…

Texniki və iqtisadi tərəqqi məhəbbət cəbhəsinə də birbaşa təsir eləyib.

İndi hərənin qapısında bir kran, üstünə filan şəhidə ehsan yazılmış bulaqlardan da su gəlmir.

Deməli, sevmək üçün bulaq başı dəbdən də çıxıb, praktikilikdən də.

Hamamları da ləğv elədilər, indi saunalardı.

Orada arvad oğluna gəlin seçməz və seçə bilməz.

Birincisi, arvadın özünə pis baxarlar, ikincisi də, ora gələnlər ən azından cüt gəlirlər,

yəni hərəsi bir cinsdən. Qruppovoy gələnlər də var, onlardan özünə pay seçmək bir yerə

70 namizəd olan deputat seçkisi kimi ümidsiz şeydi.

Rəhmətlik Tofiq Bayram sadəlövhcəsinə yazırdı ki

Ortada fərəhlə süzür gəlinlər

Qızlar oğrun-oğrun yar soraqlayır…

Çatlaşa-çatlaşa sevdim səni mən


Qardaşım, indinin toylarında qızla gəlini ayırmaq qəti mümkün olan iş deyil.

Nə qaşından, nə saçından, nə də özünü aparmağından.

Heç hamilə, qarnı burnunda olanın da qız, yoxsa gəlin olduğu bilinmir.

Özü də nə oğrun-oğrun, gözləri tutduğu adamı əlləri ilə yeyirlər.

Hamısı yox, əlbəttə, 97 faizi. Yazını oxuyan xanımlardan narazıları varsa,

deməli, onlar qalan 3 faizə aiddilər.

Qızların bəziləri köhnə adətləri saxlayırlar, ancaq yerini dəyişik salıblar,

hamam əvəzinə toya soyunub gəlirlər.

Keçəli «saçlı», saçlısı «qulac saçlı», kiprik burundan uzun…

Toyda bir milli havaya oynayırlarsa, o da olur «Yanıq Kərəmi».

Durğunluq dövründə bu havaya kövrələ-kövrələ qulaq asardılar.

İndi atdana-atdana oynayır, tərləyib şampandan vurur, xəlvətə çəkilib

(babal yuya bilmərəm, xəlvətə çəkilməyəni, açıqda olanları da var)

siqaretdən tüstülədir, qəhqəhəsi eşidiləndə elə bilirsən yük qatarı fit verir.

Toyun səhərisi günü baxırsan, suya düşmüş siçana bənzəyir…

O vaxtlar qızla oğlan kinoya gedəndə qaranlıqda bir-birinin əllərinə toxunanda özlərini xoşbəxt sayırdılar.

İndi toyda zalın işıqları yananda yaşlıların çoxu özünü yemək yeyən kimi göstərir ki,

cavanlardan utanmasınlar. Kimi aldadırsan, a zalım oğlu, qaranlıqda nə yeyirsən, necə yeyirsən?...

Birdən sözlərimdən elə çıxar ki, indi görüşməli, telefon verib bluetooth almalı,

“I love you” söyləməli, Məcnuna dəli, Leyliyə fərsiz deməli yerlər yoxdu.

Var, özü də istəniləndən də çox. Allah versin internetə, çata, veb kameraya,

3, 4, 5D kinoteatrlara. Qızın ağıl dişinin üstündəki plomba hansı hərfi yazdırdığını da görmək olur.

Lap virtual toxunmaq da. Mən indi başa düşürəm ki, niyə ZAQS-la boşanma ikisi də bir yerdə, bir binada olur…

Maşallah, o çatdan bu çata, o saytdan bu sayta, poliqlot proqramı əlinin altında,

istəyir fransızca sevişir, istəyir ingiliscə, lap istəsə moltanıca da sevişər.

Qiyabi doğulan uşağına Sabirdən, Cəlildən bir ad desən adama ingiliscə elə söyüş söyər ki,

mat qalarsan ki, bu anatomiyanı haradan belə öyrənib…

Qızın bulaq başında nə işi var...

Təzə doğulan uşaqlara ad qoymanın svetofor qaydası ilə olacağını eşidəndə gülmüşdüm.

Deyir normal adlar yaşıl, qarışıq adlar sarı, əndrəbadi və erməni adları qırmızı siyahıda olacaq.

Qorxuram indiki sevgi-məhəbbətdən törəyən uşaqlar üçün əlavə mavi, qara siyahı da düzəltsinlər…

Televiziyalarımız da, göz dəyməsin, hamısı yengələrlə doludu.

O gün 20 yaşında bir qız deyir ki, filankəs, gözüm səni tutub,

sənə ərə gəlmək fikrindəyəm, amma bir dəfə ərdə olub çıxmışam ha…

Bir müğənni də bir ay bundan qabaq deyirdi ki, xalam qızına vurulmuşam, nişanlanmışıq.

O gün çıxıb ekrana ki, atadangəlmə subayam, özümə bab bir qız axtarıram.

Hələ babını tapmayıb. Amma yengələr çox aktivdi, mütləq tapacaqlar.

Qızın bulaq başında nə işi var, otursun televizorun qabağında, erkəklərdən birini seçsin,

atası, qardaşı, bəd ayaqda anası da taksi tutub aparsın telestudiyaya, qızını göstərsin.

İşdi, bu bəyənməsə o biri bəyənər, o biri bəyənməsə növbətisi bəyənər,

qız ağacı qoz ağacı, hərə bir selbə atar, qızın ağız-burnu partlayar.

İndi həkimlər var ki, nəinki ağızı bərpa eləyir, 40 ilin dulunu qız adı ilə remont eləyir…

Deyəsən, əsəbiləşdikcə əndazəni aşıram, saxlasam yaxşıdı.

Burnumun ucu göynəyir bulaq başı üçün, nəvəm gedəydi, özünə qız seçəydi…

Yaxşı, çatda gözləyirlər, gedim görüm nə çıxır


Geri dön

Ulya

  • 25 noyabr 2010 21:31
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
wink hec yerde:)

OK

  • 22 noyabr 2010 22:58
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
tesekkurler

--------------------

фея

  • 22 noyabr 2010 21:43
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
indi internetde moddan tusub televiziya moda dusub.axrimiz hara gedir bele.tw

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Yusif

  • 22 noyabr 2010 21:35
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Twk Xebere gore

Just For Legend

  • 22 noyabr 2010 21:21
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
hee duzdur yazilanlarlar raziyam

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}