Şeytani Güc - satanizm

 
Şeytani Güc - satanizm

Məmurlar "satanistləri" maliyyələşdirir?

Qərb dünyasından idarə olunan və Azərbaycanda da fəaliyyət göstərən qeyri-ənənəvi təriqətlərin,

qondarma dinlərin meydanı get-gedə genişlənir. Cəmiyyətimizdə kifayət qədər kök salan üzdəniraq

təriqətlərdən biri də satanizmdir. Şeytana və iblisə inam bəsləyən, ona sitayiş edib xidmət göstərən

satanaçıların Azərbaycanda sayı o qədər çox olmasa da, az da deyil. Şeytan tərəfdarı olan bu qrupun

Azərbaycanda xeyli sayda üzvü var və təəssüflər olsun ki, bunların içində azərbaycanlılar çoxluq təşkil edir.

Qəlbini, ruhunu şeytana satan bu şəxslər ölkəmizdə özlərinə yetərincə təbliğat qurub və insanları,

xüsusən də azyaşlı və yeniyetmələri öz sıralarına cəlb edirlər.

Qeyd edək ki, satanizm bütün müqəddəs dinlərdən (xristian, yəhudi, islam) öncə,

yəni bizim eradan əvvəlki əsrlərdə yaranıb və ekspertlərə görə, satanizmin yaranma tarixi bəlli deyil.

Belə demək mümkünsə, insan cəmiyyəti yaranandan bu sekta da insanları təqib edib,

onların həyatına nüfuz etməyə cəhd göstərib. Təəssüflər olsun ki, bu sekta Almaniya, Fransa,

Amerika başda olmaqla, əksər Qərb və Avropa ölkələrində geniş vüsət tapıb və ölkəmiz də daxil olmaqla,

əksər ölkələrdə ən yüksək səviyyədə "müdafiə" olunur.

Bir qədər əvvəl yerli telekanallarda satanizmlə bağlı veriliş efirə getdi.

Bu verilişlərdə Azərbaycanda satanizmin artıq böyük bir təhlükəyə çevrildiyi

və bu sektaya dövlət məmurları, iş adamları tərəfindən maliyyə dəstəyi verildiyi təəssüflə qeyd edildi.

"Azərbaycanda da satanizm büdcəsinə külli məbləğdə pul axıdılır"

Satanizmin üzvü olan Murad (ad şərtidir - red.) adlı şəxs bizimlə söhbətində bildirdi ki,

təmsil etdiyi sektaya Azərbaycanda rəhbərlik edən şəxs dövlət məmuru da,

ali məktəb müəllimi də ola bilər:

"Bu şəxs dövlət məmuru da ola bilər, universitet müəllimi də.

Biz onun üzünü görməmişik. çünki o həmişə maskada olur".

O da mümkündür ki, pula, imkana, maddiyyata malik olan bir biznesmen də bu işi görə bilər.

Yaxud da Azərbaycan vətəndaşı olan bir dövlət məmuru dövlətin xəbəri olmadan o büdcəyə pul ayıra bilər.

Onun sözlərinə görə, Qərbin siyasi arenada fikirlərilə razılaşan bütün ölkələr satanizm cəmiyyətinə,

onun büdcəsinə, istəsə də, istəməsə də pul axıtmalıdır. çünki bunu Qərb istəyir.

çünki Qərb öz-özlüyündə bütün İslam siyasi aləmində İslamın siyasətindən çəkinir və bundan çox qorxur.

Bu səbəbdən də ilk növbədə İslamın səsini batırmaq istəyir.

Satançının sözlərinə görə, bu gün Azərbaycanda da satanizm büdcəsinə

külli məbləğdə pul axıdılır: "Bu danılmaz faktdır.

Hətta mən bura pul ayıranları adbaad deyə bilərəm, sadəcə, adlarını çəkmək istəmirəm.

Bu yalnız Azərbaycan daxilində olan məsələ deyil, bu ümumdünya məsələsidir.

Bu gün satanizm çox böyük vüsət alıb. İslam ölkələrinin "vurulması", islama qarşı aparılan aksiyaların təməli,

kökü, qaynağı haradan başlayır? Satanizmə xidmətdən.

Satanizmə xidmətdən başlamasaydılar, islam ölkələrini "vurmaq"la məşğul olmazdılar.

Hər halda bu məsələdən boyun qaçırardılar. Söhbət Qərbdən gedir.

Hətta kilsələrin daxilində belə, satanizm cəmiyyəti fəaliyyət göstərir".

Məmur və iş adamlarının, cəmiyyətin üzdə olan şəxslərinin satanizm kimi ziyankar

bir sektaya maliyyə yardımı ayırması və sektantların arxasında durması,

onları müdafiə etməsinin səbəbləri müxtəlif cür izah olunur.

Bu gün ölkəmizdə bir neçə missioner təşkilat fəaliyyət göstərir və

bunlar öz missiyasını deyil, pul aldıqları ölkələrin missiyasını yerinə yetirir.

Əslində, bunlar sekta kimi, dini cəmiyyət kimi fəaliyyət göstərmir, bunlar sırf siyasi fəaliyyət göstərirlər.

Bu baxımdan hüquq-mühafizə orqanları da bu məsələyə diqqət ayırmalı və bu işlə məşğul olmalıdır.

Bir xalqı məhv etmək üçün birinci onun milli dəyərlərini, dilini və dinini məhv etmək lazımdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin satanizm

və digər qeyri-ənənəvi təriqətlərə qarşı mübarizə aparmasına baxmayaraq,

hələ də bu problem həll olunmayıb. Avropa Şurasının üzvü ola bilmişiksə,

onun tələblərilə razılaşmalıyıq. Konstitutsiyamızda dini azadlıqla bağlı maddə var və

buna əsasən hər kəs hər şeyə inana bilir.

Axı bu gün bizim xalqımızın kökdən gələn inanc yeri sırf islam baxımından başqadır.

Azərbaycanda bəzi məmurlar satanistləri maliyyələşdirir

Tanınmış psixoloq-ilahiyyatçı Əli Qərib bu sektanın büdcəsinə cəmiyyət,

eləcə də məmur və iş adamları tərəfindən külli məbləğdə vəsait axıdıldığını bildirib.

Ə.Qəribin dediyinə görə, satanizm sektasına maliyyə dəstəyi verən şəxslər onlardan öz məqsədləri üçün istifadə edir.

Məlumat üçün bildirək ki, bəziləri hətta satanizm və digər qeyri-ənənəvi təriqətlərə dövlətin xəbəri

olmadan dövlət büdcəsindən maliyyə yönəldildiyini də iddia edir.

Hər halda, dəqiqləşməmiş məlumat olduğu üçün,

bu iddiada olanların fikri birmənalı olaraq həqiqət kimi qəbul edilə bilməz.

Dini məsələlər üzrə ekspertlər bildirirlər ki, Azərbaycanda bəzi məmurlar satanistləri maliyyələşdirir.

Hələlik konkret ad açıqlanmasa da, bunun mövcud olduğu şübhəsizdir.

çünki maliyyə olmadan hansısa təriqət indiki zamanda özünə yer tapa bilməz.

Şərqşünas Hacı Seyid Camal Əzimbəylinin sözlərinə görə, satanizm bütün dünyanın bəlasıdır.

Ekspert Azərbaycan əhalisinin böyük hissəsinin müsəlman olduğunu nəzərə alaraq, bir din,

inanc adamı kimi həmişə ehtiyatlılığın tərəfdarı olduğunu bildirir:

"Satanizmin ölkəmizdə yayılması və kök salmasına xidmət edən satanaçıların büdcəsinə

dövlət məmurları tərəfindən maliyyə ayrılması çox ciddi bir ittihamdır.

Hesab edirəm ki, heç bir vaxt dövlət büdcəsindən satanizmin büdcəsinə pul axıdıla bilməz.

Mən heç bu fikri yaxına qoymaq istəmirəm. Düşünürəm ki, satanizmə maliyyə ayıran məmur

və iş adamları ilə bağlı hüquq-mühafizə orqanları müəyyən tədbirlər görməlidir".

Seyid Camalın sözlərinə görə, İslamın gətirdiyi qayda və prinsiplərə, uca Allahın yer üzünə əta etdiyi

Qurani-Kərimin hökmlərinə nəzər saldıqda görərik ki, şeytanın vəsvəsə saldığı ən münbit yer insan

qəlbi olur və o adamlar ki, güclüdür, onlar qəlbinə şeytanı yox, Rəbbini hakim seçir:

"Bu da faktdır ki, bizim əhali arasında da, çox təəssüflər olsun ki, şeytana könül verən missiya daşıyıcıları var.

Bunlara dövlət məmurları və iş adamları tərəfindən maliyyə yardımının göstərilməsi çox qorxulu bir tendensiyadır.

Ağlıma belə gətirə bilmirəm ki, Azərbaycan dövlətinin, dövlətçiliyinin bütövlüyünü istəyən,

dövlətin möhkəmlənməsində özünü böyük bir isim sahibi sayan istənilən məmur

belə bir təhlükəli fəaliyyətlə məşğul olan missionerlərə maliyyə yardımı etsin.

Belə bir məsələ varsa, hüquq-mühafizə orqanları bununla yaxından ilgilənməli, buna qarşı tədbirlər görməlidir".

Qeyd edək ki, hüquq-mühafizə orqanları son bir neçə ildə yüksək peşəkarlıqla

qeyri-ənənəvi sektaların Azərbaycanda fəaliyyətinin yenidən izinə düşdülər

və bununla bağlı müəyyən tədbirlər görüblər. Bununla belə bu gün qeyri-ənənəvi təriqətlərin,

Azərbaycan qanunları ilə qadağan olunmuş sektaların yenidən qığılcımlarına rast gəlməyə başlayırıq.

Satanizm təmsilçisinin cəsarətlə birbaşa efirdən onlara rəhbərlik edən şəxsin

"dövlət məmuru da, ali məktəb müəllimi də ola bilər" deməsi çox ciddi bir mesajdır.

Ola bilər ki, hansısa bir dövlət məmuru belə təhlükəli sektalara maliyyə yardımı göstərsin,

qeyri-ənənəvi təriqətlərin arxasında durmuş olsun. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.

Bu gün Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi çox peşəkar səviyyədə əməliyyatlar həyata keçirir.

Son dövrlər MTN din adı altında dini radikalizmə söykənən və Azərbaycan dövlətçiliyi üçün

hər an təhlükə mənbəyinə çevrilə biləcək sektaların ifşa olunması istiqamətində fəaliyyət göstərdiyi kimi,

sektalara maliyyə yardımı ayıran iş adamları və məmurlara qarşı da ciddi tədbirlər görməlidir.

***

Təhlükəli məqam odur ki, Milli Ordunun yüksək çinli zabitləri arasında

belə qeyri-ənənəvi dini sektalara yardım göstərməsi faktlarına ara-sıra rast gəlinir.

Göründüyü kimi, bu vəziyyət heç də ölkənin təhlükəsizliyi üçün yaxşı perspektiv vəd vəd etmir.

Təcili tədbirlərin görülməsi lazımdır. Əhalisinin 96 faizinin müsəlman olduğu Azərbaycanın

xristian Ermənistanla müharibə vəziyyətində olması bir şəraitində xarici xüsusi xidmət

orqanlarının birbaşa kontrolunda olan dini sektaların dövlət məmurları ilə belə təmasları

ölkənin milli təhlükəsizliyini yaxın və uzaq perspektivdə birbaşa təhdid edəcək.


Geri dön

BELLA_SWAN

  • 7 avqust 2011 18:38
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
təşəkkur

--------------------
VAMPİRE GİRL

Just For Legend

  • 23 noyabr 2010 23:19
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
heee Allah lenet elesin

--------------------

Yusif

  • 23 noyabr 2010 18:50
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 70
Cəmi: 88

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}