Bakıda ən uzun yeraltı keçid tikilir

 
Bakıda ən uzun yeraltı keçid tikilir


Yeraltı keçid 300 metr uzunluqda 8 metr enində olacaq

Bakıda sakinləri birbaşa Dənizkənarı Milli Parka çıxaracaq yeraltı keçid tikilir.

Uzunluğu 300 metrə yaxın olan bu keçidin tikintisi başa çatandan sonra,

bu tikili böyük marağa səbəb olacaq.

Çünki respublika ərazisində bu uzunluqda yeraltı keçid yoxdur.

Bülbül prospektində yerləşən və başlanğıcını Üzeyir Hacıbəyov küçəsindən götürən bu yeni

yeraltı keçid Zərifə Əliyeva küçəsilə Neftçilər prospektini kəsməklə Milli Parka qədər uzanacaq.

Tikintini Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sifarişilə Körpübinatikinti” MMC aparır.

Tikintinin sahə rəisi Vaqif Hüseynov bildirib ki,

keçidin istifadəyə verilməsilə bu küçələrdəki sıxlıq aradan qalxacaq.

İnsanların saatlarla tıxaclarda vaxt itirməyinin qarşısı alınacaq.

Eyni zamanda yağış yağanda Neftçilər prospektində müşahidə olunan

gölməçələrə də bu keçidin inşası ilə son qoyulacağı ehtimal edilir.

Artıq 1 aydan çoxdur ki, sözügedən küçələrdə tikinti işlərinə başlanılıb.

Bu küçələrdə müşahidə olunan sıxlıq da bunu bir daha təsdiq edir.

“Sahil bağından sahilə qədər salınacaq yeraltı keçid 300 metr uzunluqda 8 metr enində olacaq.

Bütün yolların hər birində giriş və çıxışlar olacaq.

Hazırda biz yağış suları və kanalizasiya sistemlərinin şaxtalar vasitəsilə yolu

dağıtmadan 6 metr dərinliyə salırıq. Rabitə sistemlərini kənara çəkərək,

yolun ortasından səkiyə qaldırırıq ki,

işləmək üçün rahat olsun”, - deyə Vaqif Hüseynov vurğulayıb.

Sahə rəisinin sözlərinə görə, hazırda tikinti işlərinə 70-ə yaxın fəhlə cəlb olunub.

İşlər artdıqca fəhlələrin sayının da artacağı gözlənilir.

İlkin layihəyə əsasən, keçidin hər yol kəsişməsində 4,

ümumilikdə 12 çıxışının olması nəzərdə tutulur.

“Keçiddə son model havalandırma sistemi quraşdırılacaq.

İnsanlar nə rahatdırsa, onları edəcəyik.

Qranit və mərmərlərdən istifadə olunacaq. Eskalator olacaq.

Piyadalar üçün ayrıca girişlər olacaq.

Əlillər üçün də xüsusi giriş-çıxışlar nəzərdə tutulub”, - deyə sahə rəisi bildirib.

Qeyd edək ki, keçidin tikintisində istifadə olunacaq qranit və mərmər Türkiyədən gətiriləcək.

Bu keçidin tikintisi şəhərin mərkəzindən birbaşa Milli Parka çıxışı təmin edəcək.

Bu da bulvara istirahətə gələnlərin rahatlığına şərait yaradacaq.

"Keçid "Sahil" metrostansiyasından Milli Parka tərəfə gələrkən Neftçilər prospekti boyunca tikilir.

Düşünürəm ki, gələcəkdə insanların “Sahil” metrostansiyasından Milli Parka girişi asan olacaq.

Xüsusilə ,axşam saatlarında, saat 18:00-dan 20:00-a qədər avtomobillər çox olan

zaman buradan keçmək həm çətin, həm də təhlukəlidir.

Yəqin bu problem yaxın vaxtlarda həllini tapacaq”,

söyləyən Bulvar İdarəsinin rəis müavini

Nazim Məcidov keçidin yaranan tıxacın aradan

qaldırılmasında mühüm rol oynayacağını düşünür.

Qeyd edək ki, yeni keçidin gələn il istifadəyə veriləcəyi gözlənilir.

Hər halda vaxt-vədə yetişəndə söz verilən bu möhtəşəmliyi izləməyə dəyər.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:31
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 25 noyabr 2010 22:24
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
he lap yaxsi

Just For Legend

  • 23 noyabr 2010 23:22
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Sitat: roshka
maraqli olar ama icinde goy goyerti satilmasa bozbas olmasa

raziyam

--------------------

CandyGirl

  • 23 noyabr 2010 19:42
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
ne yaxsi oldu

--------------------

Yusif

  • 23 noyabr 2010 18:40
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
He Istifade Edreik

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 72

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 40
Cəmi: 146
 
The Shield
Xəbərləri: 37
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 921
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}