Sizdə də unutqanlıq başlayıb?

 
Sizdə də unutqanlıq başlayıb?

Müxtəlif şəkillərdə ortaya çıxan unutqanlıq əgər davamlı şəkil alarsa, həkimə müraciət etmək lazımdır.

Unutqanlığın amilləri

İnsanlar özləri unutqanlıqla rastlaşdıqda adətən bunu "yaddaşım pozulub", yaxud "yaşlandım" kimi səbəblərlə əlaqələndirirlər. Mütəxəssislər isə bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Onların fikrincə, unutqanlığın nevroloji, psixoloji və sosial tərəfləri var.

Belə ki, burada əsasən kiçik yaşlarda keçirilən bir xəstəlik, psixoloji sıxıntılar, beynin davamlı olaraq bir nöqtəyə yönəlməsi, yuxusuzluq kimi amillər yer alır.

Həkim-nevropatoloq Gülnarə Baxşıyevanın sözlərinə görə, əgər müəyyən yaşdan sonra unutqanlıq başlayıbsa, insanlar bunu yaşlanma ilə əlaqələndirib nevropatoloqa müraciət edirlər:

"Ancaq gənc yaşlarda, yəni 40-50 yaşlardan öncə davamlı və gündəlik həyata təsir edən unutqanlıq başlayırsa, bu, insanın depressiyada olmasının əlamətidir ki, bu zaman psixiatra müraciət olunmalıdır. Ümumiyyətlə, yol qəzası, travma, meningit kimi səbəbləri nəzərə almasaq, unutqanlıq çox sıx müşahidə edilən bir vəziyyət hesab olunmur. Unutqanlıq mütləq başqa problemlərin simptomlarından biridir, əsasən depressiya və digər xəstəliklərin mövcud olduğuni göstərir".

Unutqanlıq özünü bir xəstəlikdə büruzə verir ki, bu da "psixogenik amneziya", yəni ruhi səbəblərdən qaynaqlanan unutqanlıqdır. Həkimin fikrincə, unutqanlığın müalicəsi kimi yaddaşı gücləndirmək önəmlidir ki, bunun yolları isə yaxşı, düzgün qidalanma və bol su içmək, ağır pəhriz və uzun müddətli aclıqdan uzaq durmaq, idman etmək, hərəkətlilik, tapmaca tapmaq, kitab oxumaq, musiqi dinləmək, əhatə dairəsini genişləndirməkdir. Onu da qeyd edək ki, bunun səbəblərindən biri də bədəndəki B12 vitamininin əskikliyi ola bilər; vegetarianlar və pəhriz saxlayanlar bu baxımdan diqqətli olmalıdırlar. B12 vitamini bir çox faydaları ilə yanaşı, insanda hafizənin güclənməsinə yardım edir.

Yaddaşınızı masaya qurban verməyin

Bu xəstəliyin iş rejimi ilə bağlı nevroloji bir problemə yol açmasına gəldikdə isə həkim deyir ki, masa arxasında davamlı oturduqda beynə qan getmir və unutqanlıq başlayır:

"Təbii ki, səhərdən axşama qədər ofisdə oturub çalışan işçiləri gözləyən təhlükə sadəcə kürək, boyun və bel ağrıları deyil. Onurğada meydana gələn sərtlik bir müddət sonra beynə gedən qan axınının azalmasına səbəb olur. Davamlı oturmaq beynə qan getməsinin qarşısını aldığı üçün unutqanlıq başlayır. Bu artıq təsdiq olunub ki, uzun müddət masa arxasında oturma son dərəcə təhlükəli hal hesab edilir, çünki onurğa sərtliyi olanların beyninə qan axını normadan daha azdır. Bu problem insanların danışmasına belə mane olur. Birdən durub hərəkət etməyə başladıqda başgicəllənmə ortaya çıxa bilər. Eləcə də hansı işi görəcəyini unudur, söyləyəcəyi fikir yadından çıxır. Belə insanlar davamlı olaraq yorğun olurlar. Bunun üçün çalışanların masa arxasında oturmasının mümkün olduğu qədər qısa olması lazımdır. Maksimum 1 saat oturduqdan sonra qalxıb 5-10 dəqiqə hərəkət etmək, boyun, qol və qıçları sağa-sola çevirmək, kürəkdə sərtlik hiss etdikdə dik oturmaq lazımdır".

İş saatının çoxluğu yaddaşı yorur

Problemin sosioloji tərəfi ilə bağlı sosioloq Əhməd Abbasbəyli bildirdi ki, Əmək Məcəlləsində 5 günlük iş yerləri ilə bağlı gündə 7-8 saat iş rejimi nəzərdə tutulur: "Bütün dövlət qurumları, istər özəl müəssisələr, istər ictimai qurumlar, Əmək Məcəlləsinin tələblərinə riayət etməlidir. Xüsusilə də özəl müəssisələrdə qanun pozuntuları var. Əmək müqaviləsi bağlanması ilə bağlı problemlər var ki, xüsusilə də bu özünü inşaat sektorunda göstərir. Lakin son dövrlər bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Problem asudə vaxtın düzgün qurulmamasıdır. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi insanların pensiya təminatı, eləcə də sağlamlığı ilə bağlı problemlərin qarşısını alar".

Sosioloqun fikrincə, hüquqi tərəfindən başqa, iş zamanı insanların yaddaşının pozulması, nevroloji problemlər, eləcə də iş zamanı aldığı travmalarla bağlı sığortası ilə əlaqədar çətinliklər yarana bilər:

"Bu gün insanların həddindən artıq əsəbi vəziyyətdə oluğunu hamımız müşahidə edirik. İnsan 10-12 saat işlədikdə, xüsusilə də yay mövsümündə psixoloji, yaddaş, görmə qabiliyyəti ilə bağlı problem ola bilər. İnsanlarda iki cür, yaxın və uzaq yaddaş olur. Bir sıra insanlarda yaxın yaddaşla bağlı problem olur ki, ən yaxın dövrdə gördüyü işi unudur. Amma uzaq yaddaş insanların keçmişlə bağlı xatirələrini tam əhatə edir. Əsasən yaxın yaddaşla bağlı daha çox problem var ki, bu da insanların yorğunluğu, şəxsi problemlər və iş saatının çoxluğu ilə bağlı ola bilər".

Unutqanlıq psixoloji haldır?

Psixoloq Tariyel Faziloğlu isə bildirdi ki, unutqanlıq əsasən sinir sisteminin yüklənməsi nəticəsində yaranan psixoloji haldır:

"Belə ki, insan zehni əməklə həddən artıq məşğul olduqda, sresli iş rejimində çalışdıqda, depressiya keçirdikdə, nədənsə uzun müddət narahat olduqda bu hal baş verir. İnsan bu vəziyyətlə üzləşdikdə sanki beyni dumanlı olur və heç bir şeyi tam yadda saxlaya bilmir. Bunun əsas səbəbi odur ki, insanın sinir sistemi həddən artıq yükləndikdə baş beyin həddən çox siqnal alır və bütün bunları realizə etməkdə çətinlik çəkir, buna görə də bir çox məlumatları ötürür. Buna görə də insan həmin məlumatları xatırlamır. Nəticədə insan məcbur olur ki, bir şeyi dəfələrlə təkrarlasın və ya yenidən eyni hərəkəti etsin. Bu da insanda özünə inamsızlığın və digər problemlərin yaranmasına səbəb olur".

Psixoloqun fikrincə, belə hallarla qarşılaşdıqda ən yaxşı müalicə üsulu istirahət etmək və hazırda yaşanan problemi həll etməyə çalışmaqdır:

"Nəticə etibarilə sinir sisteminin gərginliyi azaldıqca insanın yaddaş pozuntusu da ortadan qalxmağa başlayır. Ofis işi və kompüterdən istifadə də əslində zehni işdir. Buna görə də ofis işində çalışanlar gün ərzində həddən çox informasiya alırlar ki, bu da onlara çox pis təsir edir. Bundan əlavə, kompüterdən aldıqları şüalar birbaşa sinir sisteminə təsir edir ki, bu da çox mənfi nəticələrlə müşayiət olunur. Ona görə də ofis işində çalışanlara məsləhət olunur ki, hər 15-20 dəqiqədən bir fiziki hərəkətlər edərək həm bədənin hərəkətsizliyinin yaratdığı problemlərin qarşısını alsınlar, həm də sinir sistemində yarana biləcək problemlərdən və unutqanlıqlardan özlərini qorusunlar".

Nigar

Milli.Az


Geri dön

Music Star

  • 7 sentyabr 2012 13:44
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
unutqan deyilem teshekkur melumata gore :)

--------------------

✰Dгeaм✰

  • 5 sentyabr 2012 15:09
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Men utanqac deyilem...Yene de sag ol...

kiskanc

  • 22 avqust 2012 12:24
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkurler niggarcim

Delete

  • 19 avqust 2012 16:49
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

n_a_z_i_m

  • 17 avqust 2012 14:18
  • Məqalə: 0
  • Şərh: 345
  • Bal:
{awards}
xebere gore tesekkurler

Flower Lovem

  • 17 avqust 2012 11:14
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
TESEKKURLER MARAQLIDI

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

Dj Nara

  • 17 avqust 2012 05:02
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
TEWEKKURLER

m.gulshen

  • 16 avqust 2012 18:38
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
meslehet ucun tesekkurler

solnuska

  • 16 avqust 2012 18:16
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
mende yaman utancaqam

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Shokoladka

  • 16 avqust 2012 18:03
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Mende de unutqanliq yaranib.Maqazine gedib birshey aliram pulu odemek yadimdan chixir:D

--------------------


come back

  • 16 avqust 2012 17:50
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler mende de eynen bele olur.

M.Boz Fanati

  • 16 avqust 2012 17:26
  • Məqalə: 0
  • Şərh: 72
  • Bal:
{awards}
tesekkurlerrrrr

dj_Sukur

  • 16 avqust 2012 17:10
  • Məqalə: 2
  • Şərh: 131
  • Bal:
{awards}
Xebere gore twk...

--------------------

R.M Fanatı...

  • 16 avqust 2012 17:02
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
melumata gore tewekkurler

--------------------

Səma_1

  • 16 avqust 2012 17:01
  • Məqalə: 7
  • Şərh: 680
  • Bal:
{awards}
Yazıya görə çoxsağol

--------------------
Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

Nuray2012

  • 16 avqust 2012 16:58
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol meslehete gore

--------------------

★Mermaid★

  • 16 avqust 2012 16:30
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Tesekkurler...

--------------------

nurlana77

  • 16 avqust 2012 16:03
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
Xebercun Tesekkurler

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

Dalga

  • 16 avqust 2012 16:01
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Mende de arada olur .Meslehetler ucun tewekkur edirem

--------------------

_GunKa_

  • 16 avqust 2012 16:00
  • Məqalə: 0
  • Şərh: 564
  • Bal:
{awards}
xebere gore twk

GoDDeSSS

  • 16 avqust 2012 15:34
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
meslehete gore tewekkurler

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

sessiz_kiz

  • 16 avqust 2012 15:29
  • Məqalə: 3
  • Şərh: 253
  • Bal:
{awards}
psixoloji sıxıntılar,beynin davamlı olaraq bir nöqtəyə yönəlməsi, yuxusuzluq kimi amillər ola biler bunlar cunku arada mende olur bele seyler love

--------------------
Əsgər Sevgilim hər gun səni fikirləşib, sənə dua edib, gunləri sayıb, tez gəlib getməsini diləyirəm.Sənsiz keçen hər gun mənə maraqsız, darıxdırıcı, sıxıcı,rengsiz gəlir.

my angel__

  • 16 avqust 2012 15:27
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
melsehete gore tewekkurler

--------------------
Помни, что ты - мое все ❤

LoVe_LiFe

  • 16 avqust 2012 14:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli xeberdi tewekkurler

✰GoLd GirL✰

  • 16 avqust 2012 14:51
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkurler......

Pretty Merry

  • 16 avqust 2012 14:47
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
Cox wukur bele problemim yoxdu!

_Natiq_

  • 16 avqust 2012 14:45
  • Məqalə: 12
  • Şərh: 306
  • Bal:
{awards}
mende olmayib.twk...

mende olmayib. xebere gore twk.

--------------------

...BARSA FANATI....

  • 16 avqust 2012 14:03
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: Priya
Hm məndə də arada olur.Məlumat aldım.Təşəkkürlər.

SU PƏRİSİ

  • 16 avqust 2012 14:00
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Tesekkurler cox saq ol............

--------------------

Avril_lavigne

  • 16 avqust 2012 13:55
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
mende yoxxxxxxxxxxxxxxxxx

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 327
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}