Hüseyn Arifin lətifələri (3)

 
Hüseyn Arifin lətifələri (3)

Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

İsmayıl Şıxlının dilindən Hüseyn Ariflə bağlı daha bir neçə duzlu-məzəli lətifələri oxucuların diqqətinə çatdırır.


Bir gün Vaqif Səmədoğlu “Azərnəşr”in yanında, Nizami heykəlinin böyründəki çinarların dibində Hüsen Ariflə qarşılaşır.

- Hüseyn qağa, mənim şeirlərimi oxumusanmı?
- Hansı şeirləri?

- Qəzetdə təzə çıxanları?

- Oxumuşam.

- Fikrin nədir?

- Fikrimi bilmək istəyirsən?

- Mütləq.

-Gedək.

- Hara?

- Restorana. Həm bir tikə çörək yeyərik, həm də şeirlərin haqqında fikirlərimi söyləyərəm.

Gedirlər. Bir az yeyib-içirlər. Vaqif gözləyir, Hüseyn heç nə demir. Axıra yaxın Vaqif dözmür:

- Ay Hüseyn qağa, bə şeirlər?

- Dur iki şampan şərabı və arax götür, gedək bizə. Evdə arxayın danışarıq.

Gedirlər. Şərablar da içilir, araq da, hətta üstündən çay da. Amma Hüseyn yenə fikirini demir. Vaqifin səbri tükənir:

- Ay Hüseyn qağa...

- Dur divardan o sazı mənə ver.

Vaqif sazı verir. Hüseyn kökləyib astadan çalmağa başlayır.

- Yaxşı qulaq as, “Misri”dir. Tazana çarpaz simlərə toxunur, elə bil qılınclar cingildəyir. Bunu mahir çalan Aşıq Mirzə idi. Mirzə dayı bu havanı çalıb-oxuyanda, çarpaz yerişlə ortada fırlanırdı. Dağda cığırla gedən ata fikir vermisənmi? Qabaq ayağının qoyduğu yerə sonra dal ayağını qoyur, yıxılmamaq üçün. Elə eləyir ki, addımlar çarpazlaşır.

- Ay Hüseyn qağa...

- Yaxşı qulaq as, bu da “Dö.əmə Koroğlu”dur. At kişnərtisi və nərələr eşidilir. İndi də keçdim “Dilqəm”ə. Sevgidir, iniltidir. Bax, bu da “Yanıq Kərəmi”dir, fəryaddır.

- Ay Hüseyn qağa...

- Yoxsa, caz. Saz hara, caz hara. Səməd qağa saz sevərdi, sən caz. Saz və caz.

- Ay Hüseyn qağa, bə mənim şeirlərim haqqında fikirlərini demədin.

- Demədim. Şeir bax budu, saz, a Vaqif, saz, caz yox.

***

Bir gün, səhər tezdən qapının zəngi döyülür. Hüseyn Arif alatorandan dəhlizi kəsdirənlərin kimlər olacağını fikirləşə-fikirləşə, yuxulu-yuxulu qapını açır. Kənddən gələn bir dəstə adam içəri dolur. Arvadlar onun boynuna sarılaraq, o üzündən, bu üzündən marçla-marçla öpürlər.

- Ölüm qabağında, ay Söyün, bizi niyə yaddan çıxarıbsan, heç demirsənmi, kənddə qohum-əqrabam qalıb, görən ölüblər, yoxsa diridirlər?

- Bilirəm, ölən şey deyilsiniz, hamınız sap-salamatsınız. Ağac başında yatmışlar kimi, bu tezdən xeyir ola?

- Dərdin alem, bə bilmirsənmi başımıza gələni, uşağı şərrləyiblər. Damdadı. Bu gün-sabah məhkəməsi olacaq.

- Uşaq kimdi?

- Belə xalan oğlunu deyirəm, yaddan çıxardıbsan?

- Bıy, aaz omu? O ki, cibgirin birisidir, onu kim şərrləyə bilər?

- Zarafata salma, ağrın alem, uşağa kömək elə, məhkəməni Zebeyir qağan aparacaq.

- Hansı, Daş Salahlı Zebeyirmi? O ki bizim adamdır. Arxayın olun, tapşıraram. Təmiz buraxa bilməsə də, üç-dörd ay icbaridən-zaddan verər.

Qohumlar dil-ağız eləyib gedirlər.

Beş-altı aydan sonra Hüseyn təsadüfən yolda Zübeyirə rast gəlir. Qucaqlaşıb öpüşürlər, hal-əhval tuturlar. Aralanmaq istəyəndə Hüseyn ayaq saxlayır.

- Zübeyir qağa, sənə bir işim düşüb.

- Buyur, ay Hüseyn, lap iki işin düşsün.

- Mənim bir qohumumu tutublar, işi səndədir. Bu günlərdə məhkəməsi olacaq.

- Adı, famili nədi?

Hüseyn deyir. Zübeyir qaş-qabağını sallayıb gileylənir.

- Allah sənə insaf versin, adam-adama beləmi kömək eləyər! Düz dörd ay bundan əvvəl onun məhkəməsi də olub, iş də vermişik.

- Nə qədər veribsiniz?

- Beş il.

- Bəsidi, bəsidi. Sağ ol.

***

Tez-tez xəstələnirdim. Bir yandan şəkər, bir yandan da qan təzyiqi məni əldən salırdı. Bu xəstəliklərin məni üstələdiyi günlərin birində Hüseyn zəng çaldı:

- A qoca, nə təhərsən?

- Üstünə yüngüllük, a kafir, yaman xəstələnmişəm.

- Bilirsən, nə var, a qoca, mənim bir işdən çıxandan, bir ölüdən, bir də xəstədən zəhləm gedir.

Dəstəyi asdı.

***

Bir gün Mirzə İbrahimov Hüseynə zəng vurur.

- Hüseyn, bu gün Yazıçılar İttifaqında partiya iclası var. Sənin iştirakın vacibdir. Təcili gəl.

- Baş üstə, Mirzə müəllim, siz iclasınızı keçirin, mən sabah gələrəm.

***

Hüseyn Arif dostlarından birinə zəng vurur. Nömrəni yığır, dəstəyi qaldırır, ancaq zəng vurduğu adamın adı yadından çıxır. Xəttin o başından səs gəlir.

-Alo, kimdi?

Hüseyn cavab verir.

- Sizə kim lazımdı, a yoldaş, xahiş edirəm, nömrəni düz yığın.


Geri dön

женя

  • 3 sentyabr 2012 20:52
  • Məqalə: 0
  • Şərh: 423
  • Bal:
twk maraqli idi))))))))))))))

--------------------
-Bəs niyə məhz mən? -Bunu anandan soruş.
Dünyanın ən gözəl qızını dünyaya o gətirib.

guncicek

  • 2 sentyabr 2012 15:06
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
tewekurler..

--------------------

Delete

  • 19 avqust 2012 16:52
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur...

hamisi maraqsiz idi. qeti beyenmedim angry

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

n_a_z_i_m

  • 17 avqust 2012 14:17
  • Məqalə: 0
  • Şərh: 345
  • Bal:
{awards}
xebere gore tesekkurler

Flower Lovem

  • 17 avqust 2012 11:13
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
XEBER UCUN TWK

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

m.gulshen

  • 16 avqust 2012 18:43
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
bezileri gulmeli idi tesekkurler

Young girl...

  • 16 avqust 2012 18:42
  • Məqalə: 9
  • Şərh: 1243
  • Bal:
{awards}
xebere gore thankssss[center][/center]

--------------------

solnuska

  • 16 avqust 2012 18:13
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
gulmeli gelmedieeeee amma yenede twk

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Shokoladka

  • 16 avqust 2012 17:54
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Bu Huseyn Arifin letifeleri mene hec gulmeli gelmir.Yenede tskler.

--------------------


come back

  • 16 avqust 2012 17:49
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
maraqli idi tewekkurler.

harmony

  • 16 avqust 2012 17:25
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
maraqli letifelerdi

dj_Sukur

  • 16 avqust 2012 17:10
  • Məqalə: 2
  • Şərh: 131
  • Bal:
{awards}
Xebere gore twk...

--------------------

Səma_1

  • 16 avqust 2012 16:59
  • Məqalə: 7
  • Şərh: 680
  • Bal:
{awards}
oxumadım uzundu

--------------------
Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

R.M Fanatı...

  • 16 avqust 2012 16:56
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
letifelere gore tewekkurler

--------------------

Nuray2012

  • 16 avqust 2012 16:52
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol maraqli idi :)))

--------------------

★Mermaid★

  • 16 avqust 2012 16:30
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Letifeleri sevmirem...Yenede tesekkurler...

--------------------

GuNkA_01

  • 16 avqust 2012 16:24
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
Huseyn Arif dostlarindan birine zeng vurur.Nomreni yigir.desteyi qaldirir,ancaq zeng vurdugu adamin adi yadindan cixir.Xettin o basinda ses gelir.
-Alo.kimdi?
Huseyin cavab verir
-Siza kim lazimdi,a yoldas,xahis edirem,nomreni duz yigin.

nurlana77

  • 16 avqust 2012 16:02
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
Xebercun Tesekkurler gulmelidi

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

_GunKa_

  • 16 avqust 2012 15:59
  • Məqalə: 0
  • Şərh: 564
  • Bal:
{awards}
maraqlidir twk

enigmatic_girl

  • 16 avqust 2012 15:39
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ehhh gulmeli deyil hec beyenmedim.... ozude cox uzundu 1-2 sin oxudum hec gulmedim

--------------------

Dalga

  • 16 avqust 2012 15:32
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Cox sag ol, cok komik lol

--------------------

sessiz_kiz

  • 16 avqust 2012 15:24
  • Məqalə: 3
  • Şərh: 253
  • Bal:
{awards}
oxudum 2-3 dene maraqliydi 1 az twk feel

--------------------
Əsgər Sevgilim hər gun səni fikirləşib, sənə dua edib, gunləri sayıb, tez gəlib getməsini diləyirəm.Sənsiz keçen hər gun mənə maraqsız, darıxdırıcı, sıxıcı,rengsiz gəlir.

GoDDeSSS

  • 16 avqust 2012 15:19
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
maraqliydi twk

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

LoVe_LiFe

  • 16 avqust 2012 15:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
beyendim tewekkurler

lie to the world

  • 16 avqust 2012 14:59
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
tewekkurler...

--------------------

Gözlüklü

  • 16 avqust 2012 14:55
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
maraqli idi tesekkur

✰GoLd GirL✰

  • 16 avqust 2012 14:54
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkur edirem super idiler.....

Gözlüklü

  • 16 avqust 2012 14:54
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Maraqli idi tesekkur

..:LuNaTiK:..

  • 16 avqust 2012 14:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkur edirem...

...BARSA FANATI....

  • 16 avqust 2012 14:03
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Hüseyn Arif dostlarından birinə zəng vurur. Nömrəni yığır, dəstəyi qaldırır, ancaq zəng vurduğu adamın adı yadından çıxır. Xəttin o başından səs gəlir.

-Alo, kimdi?

Hüseyn cavab verir.

- Sizə kim lazımdı, a yoldaş, xahiş edirəm, nömrəni düz yığın.

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}