Bir gün oxuyarsan

 
Bir gün oxuyarsan

Bir gün həyatımdan öldürürcəsinə çıxacaqsan.

Və mən səni həmişə son günki halınla xatırlayacağam səni.

Ən gözəl halın nə idi deyə düşünürəm. Və içimdən bir səs illər əvvəlinə aparır məni ...

Səni hər vəziyyətdə içimdə hiss edə bilirəm. Hadisəmin ən gözəl yanı bu.

Sən nə qədər anlaya bilərsən bilməyirəm. Amma mənim kimi hər şeydən və hər kəsdən uzaq

bir həyatın olmasaydı bunun nə demək olduğunu anlar idin.

Səni anlıya bilirəm sevdiklərin və sənə dəstək verən hər kəsin yanında ağlamaq belə sənin təbii.

Mənim üçün lüks olan hər şey sənə təbii gəlir. İndi yatırsan.

Bir gün oxuyarsan

Bəlkə də bir siqaret yandırmış yatağının ucunda yaşadıqlarını və mənim sənə söylədiklərimi

və hətta yaşadıqlarının bir səhv olduğunu düşünürsən. Qanayan yarayam sənin üçün bilirəm.

Bir səhv. Bir səhv. Halbuki yalnız sevmişdim səni. Hələ ağılımın bir ucundan çıxmırsan.

Son dəfə çıxmayan olacaqsan. Səni əsla unutmayacağam.

Yerlərdə sürünüb yox olsam, evlənib uşaq sahibi olsansa və adım bir tərəfə,

dünyada olduğumu unutsan da mən yenə buraxdığın yerdə olacağam.

Parkdakı uşaqlara baxıb səni yaşayacağam. Söküb atmam gərək içimdən səni.

Həyatımın qalanını sənsiz yaşamağı öyrənməliyəm.

Və belə ki heç sızlamamalı içim səni gördüyümdə.

Sən utanmalı, sən başını əyməlisən. Etdiklərindən utanmalı, iliklərinə qədər üşüməlisən yazın qovurucu istiliyində...

Amma olmaz bunu sənə yaşada bilmərəm. Sən bunları yaşamamalı, görməməlisən.

Qorxma balacam mən gizli bir küncdən seyr edər sonra yavaşca itərəm.

Bir gün oxuyarsan

Sən heç görməzsən məni. Bəlkə bir gün ortaq bir tanışımızdan xəbərlərimi götürərsən.

Olar da haqqımda pis bir şeylər eşitsən nə olar qulaq asma yalandır mütləq.

Sənin kədərlənməyin üçün deyilmişdir.İçim yanır kimsəyə izah edə bilmirəm.

Sən belə anlaya bilmədikdən məni sonra kim anlasın. Mənə güldüklərini bilirəm.

Olsun, gülsünlər, mən bilirəm içimdəkiləri.

Yorğun bədənimi ulduzlara daşıyacaqlar bu mənim ən xoşbəxt günüm olacaq.

Sevdiklərimi oradan görə biləcəyəm. Bir qəhvə dənəsi, bir siqaret tüstüsü qədər yaxın olacağam sənə.

Sənə və sevdiyim bütün insanlara.

Son bir sevgi son bir xoşbəxtlik tutdum səninlə, bəlkə də çox qısa idi kimiləri üçün.

Haradan bilsinlər mənim üçün bir ömürə əvəz olduğunu.

Mən gözlərimdə yaşadım bu eşqi və yenə gözlərimdə buraxdım ümidlərimi.

Bunları bir gün oxuyacaqsanmı? Oxuyarkən ağlayacaqsanmı bilməyirəm.

Amma məni anlaya bilməyin üçün çox zaman keçməsi lazımdır bəlkə əsrlər.

Təkləri oynayıram sən belə fərqində olmadan.

Bəli mən buyam, kimsənin istəmədiyi, kimsənin anlamadığı.

Anlamaq istəmədiyi. Yuxuların ən şirini sənin üçün olsun canımın içi...


Geri dön

RADUQA

  • 14 oktyabr 2011 00:56
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
TEWEKKUR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

_RONALDO_

  • 3 may 2011 21:27
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
sagol ama oxumadim sevgilimden ayrilmisam darixiram bele seyler oxuyanda ozumu piss hiss edirem

--------------------

Sad-Angel

  • 27 fevral 2011 02:09
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
ayriliq,ayriliq aman ayriliq
her 1 derdden yaman ayriliq

--------------------
Если хочешь,чтобы женщина была ангелом,подари ей РАЙ...

Ulya

  • 25 noyabr 2010 22:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel yazidi

Just For Legend

  • 23 noyabr 2010 23:28
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
men sevmirem sevmiyecem de

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}