Kollec direktorunun tələbi: «Hicabı çıxar, yubkanın ətəyini gödəlt»

 
Kollec direktorunun tələbi: «Hicabı çıxar, yubkanın ətəyini gödəlt»


Atırau Dövlət Universitetinə hicab yasaq sayılır

Xalel Dosmuxamedov adına Atırau Dövlət Universtetinin bir qrup tələbəsi artıq beş gündür dərslərə buraxılmır. Universitet rəhbərliyi onlardan hicablarını çıxarmağı, yubkalarının ətəklərini də bir qədər qısaltmağı tələb edir.
«Bizə deyirlər ki, universitetin ərazisinə daxil olanda başımızdakı hicabı çıxaraq. Universitetin daxili qaydaları belədir. Onu da söyləyirlər ki, universitetdə hicabla görünsək Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları bizi aparacaqlar. Dekanlar bizi təhqir edir, terrorizm və sektaçılıqda suçlayırlar. Daxili qaydalara bəyəm əməl olunur ki?! O qaydalarda universitet ərazisində siqaret çəkmək qadağandır. Amma müəllimlər rahatlıqla siqaret çəkirlər», - tələbə qızlardan biri deyib.

Tələbələrin dediklərinə görə, hicabı çıxarmasalar, universitetdən qovula bilərlər: «Çünki başqa tələbə qızlar arasında dərslərə mini-yubkalarda gələnlər çoxdur. Amma namaz qılırıq, Allahdan qorxuruq. Ona görə də hicabı çıxarmayacağıq».
Atıraudakı «Zaman» İctimai Birliyi qızlara yardım etmək niyyətindədir. Birliyin rəhbəri Aysel Nurqazıyeva universitetin rektoru Altay Kazmaqambetova məktub yazıb.
Atırau şəhərindəki Aqrotexniki Kollecin tikinci kurs tələbəsi, 16 yaşlı Bibinur Omirzakova isə hicabı çıxarmaqdan imtina etdiyinə görə təhsil müəssisəsindən qovulub.
«Kollecin direktoru Bolat Kojiyev mənə dedi ki, əgər hicabı çıxarsam və yubkamın ətəyini qısaltsam, dərslərimə davam edə bilərəm», - Omirzakova söyləyib.
Kollecin direktoru Bolat Kojiyev deyilənləri təsdiqləyib.

«O tələbə «Təhsil haqqında» qanun və Qazaxıstan Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq kənarlaşdırılıb. Əgər Omirzakovanı kollecdə saxlasaydım, başqa tiələbə qızlar da ona bənzəməyə çalışa bilərdilər. Fəqət, Omirzakova tamamən qovulmayıb. Əgər o qayıdarsa və dərslərinə davam edərək diplom almaq, xalqa xidmət etmək niyyətində olduğunu deyərsə, təhsilinə davam edə bilər. Bir şərtlə ki, geyimini dəyişsin», - Kojiyev söyləyib.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:43
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

music_angel

  • 1 sentyabr 2011 14:12
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Yusif

  • 26 noyabr 2010 23:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
allah qarshisinda axiretde cavab veracaklar

фея

  • 26 noyabr 2010 22:15
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
1ce bu qalmisdi e recourse

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

FERID

  • 26 noyabr 2010 11:14
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
allah qarshisinda axiretde cavab veracaklar

--------------------

Ulya

  • 26 noyabr 2010 00:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

Just For Legend

  • 25 noyabr 2010 22:16
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
lap ag eliyibler eee

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}