İslamın mənası

 
İslamın mənası

İman və İslam arasında əlaqə nədən ibarətdir?

İSLAMIN MƏNASI
Qurani-kərimin bəzi ayələrində "İslam” və ondan düzələn digər sözlərdən istifadə olunmuşdur.
("Ali-İmran” surəsi, ayə: 19 və 85; "Bəqərə” surəsi, ayə: 28; "Hücurat” surəsi, ayə: 14; "Zuxruf” surəsi, ayə: 69 və s.)

İslam dedikdə bəzən insanı Allah-taalaya tam təslim etmək istəyən ilahi dinlərin, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Məhəmmədin (s) haqq olmasına dildə şəhadət vermək, bəzən də iman nəzərdə tutulur.
("Yunis” surəsi, ayə: 84. )

Ümumi şəkildə belə bir nəticə çıxarmaq olar ki, İslam təslim olmaq deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək, onu iqrar edib şəhadət verməkdən, bədəni və xarici görünüşülə İslamı qəbul etmək Allah-taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq qəbul etmək isə insanın bütün yönlərinə aid "təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir. Beləcə, hər bir müsəlmanı mömin də adlandırmaq olar. Lakin İslam bəzən yalnız dildə, yaxud əməldə görünür. Qurani-kərim belə insanları daxilən kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.

İMAN VƏ İSLAM ARASINDA ƏLAQƏ
Qurani-kərimin müxtəlif ayələrinə əsasən, belə bir həqiqəti etiraf etmək olar ki, iman və İslam bir-birilə qarışmışdır, onların hər bir dərəcəsi başqa bir dərəcəni təkmilləşdirir. Əllamə Təbatəbai bu barədə deyir: "İslamın müxtəlif dərəcələri vardır. Bunun dəlili bu şərif ayədir: "Rəbbi İbrahimə: "(Əmrimə) Təslim ol!” –dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum” – deyə cavab vermişdi.”
("Bəqərə” surəsi, ayə: 131. )

Həzrət İbrahim (ə) Allahın əmrinə təslim olaraq müsəlman oldu. Lakin bu ayədən İslamın daha yüksək dərəcələrə malik olması başa düşülür. Nədə Həzrət İbrahimin (ə) İslamın ən yüksək dərəcəsinə nail olması əmr edilir.

İSLAMIN DƏRƏCƏLƏRİ
Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək; istər qəlbən qəbul etsin, istərsə də etməsin.
("Hücurat” surəsi, ayə: 14. )

İkinci dərəcə: İnsan öz qəlbində Allah-taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib, baş əyir. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bəzən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. "Zuxruf” surəsinin 69-cu, "Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.

Üçüncü dərəcə: İnsan qəlbində Allah-taalanın əmr və qadağalarını incəliklərinə qədər qəbul edir və Ona təslim olur. Bu dərəcədə insan canla-başla Allaha təslim olur və elə itaət edir ki, sanki Onu görür; əgər özü Onu görmürsədə, elə hiss edir ki, Allah onu görür.
("Nisa” surəsi, ayə: 65. )

İnsani keyfiyyətlərə və səciyyəvi xüsusiyyətlərə malik olmaq, baş əymək, razı qalmaq, zahid və təqvalı olmaq... bu dərəcənin tələb etdiyi sifətlərdəndir.
Dördüncü dərəcə: İnsan öz vücudunu tam mənada Allahın ixtiyarına verir.
("Bəqərə” surəsi, ayə: 128.)

Bu dərəcəyə yalnız ilahi övliyalar malik ola bilər. Bəzi alimlər İslamın bu dərəcəsini "böyük İslam” adlandırmışlar.
("Risaleyi seyr və süluk”, Seyyid Bəhrül-Ülum, səh. 74; "Əl-mizan”, 1-ci cild, səh.283-284 və 301-303.)

İslam və imanla bağlı aşağıdakı iki rəvayətə diqqət yetirmək çox faydalıdır:
1. Məsumlardan: (ə) "İnsanın mömin adı qazanmasının minimum şərtləri hansılardır?” – deyə soruşulduqda, buyurdular: "Haqq Allahdan başqa heç bir məbud olmamasına şəhadət vermək, bir olan Allahdan başqa heç bir şeyə pərəstiş etməmək, Onun Rəsulunu (s) və imamları qəbul etmək.”
("Məcməül-bəhreyn”, səh. 499, "Səngi” çapı. )

2. İmam Sadiq (ə) buyurmuşdur: "Bəzi vaxtlar Allahın bəndələri möminlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mömin ola bilmirlər. Buna əsasən, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun (İslamın) imanla müştərək nöqtələri var. (Allah-taalanın qadağan etdiyi) Kiçik və böyük günahlara yol verənlərə iman (mömin) yox, yalnız İslam (müsəlman) adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və "istihlal” halı küfrə sövq edər. «İstihlalın» mənası budur ki, Allahın halalını haram, haramını isə halal bilib, buna qəlbən etiqad bəsləsinlər. Belə bir şəriatdə onlar İslamdan çıxıb, küfr vadisinə daxil olarlar.”
("Üsuli-kafi”, 3-cü cild, səh. 44-45. )

Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mərifəti olanlar möminlər zümrəsindən sayıla bilər. Qeyri-möminlərdə isə belə bir mərifət yoxdur. Onlar ya şəkk-şübhə, ya nadanlıq, ya güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mərifət və Allahı tanımaq maneələri yox, bəzən əxlaqi və psixi amillər də öz təsirini göstərir.


Geri dön

Delete

  • 21 avqust 2012 22:00
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
Xebere gore tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

✰GoLd GirL✰

  • 18 avqust 2012 13:42
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun....

Prank girl

  • 18 avqust 2012 12:28
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

m.gulshen

  • 18 avqust 2012 07:50
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
Allah razi olsun

solnuska

  • 18 avqust 2012 02:41
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
İslam dedikdə bəzən insanı Allah-taalaya tam təslim etmək istəyən ilahi dinlərin, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Məhəmmədin (s) haqq olmasına dildə şəhadət vermək, bəzən də iman nəzərdə tutulur.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Mermaid★

  • 18 avqust 2012 01:02
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Xebere gore Allah razi olsun....

--------------------

Young girl...

  • 17 avqust 2012 23:24
  • Məqalə: 9
  • Şərh: 1243
  • Bal:
{awards}
twkler maraqli idi

--------------------

LoVe_LiFe

  • 17 avqust 2012 23:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Ada...07

  • 17 avqust 2012 22:55
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------


Səma_1

  • 17 avqust 2012 22:25
  • Məqalə: 7
  • Şərh: 680
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------
Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

n_a_z_i_m

  • 17 avqust 2012 21:50
  • Məqalə: 0
  • Şərh: 345
  • Bal:
{awards}
Teshekkurler xebere gore

✰Dгeaм✰

  • 17 avqust 2012 21:49
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

come back

  • 17 avqust 2012 21:15
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun.

I am Happy

  • 17 avqust 2012 21:12
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Xebere gore teshekkurler.

--------------------

Gözlüklü

  • 17 avqust 2012 21:07
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

Nuray2012

  • 17 avqust 2012 21:04
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore ALLAH razi olsun

--------------------

guncicek

  • 17 avqust 2012 21:02
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

...BARSA FANATI....

  • 17 avqust 2012 20:55
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}