Bu gün dahi sənətkar Müslüm Maqomayevin 70-ci il dönümüdür!

 
Bu gün dahi sənətkar Müslüm Maqomayevin 70-ci il dönümüdür!

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qramoffon valları böyük tirajla buraxılıb.

Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klasshik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edirdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.

1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klasshiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

O, Eldar Quliyevin filminə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənmişdi.

1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.



Geri dön

unut onu

  • 27 avqust 2012 19:20
  • Məqalə: 31
  • Şərh: 409
  • Bal:
xebere gore twk

--------------------
AWK VARMI ACABA?

kiskanc

  • 23 avqust 2012 14:24
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkurler maraqli idi

Delete

  • 21 avqust 2012 10:40
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

m.medine

  • 20 avqust 2012 00:03
  • Məqalə: 1
  • Şərh: 479
  • Bal:
{awards}
ALLAH REHMET ETSIN

tek oglan

  • 18 avqust 2012 16:17
  • Məqalə: 6
  • Şərh: 255
  • Bal:
{awards}
neyniyim il donumudu

--------------------
Eslinde her insan bir romandir ve bir az qehremandir.Gun geler anlayar ki,xerclediyi tek wey xeyallari deyil,zamandır.......

Prank girl

  • 18 avqust 2012 12:42
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah rehmet etsin

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

m.gulshen

  • 18 avqust 2012 08:06
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
Allah rehmet elesin xeber ucun tsk

solnuska

  • 18 avqust 2012 04:27
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
allah rehmet elesin

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

VIPTOZ

  • 18 avqust 2012 00:19
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
oxudum xeber maraqliydi.ALLAH REHMET ETSIN TSK

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

LoVe_LiFe

  • 17 avqust 2012 22:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah Rehmet Etsin

✰Dгeaм✰

  • 17 avqust 2012 21:27
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah ona rehmet etsin...Meqale ucun cox sag ol...

Bakinski Емо

  • 17 avqust 2012 20:28
  • Məqalə: 26
  • Şərh: 738
  • Bal:
{awards}
melumata gore tewekkurler ...Allah rehmet elesin

--------------------

I am Happy

  • 17 avqust 2012 20:19
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN. Xebere gore sagol.

--------------------

✰GlaMurKa✰

  • 17 avqust 2012 20:15
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH rehmet elesin AMIN!=(

SU PƏRİSİ

  • 17 avqust 2012 20:12
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
.ALLAH rehmet elesin.

--------------------

Avril_lavigne

  • 17 avqust 2012 20:11
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah rehmet etsin

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

come back

  • 17 avqust 2012 20:09
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN.

Səma_1

  • 17 avqust 2012 20:06
  • Məqalə: 7
  • Şərh: 680
  • Bal:
{awards}
ALLAH rehmet elesin

--------------------
Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

lie to the world

  • 17 avqust 2012 20:01
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
xebere gore tewekkurler...ALLAH rehmet elesin...

--------------------

..::MisS DioR::..

  • 17 avqust 2012 19:54
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

--------------------

...BARSA FANATI....

  • 17 avqust 2012 19:50
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: Nuray2012
Cox sagol xebere gore.....ALLAH rehmet elesin

guncicek

  • 17 avqust 2012 19:48
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------

MELEK INSAN...

  • 17 avqust 2012 19:44
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
ALLAH rehmet elesin

--------------------

Flower Lovem

  • 17 avqust 2012 19:43
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
tesekkurler

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

my angel__

  • 17 avqust 2012 19:41
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
Sitat: Nuray2012
Cox sagol xebere gore.....ALLAH rehmet elesin

--------------------
Помни, что ты - мое все ❤

_Kyonul_

  • 17 avqust 2012 19:37
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
melumat ucun tewekkur

--------------------

nurlana77

  • 17 avqust 2012 19:35
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
Allah rehmet etsin

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

_Natiq_

  • 17 avqust 2012 19:29
  • Məqalə: 12
  • Şərh: 306
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Nuray2012

  • 17 avqust 2012 19:23
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore.....ALLAH rehmet elesin

--------------------

★Mermaid★

  • 17 avqust 2012 19:21
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Xebere gore tesekkurler...

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}