Azərbaycanda hansı məmurlar bir-biri ilə qohum olub?

 
Azərbaycanda hansı məmurlar bir-biri ilə qohum olub?


Azərbaycanda hansı məmurlar bir-biri ilə qohum olub?

Bugünlərdə oxuculara çatdırdığımız ən maraqlı məlumatlardan biri

Ziya Məmmədovun oğlunun nişanlanması xəbəri oldu.

Nəqliyyat nazirinin daha çox ərköyünlüyü ilə məşhur olan oğlu Anar Məmmədov

Hesablama Palatasının sədri Heydər Əsədovun qızına elçi göndərib.

Elçilik və “hə” mərasimi ötən həftə baş tutub.
Məlumatlara görə,

A.Məmmədov nişanlısına olduqca bahalı və qeyri-adi hədiyyələr təqdim edib.

Qeyd edək ki, H.Əsədov 2007-ci ildən Hesablama Palatasının

sədri vəzifəsində çalışır. Buna qədər isə o,

10 ildən artıq bir müddətdə maliyyə nazirinin müavini olub.


Bu qudalıq gündəmə məmur qohumlar mövzusunu bir daha gətirir.

Azərbaycanda yüksək vəzifələrdə işləyən, bu və digər qohumluq əlaqələri

olan xeyli məmur var. Nəqliyyat naziri isə oğlunu Hesablama Palatası

sədrinin qızına nişanlamaqla məmur qudalarının sayını artırıb.

Qeyd edək ki, Z.Məmmədov buna qədər sabiq baş hərbi komissar,

Salyan rayonunun keçmiş icra başçısı, son parlament seçkilərində

mandat almış Əlağa Hüseynovla qudalıq qohumu idi.

Dəqiqləşdirə bilmədiyimiz məlumata görə, onlardan birinin qardaşı digərinin bacısı ilə evlidir.

Analoji qohumluq münasibəti təhsil naziri Misir Mərdanovla məşhur hakim

Mənsur İbayev arasında da var. Bundan əlavə, fevral ayında qətlə

yetirilmiş general Rail Rzayev də general Əlağa Hüseynovun qardaşı ilə qohumdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla rabitə və

informasiya texnologiyaları naziri Əli Abbasov da qudadır.

Düzdür, bir müddət öncə H.Abutalıbovun oğlu İsrafil Abutalıbov

ailəsinə xilaf çıxaraq başqa bir qadınla xaricə qaçmışdı,

amma, hər halda, bu iki məmurun da qohumluq əlaqələri mövcuddur.

Daha bir məşhur quda isə sabiq səhiyyə naziri Əli İnsanovla

hazırda Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyevdir.

Ölkənin daxili işlər naziri Ramil Usubov isə Xətai rayonunun prokuroru

Yusif İldırımzadə ilə qudadır.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin də

sözügedən qohumluq münasibətlərində olması bəllidir...


Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da

Azərbaycan Həmkarlar Konfedrasiyanının sədri,

Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.

Bu, hakimiyyətdəki qudaların siyahısı idi. Amma hökumətdə,

digər hakimiyyət qollarında yüksək postlarda qərar tutan

bir çox məmurlar da var ki, digər qohumluq əlaqələrindədirlər.

Onlar arasında elələri də var ki, artıq məmurluqları keçmişdə qalıb.

Məsələn, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov bu vəzifədə olarkən

oğlu Fuad Ələsgərov Prezident Aparatı hüquq-mühafizə orqanları ilə

iş şöbəsinin müdiri idi. Hazırda M.Ələsgərov sabiq deputatdır,

oğlu isə vəzifəsində qalmaqdadır.


Geri dön

nilayka

  • 3 may 2011 21:14
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
cox sagol,xebere gore

--------------------

Roksi

  • 27 noyabr 2010 22:40
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
cox sag ol xebere gore

SerSeRi_RuzGaR

  • 27 noyabr 2010 22:11
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
love teweKkuR_EdiRem))))))))))) love
maRaqLi XEBErDIR))

--------------------
<<<$aLunKa>>>

Yusif

  • 27 noyabr 2010 19:06
  • Məqalə: 445
  • Şərh: 3324
  • Bal:
{awards}
Tesekkur Xebere gore

Ulya

  • 27 noyabr 2010 19:04
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
he cox sagol xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 23
Qonaqlar: 118
Cəmi: 167

 

Top 10 Müəllif

YagmuRumuN MeLeYi
Xəbərləri: 34
Cəmi: 950
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 1
Cəmi: 235
 
azer_
Xəbərləri: 1
Cəmi: 549