Əlifbamızın dəyişdirilməsi təklif edilir

 
Əlifbamızın dəyişdirilməsi təklif edilir

"Əgər biz latın qrafikalı əlifbadan istifadə ediriksə, sandıqda nə varsa, ondan istifadə edilməlidir. Yenidən latın qrafikalı əlifbaya işarə əlavə etməyə ehtiyac yoxdur. Çünki onda "calaq əlifba" olacaq".

"Hazırkı latın qrafikalı Azərbaycan əlifbasında dəyişiklik edilməsinə ehtiyac var". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib.

Bu fikrini elmi cəhətdən əsaslandıran Veysəllinin sözlərinə görə, bu gün Azərbaycan əlifbasında külli miqdarda olmasa da, bir neçə artıq işarə var.

O hesab edir ki, əlifbamızdakı "q", "ğ", "ə", "ç" hərfləri daha münasib formada yazıla bilər. İnternetlə yazışan zaman da bu hərflərdən istifadə etdikdə çətinliklər yaranır.

Onların nə ilə əvəzlənməsinə gəldikdə, Veysəlli deyib ki, bunu hələ fikirləşmək lazımdır. Bunun üçün qrafemlərin birləşməsindən də istifadə etmək olar.

Veysəlli Azərbaycan dilində "ə"nin hazırkı yazılış formasını elmi cəhətdən düzgün saymır.

O bildirib ki, Azərbaycan dilində "ə" istisna olmaqla, bütün incə saitlər qalın saitlərin üzərinə (ö, i, ü) nöqtə qoymaqla yaradılıb. Bu simmetriyanı gözləmək baxımından "ə"-ni də "a" hərfinin üzərinə iki nöqtə qoymaqla yazmaq olar. "ə" hərfinin belə yazılması elmi cəhətdən daha düzgün olar.

Veysəlli hesab edir ki, almanlar "ç" səsini latın "tsch", ingilislər "ch" qrafem birləşməsi kimi verirlər. Bunun üçün onlar yalnız latın əlifbasından istifadə ediblər. Bunu ən gözəl optimal variant sayan alimin fikrincə, Azərbaycanda da "ç" qrafemlərin birləşməsi kimi yazıla bilər.

"Biz "ç" yazanda aşağısında "quyruq" qoyuruq. Buna nə ehtiyac var idi ki? Dünyanın heç bir əlifbasında "ç" dördüncü hərf deyil. Çünki ona ehtiyac yoxdur", - direktor əvəzi qeyd edib.

O əlavə edib ki, bütün Avropa, o cümlədən almanlar vahid latın əlifbasından istifadə edirlər. Amma hər bir xalq müəyyən mənada oraya öz yeniliyini əlavə edir.

"Əgər biz latın qrafikalı əlifbadan istifadə ediriksə, sandıqda nə varsa, ondan istifadə edilməlidir. Yenidən latın qrafikalı əlifbaya işarə əlavə etməyə ehtiyac yoxdur. Çünki onda "calaq əlifba" olacaq", - alim qeyd edib.

Dilçi onu da bildirib ki, türkdilli xalqlar üçün vahid türk əlifbasının yaradılması mümkün məsələdir. Bu halda hərflərin heç birinə yenilik etmək lazım deyil. Sadəcə olaraq, bu halda da latın əlifbasındakı hərflərdən istifadə etməklə ya müəyyən birləşmələrdən, ya da diakritik işarələrdən istifadə etmək olar.

Veysəllinin fikrincə, vahid türk əlifbasının yaradılması mümkün olsa da, ortaq türk dilinin yaradılması elmi cəhətdən böyük problemdir.

"Sizcə, Anadolu, Osmanlı türkləri öz dillərindən imtina edib Azərbaycan dilinə keçərlər? Və ya biz öz dilimizdən imtina edərək başqa dilə keçərik? Bu, çətin, uzun sürən bir prosesdir. Bunun üçün vahid iqtisadiyyat, bazar və siyasi birlik olmalıdır", - alim əlavə edib.

Milli.Az


Geri dön

✰Dгeaм✰

  • 3 sentyabr 2012 11:37
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Serhler ucun tesekkurler...

LoVe_LiFe

  • 26 avqust 2012 19:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqli xebere gore tewekkurler amma istemirem recourse

Ayla123

  • 25 avqust 2012 17:16
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
Men inanmiram

Delete

  • 21 avqust 2012 22:42
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

Dj Nara

  • 20 avqust 2012 23:36
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
xebere gore twkler

Shokoladka

  • 19 avqust 2012 11:54
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Mence deyishmeseler lap yaxshi olar.Onsuz da hersheyde deyishiklikler edibler yaziq uahaqlar qoy hec olmasa elifbamiz yerinde qalsin.

--------------------


come back

  • 18 avqust 2012 20:14
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
yox deyiwdirilmesin recourse

STELLA 29

  • 18 avqust 2012 15:40
  • Məqalə: 9
  • Şərh: 471
  • Bal:
{awards}
xebere gore sag ol.......

--------------------
Həyat - güldür. Sevgi - nektar.

★Miss Love★

  • 18 avqust 2012 15:38
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Mence ele bir wey olmayacaq,xebere gore tewekkurler canim=))

my angel__

  • 18 avqust 2012 15:34
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
ee bow bow weyler edirler ee..yaxwididaaa elifbamiz..twk xeebere gore

--------------------
Помни, что ты - мое все ❤

Avril_lavigne

  • 18 avqust 2012 15:04
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
eeeeeeeeeee neye lazimdiyeeee

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

✰GoLd GirL✰

  • 18 avqust 2012 14:41
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
bizimki ele bele yaxsidir...deyismese yaxsi olar..tesekkur...

...BARSA FANATI....

  • 18 avqust 2012 14:39
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol....

Dalga

  • 18 avqust 2012 14:37
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Bilmirler neylesinler,bawqa weyleri bildik ,elifbani deyiwmek neyin -nesidir

--------------------

GERI DONME

  • 18 avqust 2012 14:14
  • Məqalə: 0
  • Şərh: 576
  • Bal:
{awards}
qulaq her gun bele gulmeli xeber ewitmese kar olar ey wink

Nuray2012

  • 18 avqust 2012 14:12
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Neye lazimdiyee bow bow seylerdi..yenede cox sagol xebere gore

--------------------

..:LuNaTiK:..

  • 18 avqust 2012 14:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Hmmm deyiwilmeyecek belkede.. twk xeber ucun...

LoVe_LiFe

  • 18 avqust 2012 14:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
hm xebere gore tewekkurler

dj_Sukur

  • 18 avqust 2012 14:00
  • Məqalə: 2
  • Şərh: 131
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------

SU PƏRİSİ

  • 18 avqust 2012 13:49
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
aa niyeki ? feel mence eladi elifbamiz...

--------------------

Gözlüklü

  • 18 avqust 2012 13:48
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
hmmm xebere gore tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 62

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}