"Azercell" Facebookda

 
"Azercell" Facebookda


Dünyada bir çox sosial şəbəkələr mövcüddur.

Amerikanın yaratdığı “Facebook”, İngiltərənin “Twitter” və Rusiyanın “Odnoklassniki”,

“Moy mir” və “V Kontakte” sosial şəbəkələri yerli internet istifadəçilərinin daha çox marağına səbəb olub.

Azərbaycandan olan ən çox sosial şəbəkə istifadəçisi “FaceBook” və “Odnoklassniki” pərəstişkarlarıdırlar.

“Odnoklassniki” sosial şəbəkəsinin verdiyi məlumata görə Azərbaycandan 500 mindən çox istifadəçi qeydiyyatdan keçib.

“Facebook”a gəldikdə isə Azərbaycandan qeydiyyat olunanların sayı

31 avqust 2010-cu ilin statistik məlumatlarına əsasən 198 340 nəfəri artıq ötüb.

Bu artım tempi “Odnoklassniki”də müşahidə olunmur.

Səbəb “Odnoklassniki”də qeydiyyat və digər xidmətlərin sms vasitəsi ilə pullu olmasıdır.

Aparılan sorğuya əsasən “Facebook”a olan marağın artma səbəbi burada bloqlar

və qruplar yaratmaq mümkünlüyü, istifadəçinin açdığı səhifədən əlavə məhşur şirkətlərin

və təşkilatların səhifəsinin olması və bir çox dünya məhşurlarının şəxsi səhifəsinin olmasıdır.

Digər əsas səbəblərdən biri isə şəbəkədən Azərbaycan dilində istifadənin mümkünlüyüdür.

“Odnoklassniki”dən fərqli olaraq “Facebook” artıq Azərbaycan dilli interfeysə malikdir.

Tədricən “Facebook” yalnız fərdi deyil, həmçinin şirkətlərin də maraq dairəsinə daxil olub.

Belə ki, bir çox tanınmış və aparıcı şirkətlər bu sosial şəbəkədən istifadə edərək müştəri ilə

yeni ünsiyyət vasitəsi təqdim edir. Misal üçün, Azərbaycanın aparıcı mobil operatoru olan

“Azercell Telekom” MMC şirkətinin səhifəsi artıq bir ilə yaxın müddətdir ki mövcüddur və

ən tez-tez baxılan səhifələrdən biridir. “Azercell”in 24 saat işləyən müştəri xidməti olmasına baxmayaraq,

şirkət abonentlərinin sorğu və suallarını “Facebook” səhifəsi vasitəsilə də cavablandırır.

“Azercell Telekom” MMC şirkətinin yüksək səviyyəli Müştəri xidmətlərinə verilən texniki

və maliyyə məsələləri ilə bağlı suallara cavab konkret və lakonikdir.

“Azercell”in “Facebook” səhifəsinin pərəstişkarları üçün yaratdığı

ayrıca bir guşədə isə verilən suallar həm cavablandırılır, həm də müzakirə olunur.

Bununla bərabər, “Azercell Telekom” MMC sosial şəbəkələrin artan təsirini nəzərə alaraq,

öz pərəstişkar bazasını da artırmağa çalışır. Artıq bir müddətdir ki,

hər mininci pərəstişkar pulsuz 300 sms hədiyyə qazanır,

10 mininci pərəstişkar isə daha qiymətli hədiyyənin sahibi olmuşdur.

Sual və sorğuların cavablandırılması ilə bərabər, “Azercell Telekom” MMC “Facebook” səhifəsi

vasitəsilə ən son yenilikləri və xəbərləri də yaymağa nail olmuşdur.

Artıq 16 mindən çox “Facebook” istifadəçisi “Azercell”in FB səhifəsinə pərəstiş edir

və bu münasibətlə qeydə alınmış 15 mininci pərəstişkarı 23-26 noyabr tarixlərində keçiriləcək

Bakutel İKT sərgisində Azercell-in hazırladığı çox dəyərli hədiyyə gözləyir.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:31
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 25 noyabr 2010 22:25
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol melumata gore

Just For Legend

  • 23 noyabr 2010 23:21
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
hmm hetta odnoklassnikde qeydiyyat da pulsuz oldu cunki Facebooka maraq daha coxdur

--------------------

CandyGirl

  • 23 noyabr 2010 19:41
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tesekkurler wink

--------------------

Yusif

  • 23 noyabr 2010 18:39
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Xebere GOre Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}