Şimali Koreya Cənubi Koreyaya hücum edib

 
Şimali Koreya Cənubi Koreyaya hücum edib


Ölən və yaralananlar var

Şimali Koreya artilleriyası Cənubi Koreyanın Sarı dənizdə sərhəd adalarından biri olan Yenpxendo adasını atəşə tutub.

“Reuters”in yaydığı məlumata görə, Cənubi Koreya hərbçiləri də cavab atəşi açıblar.

Hazırda atışma davam edir, adaya azı 200 mərmi buraxılıb. Nəticədə 60-70 yaşayış evi yanıb.

KXDR-in hücumu nəticəsində Yenpxendo adasında Cənubi Koreyanın ən azı 1 dəniz piyadası ölüb,

3 hərbçisi isə ağır yaralanıb. Adada elektrik təchizatı pozulub, sakinlər bunkerlərə evakuasiya edilir.

Cənubi Koreya hərbi təyyarələri ada üzərində keşik çəkir. Cənubi Koreyanın Müdafiə Nazirliyi

Şimali Koreyanın əməllərini təxribat adlandırıb və qoşunlarının atdığı atəşin

özünümüdafiə xarakteri daşıdığını bəyan edib.

Seulda hücumun Pxenyanın Cənubi Koreyanın hərbi təlimlərinə reaksiya olduğu istisna olunmur.

İnsidentlə bağlı olaraq, Cənubi Koreya hökuməti ölkədə müharibə təhlükəsinin

ən yüksək səviyyəsini elan edib, dövlət başçısının məsləhətçiləri şurası yaradılıb.

****

Cənubi Koreya lideri Li Men Bak Koreya Xalq Demokratik Respublikasından

ölkəsinin atəşə tutulmasını və artilleriya zərbələri mübadiləsini iri miqyaslı münaqişəyə çevirməməyi tələb edib.

ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə,

Li Men Bak eyni zamanda Pxenyanı təxribatı dayandırmayacağı təqdirdə sərt cavabla hədələyib.

Hazırda Seulda Li Men Bakın rəhbərliyi ilə güc strukturları rəhbərlərinin iclası keçirilir.

İclasda vəziyyətlə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.

Ekspertlərin rəyinə görə, Cənubi Koreya ola bilsin ki,

əks hücuma keçməmişdən öncə ABŞ-ın vəziyyətə reaksiyasını gözləməyə üstünlük versin.

Xatırladaq ki, iki ölkə sərhədində sonuncu ciddi insident 2010-cu il martın 26-da baş verib.

Həmin vaxt Şimali Koreya “Cheonan” hərbi gəmisini batırıb.

Lakin BMT bu olayı araşdırsa da, hadisənin səbəbini müəyyənləşdirə bilməyib.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:31
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 25 noyabr 2010 22:32
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
hmm tesekkurler

L_SimuS

  • 24 noyabr 2010 02:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Eger bu olkeler arasinda muharibe bawlasa..butun dunyani muharibeler buruyecek,....

Just For Legend

  • 23 noyabr 2010 23:18
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
xebere gore minnattaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 53
Cəmi: 79

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}