Ilk ibadət evi

 
Ilk ibadət evi

İlk İbadət Evi

Çox qədim zamanlardan Məkkə şəhərində yerləşən və müsəlmanların qibləsi

sayılan Kəbə Evi çoxsaylı insanların müqəddəs ziyarətgahı olub.

Bu müqəddəs ocaq Yer üzündə tikilmiş ilk ibadət evidir.

"Ali-İmran" surəsinin 96-cı ayəsindən göründüyü kimi,

Kəbə ibadət və Tanrıya tapınmaq üçün tikilmiş ilk evdir:

"Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki,

o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır".

Kəbənin tikilməsi

Belə bir rəvayət söylənilir: Adəm (s.ə.s) və Həvva Cənnətdən Yerə endirildikdə

bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon),

Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir.

Adəm ilə Həvva yalnız 200 ildən sonra Məkkə ərazisində bir-birinə yenidən qovuşmuşlar.

Uzun ayrılıqdan sonra onlar ilk dəfə Ərəfat dağında bir-birilə tapışır.

Lakin Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı.

Nəhayət, Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir.

Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur.

O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür.

Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir.

Nuh Peyğəmbərin (s.ə.s) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır.

Rəvayətə görə,
Həzrət İbrahim Peyğəmbər (s.ə.s) xanımı Hacərin ölümündən

sonra tez-tez Məkkə ətrafına səfər edib orada qalırdı. Növbəti səfərlərinin birində

Allah ona Adəmin məbədinin yerində Kəbə Evini tikib bərpa etməyi buyurur.

Bu yeri İbrahim Peyğəmbərə Mələk Cəbrail göstərmişdir və o,

Kəbə Evinin tikilməsində İbrahim və onun oğlu İsmayıla kömək etmişdir.

Bununla da ilk insan - Həzrət Adəmin ucaltdığı ibadət ocağı yenidən bərpa edilmişdir.

Kəbə olduğu kimi

"Kəbə" ərəb dilində "kub" deməkdir.

Sahəsi: 10x12 metr, hündürlüyü isə 15 metrə yaxındır.

Kəbənin qapısı təmiz qızıldandır və çəkisi 286 kiloqramdır.

Kəbə qara ipəkdən olan parça ilə örtülüdür.

Bu örtük ildə bir dəfə dəyişdirilir.

Qapını örtən örtüyün üzərində Qurani-Kərimdən kəlamlar var.

Tarixdə Kəbə

Qədim zamanlardan müxtəlif tayfalar Kəbə Evini özləri üçün bütxanaya çevirmişlər.

Məbədin içərisində yüzlərlə büt var idi. Onların arasında İbrahim

Peyğəmbərin və İsa Peyğəmbəri (s.ə.s) əllərində saxlayan Məryəm Ananın şəkli də var idi.

Məkkənin fəthi zamanı Kəbədəki bütlər Peyğəmbər tərəfindən məhv edildi.

Burada yalnız Kəbə Evinə yapışdırılmış Qara daşı saxladılar.

Kəbə bütün müsəlmanların ibadətgahı elan edildi.

Oranı ziyarət etmək isə İslamın başlıca şərtlərindən biri oldu.

Beləliklə, İslam sivilizasiyasının ərsəyə gəldiyi ilk vaxtlardan - 632-ci ildən başlayaraq

Məkkəni və oradakı ən qədim ibadət ocağı olan Kəbə Evini

ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanmışdır.

Bu ayin Həcc ziyarəti adı ilə məşhurdur.

Allah"Ali-İmran" surəsinin 96-97-ci ayələrində buyurur:

"Orada aydın nişanələr - İbrahimin məqamı vardır.

Ora daxil olan şəxs əmin-amanlıqdadır.

Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib

o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur".

Meteorit, yoxsa cənnət bağından endirilən daş?

Bir sıra alimlər belə hesab edirlər ki,

Kəbədəki Qara daş möhkəm energetikaya malik meteoritdir.

Bəzi alimlər isə belə fikir irəli sürür ki, bu daşda çatlar olduğu üçün

o, dəmir deyil. Digər tərəfdən, suda batmadığına görə, daş meteorit ola bilməz.

Analoci arqumentlər bu daşın meteorit olmamasını,

məsələn, bazalt və ya əqiq olmasını da inkar edir.

Geoloqlar Qara daşın meteorit olduğunu iddia etsələr də,

bəzi inanclı müsəlmanlar bu daşın səmadan,

cənnət bağlarından endirildiyinə inanır.

Onlar bu daşın Həzrət Adəmə Cənnətdən qovulduqdan sonra

günahlarının təmizlənməsi üçün göndərildiyini düşünür.

Kəbə-qiblə

Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər

hələ hicrətdə - Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki,

müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər.

Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı

üzlərini Beytül-Müqəddəsə, Qüds şəhərinə tuturdular.

Buna dair Allah-Təala "Bəqərə" surəsinin

149-cu ayəsində belə buyurmuşdur:

"Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü

Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin!

Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..".

Kəbə və Məkkə bütün qurunun mərkəzidir

Misir mütəxəssisi, Qahirə Universitetinin professoru doktor Hüseyn Kəmaləddin

elmi olaraq sübut etmişdir ki, vulkanik fəaliyyət nəticəsində

ilk dəfə quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb.

Həmin vaxta qədər isə bütün planet su ilə örtülmüşdür.

Quru ərazilər buradan yayılmağa, genişlənməyə başlanmışdır.

Uzun araşdırmalar nəticəsində 1977-ci ildə Kəbə və Məkkənin

bütün quru ərazilərin mərkəzi olduğu rəsmi surətdə sübut edilmişdir.

Məlum olmuşdur ki, Kəbənin dayandığı nöqtədə Yerin maqnit mərkəzi yerləşir.

Maraqlıdır ki, Yerin maqnit qütbləri dəyişdiyi halda,

Kəbədəki maqnit mərkəzi əvvəlki kimi qalır.

Bu, dünyanın hər bir nöqtəsindən Kəbəyə olan

istiqaməti (qibləni) ölçəndə müəyyən olunmuşdur.

Alimlərin təəccübünə səbəb olan fakt bu olmuşdur ki,

qiblə maqnit xətlərin (onlar bütün istiqamətlərdən Məkkəyə, Kəbəyə yönəlir) istiqaməti ilə üst-üstə düşür.

Bundan başqa, Hüseyn Kəmaləddin müəyyən etmişdir ki,

Yerin həqiqi maqnit meridianı hər kəsin düşündüyü kimi, İngiltərədən,

Qrinviç şəhərindən deyil, Məkkədən keçir. Məlum olmuşdur ki,

Qrinviç meridianı maqnit qütblərin dəyişməsi ilə yerini dəyişir,

lakin Kəbədən keçən meridian öz yerində qalır.

Belə ki, Yerin maqnit oxu məhz Kəbədən keçir.

Bir maraqlı faktı da nəzərinizə çatdırmaq istərdik.

Elmi olaraq sübut edilmişdir ki, insan bədənində maqnit meridianlar mövcuddur.

Bu meridianların Yerin maqnit xətləri ilə üst-üstə düşüb-düşməməsindən asılı olaraq,

insan orqanizminə müsbət və ya mənfi təsir olunur.

Bəlkə də bu, namaz qılarkən üzü qibləyə tərəf dayanmağın səbəblərindən biridir.

Məlumdur ki, Peyğəmbərimiz mümkün qədər çox üzüqibləyə dayanmağa çalışardı;

harada olur-olsun, nə etdiyindən asılı olmayaraq, məsələn, moizə və ya dua edərkən,

dəstəmaz alarkən, hətta yatdığı zaman üzüqibləyə - Kəbə Evinə doğru yönələrdi.

Nə qədər ki dağlar dayanıb, o da var olcaq!..

Məhəmməd Peyğəmbərin (s.ə.s) 35 yaşı olanda, onun mənsub olduğu

Qüreyş qəbiləsi Kəbə Evini yenidən qurmaq fikrinə düşür.

Kəbənin dağılmasından və xəzinəsinin

oğurlanmasından ehtiyat edərək qüreyşilər dam tikmək istəyirlər.

Belə ki, bəzi insanlar Kəbənin xəzinəsini gəlib oğurlayırdı.

Xəzinə, adətən, Kəbənin içindəki quyuda olurdu.

Lakin məbədi dağıtmaq istədikdə onun yanında nəhəng bir ilan peyda oldu.

İlan heç kimə Kəbə Evinə yaxın gəlməyə imkan vermirdi.

Qüreyşilər ilandan qorxub onu yemləyirdilər.

Lakin ilan yenə də məbədə yaxınlaşmağa mane olurdu.

Onda qüreyşilər Allaha üz tutub yalvardılar:

"Ey Allah! Əgər razısansa, Sənin Evini ucaltmaq və bəzəmək istəyirik.

Əgər yox, onda nə məsləhət bilirsənsə, onu da et!".

Birdən onlar nəhəng bir quşun qanad səsini eşitdilər.

Quş ilanı götürüb özü ilə apardı.

Beləliklə, qüreyşilər Kəbə Evini söküb yenidən bərpa etmək istədilər.

Elə bu zaman dəniz Ciddə yaxınlığındakı sahilə Bizans tacirinə məxsus bir gəmi atdı.

Qüreyşilər Kəbənin yenidən tikilməsində

dağılmış gəminin taxta hissələrindən istifadə etməyi qərara aldılar.

Lakin Əbu Vəhab bin Əmr adlı birisi Kəbə Evinə yaxınlaşıb onu sökmək üçün

bu məbədin bir daşını çıxartmaq istədikdə,

gözlənilmədən daş onun əlindən sıçrayıb əvvəlki yerinə qayıtdı.

Əbu Vəhab dedi: "Ey qüreyşilər! Kəbənin tikintisində yalnız halal yolla

əldə etdiyinizi istifadə edin! Bu Evin tikintisində haram yolla,

sələm və hər hansı bir insanın haqqını əzməklə əldə olunanı istifadə etmək olmaz!".

Qüreyşilər Kəbə Evini halallıqla yenidən qurmağa hazırlaşdılar.

Rəvayətlərə görə, onlar Kəbənin sütununda

Assuriya dilində yazılmış aşağıdakı məktubu tapmışlar:

"Mən Allah, Məkkənin sahibiyəm. Mən onu yeri və göyü yaratdığım,

günəş və ayı işıqlandırdığım gün yaratdım.

Mən onu 7 pak mələklə əhatə etdim. Nə qədər ki dağlar dayanıb, o da var olacaq.

Onun əhalisinə suyunda və südündə xeyir-bərəkət olsun".

Sonra qüreyşilər Kəbənin tikilməsi üçün daşlar yığdılar.

Hər tayfa ayrılıqda daşları yığırdı.

Növbə Allahın hələ Həzrət Adəmə göndərdiyi Qara daşı məbədə yerləşdirməyə çatdıqda,

onların arasında mübahisə yarandı. Hər tayfa digər tayfanın iştirakı olmadan

Qara daşı qaldırmaq istəyirdi.

Bir gün onlar məbəddə yığışıb mübahisə etməyə başladılar.

Qüreyşilərin ağsaqqalı Əbu Üməyyə belə dedi:

"Qüreyşilər! Kim bu ibadətgahın qapısından birinci girsə,

sizin mübahisənizə o aydınlıq gətirsin". Elə də etdilər.

İlk daxil olan şəxs isə Həzrət Məhəmməd oldu. Peyğəmbərimiz belə dedi:

"Mənə parça gətirin!". O, Qara daşı götürüb öz əlləri ilə həmin parçanın üzərinə qoydu.

Sonra dedi: "Qoy hər tayfa parçanın bir tərəfindən yapışsın

və sonra onu hamınız birlikdə qaldırın". Onlar elə də etdilər.

Daşı yerinə gətirdikdən sonra, Məhəmməd Peyğəmbər onu öz əlləri ilə divara yerləşdirdi.

Zəm-zəm çeşməsi

Kəbənin qapısı ilə üzbəüz müqəddəs Zəm-zəm çeşməsi yerləşir.

Həzrət İbrahimin Hicazda qoyub-getdiyi körpəsi İsmayıl

və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermişdir.

Körpə susuzluğa dözməyib ağlayır, ayaqlarını yerə döyürdü.

Və elə bu zaman onun ayaqları altından su fəvvarə vurmuşdur.

Çeşmənin suyu şəfaverici sayıldığı üçün, Kəbə Evinə gələn zəvvarlar,

adətən, xüsusi qablarda Zəm-zəm suyunu özləri ilə vətənlərinə aparırlar.

QARA DAŞ

İndi həmin Qara daş Kəbənin cənub-qərb küncündə yerləşir.

Bəzi rəvayətlərə görə, daş əvvəl ağ rəngdə olub və

bir çox günahkar insanların ona toxunması nəticəsində zaman keçdikcə qaralıb.

Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər.

Buna nail olmadıqda, heç olmasa, ona toxunmağı özlərinə şərəf hesab edirlər.

Maraqlıdır ki, 930-cu ildə Bəhreyndə məskunlaşmış kərmətilər

Qara daşı oğurlayıbmışlar.

Yalnız 951-ci ildə bu daş yenidən Məkkəyə qaytarılmışdır.

Kəbə iki dəfə yanmış, 1626-cı ildə isə Məkkəni sel basdıqda,

suda batmışdır. Bu bədbəxt hadisələrdən sonra Qara daş 15 parçaya bölünmüşdür.

İndi bu hissələr sement məhlulu ilə birləşdirilib və

gümüş çərçivəyə salınıb. Daşın görünən hissəsi, təxminən, 16,5x20 sm-dir.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:11
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

Labirint

  • 19 yanvar 2011 12:41
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Gözəl məlumatlardır.
Amma mənim sualım var. Deyirsiniz ki, qüreyşilər Kəbəni söküb təzədən tikmək istəyərkən Allaha yalvardılar. Axı bizim bildiyimizə görə qüreyşilər Allahı tanımırdılar. Onların çoxlu bütləri var idi.
Daha sonra, qədim xalqların bir çoxunda olduğu kimi qədim yunanların da çoxsaylı bütləri var idi. Onların arasında baş allah Zevsi hesab edirdilər. Ərəblər də 300-də çox bütün içərisində Qara Daşı ən əsas büt hesab edirdilər. Bunu siz özünüz də təsdiq edirsiniz. "Məkkənin fəthi zamanı Kəbədəki bütlər Peyğəmbər tərəfindən məhv edildi. Burada yalnız Kəbə Evinə yapışdırılmış Qara daşı saxladılar." Hesab edək ki, Afinada yunan bütlərinin yerləşdiyi məbədi dağıdaraq, orada Zevsin heykəlini saxlayırlar. Bu ona bənzəyir. Nə üçün ən əsas büt saxlanıldı?
Digər tərəfdən də mənim üçün qaranlıq qalan başqa bir məsələ də avr. İslamda qiblə nə qədər vacibdir. Axı Allahın Lamekan olduğunu deyiriksə, Ona üzümüzü çevirmək üçün hansısa tərəfə dönməyimiz lazımdırmı? Hara baxsaq hər yerdə Allaha üz tutmuş olmuruqmu?
Lütfən cavab verin.

Ulya

  • 25 noyabr 2010 23:04
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

MuslimGirl

  • 24 noyabr 2010 18:48
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bacicka, ellerine sagliq. Cox gozel, maraqli bir xeber alinib. Boyuk maraqla oxudum. Bilmediklerimi de oyrendim. Allah razi olsun. Tesekkurler

Just For Legend

  • 24 noyabr 2010 17:16
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Gozel xebere minnettaram,Allah hamiya orani ziyaret etmeyi qismet etsin

--------------------

Yusif

  • 24 noyabr 2010 17:12
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
xebere gore tskk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}