Xərçəng yaradan paltarlar

 
Xərçəng yaradan paltarlar

Şəhərimizin əksər bazarlarının yaxınlığında, metroların giriş-çıxışında ucuz paltarların, xüsusən də uşaq geyimlərinin satışına rast gəlmək mümkündür. Bayramlar ərəfəsində isə küçə ticarəti daha geniş yayılır və alıcılar əsasən ucuzluğuna aldanaraq gələcək üçün yaranacaq təhlükələrdən xəbərsiz olurlar. Satılan uşaq geyimlərinin keyfiyyətsizliyini təyin etmək elə ilk baxışdan mümkündür. Satıcılar üst-üstə qalaqlanmış, üzərində harada istehsal olunduğu barədə heç bir yazı olmayan paltarlar arasında seçim aparmağı alıcıların ixtiyarına buraxırlar. Bəzi hallarda eyni paltar qalağı dəfələrlə alt-üstünə çevrilir, kimisi istədiyini tapır, kimisi isə tapa bilmədiyini dönə-dönə axtarır. Satıcılar bu axtarışa mane olmayıb prosesi sadəcə kənardan izləməklə və ara-sıra qışqırıb müştəri toplamaqla məşğul olurlar. “20 Yanvar” metrosunun yaxınlığında apardığımız müşahidələr göstərdi ki, paltarlar dəfələrlə yerə düşür, ayaq altında tapdanır, sonra yenidən heç nə olmayıbmış kimi yerinə qoyulur. Satıcılar bu paltarları hardan əldə etmələri barədə məlumatları gizlətsələr də, əslində söhbət arasında Binə və Sədərək yarmarkalarındakı topdansatış məntəqələrindən əldə etdiklərini bildirirlər. Alıcılara təklif olunan ucuz paltarların əksəriyyəti Çin istehsalı olduğundan qiyməti də bir çoxları üçün münasibdir. Uşaq paltarları ədədlə 1-2 manata satılır, amma bəzən 50 qəpiyə belə təklif olunur. Böyuklər üçün nəzərdə tutulan geyimlərin qiyməti isə nisbətən bahadır, bu kateqoriyadan olan alıcılar üçün qiymət 3-5 manat arasında dəyişə bilir. Elə bununla da geyim sektorunda bir qanunauyğunluq pozulur. Məlumdur ki, dünyanın aparıcı geyim istehsalçılarının uşaqlar üçün nəzərdə tutulan malları daha baha qiymətə satılır ki, bu da istehsalın maya dəyərinin yuxarı olması ilə əlaqələndirilir. Yəni uşaqlar üçün hazırlanan malların istehsalı zamanı daha ciddi tələblərə əməl olunur və prosesə aralarında həkimlər də olmaqla çox sayda mütəxəssislər cəlb edilir. Çin istehsalçıları üçünsə bu prinsiplər olmadığından keyfiyyətdən danışmağa belə dəyməz.

Küçə ticarətinin qarşısını alan Bakı Şəhər Ticarət və Xidmət Departamenti belə hallara qarşı mübarizə apardığını bildirir. Qurumun mətbuat xidmətinin rəhbəru Əliabbas Bağırovun sözlərinə görə, görülən tədbirlər nəticəsində paytaxtda küçə ticarətinin qarşısı nəzərəçarpacaq dərəcədə alınıb. Amma heç də bütün hallara qarşı mübarızə aparmaq mümkün olmur. Bununla belə bayramlar ərəfəsində departament əməkdaşları reydləri daha da intensivləşdirəcəklər.

“Öldürsələr də Çin corabı satmaram”

Lakin satıcılar deyilənlərlə razılaşmır. Məsələn, “20 Yanvar” metrosunun yaxınlığında ucuz uşaq paltarları satan gənc deyir ki, əksər mağazalarda da eyni mallar satılır, amma daha baha qiymətə: “Sədərəkə mal gətirənlər aralarında nisbətən yaxşılarını, qablaşdırılanları seçdirib mağazalara göndərirlər. Kiçik qüsurları olan, açıq malları isə biz alıb çörək pulumuzu çıxarırıq. Elə adam var ki, bu malları alır, aparıb evdə ütülədir, torbaya yığır, iki qat bahasına satır. Onda heç kəs demir ki, mal keyfiyyətsizdir. Bizim adətimizdir, ucuz mal görən kimi deyirik ki, yəqin keyfiyyətsizdir”. Bununla belə satıcı özü də etiraf edir ki, bəzi Çin məhsullarından istifadə etmək olmaz: “Məh heç vaxt corab satmıram. Bir dəfə “Neftçilər” metrosunun yaxınlığında 3 cütü bir manata corab satdım. Corabları evdə yoldaşım və anam 3 cütünü bir yerdə bağladı ki, satmaq asan olsun. 2 gün bu işlə məşğul oldular, barmaqları rəngbərəng oldu. Həmin corabların iyi neçə gün evdən çəkilmədi, içəridə bir az oturanda adamın gözləri yanırdı. O hadisədən sonra məni öldürsələr də corab satmaram, paltar daha yaxşıdır”.

ÜST xəbərdarlıq edir

Araşdırmalar göstərir ki, Çin istehsalı olan paltarlarda insan sağlamlığı üçün təhlükə törədən maddələrdən istifadə olunur. Hətta 2009-cu ildə Çinin özündə aparlan bir araşdırma da təhlükənin ciddiliyindən xəbər verib. Rəsmi araşdırmanın nəticələrinə görə, ölkənin istehsal mərkəzi hesab edilən Quandoqda istehsal olunan uşaq geyimlərinin yarısı sağlamlığa zərərlidir. Bu barədə məlumatı Çinin rəsmi informasiya agentliyi yaymışdı. Paltarların zərərlı olmasının səbəbi isə onların istehsalında formaldehit maddəsindən çox istifadə olunmasıdır. Ümumdünya Səhiyyə Təşkilatı isə Çində istehsal olunan uşaq paltarlarında icazə veriləndən 900 dəfə artıq formaldehit istifadə olunduğunu bildirərək ehtiyatlı olmağa çağırıb.

Formaldehit xərçəng yaradır

Kiçik bir araşdırma bu maddənin təhlükələri barədə məlumat almaq üçün yetərlidir. Kimya müəllimi Ehsan Əmirov bildirir ki, formaldehit insan səhhəti üçün zərərli olan, rəngsiz, kəskin və pis iyli kimyəvi maddədir. Atmosferderdə və qapalı şəraitdə az miqdarda rast gəlinir. Formaldehit geyim istehsalında müxtəlif məqsədlər üçün istifadə olunur. Bura daha çox geyimlərin qırışmasının qarşısını almaq üçün istifadə daxildir. Bununla yanaşı uzun havasız və rütubətli yerdə saxlama zamanı meydana çıxan kiflənməyə qarşı da bu maddədən istifadə edilir. İstilik və ya nəm nə qədər çox olarsa, bu maddənin təsiri də bir o qədər çox hiss olunur. Formaldehit vücuda daha çox tənəffüs yolları vasitəsilə daxil olur. Bununla yanaşı dəri yolu ilə də orqanizmə daxil olma imkanı var ki, bu da həmin maddənin istifadə olunduğu paltarları geyən zaman baş verir. Maddənin hər bir insana təsiri fərqlidir. Göz, burun, boğazda yanma hissi ilə özünü büruzə verir. Bəzən yorğunluq, yuxulamaq, baş ağrısı, baş gicəllənməsi, huşunu itirmə kimi hallara da təsadüf edilir. Bu maddə hətta astma xəstəliyinin də yaranmasına səbəb ola bilər. Bəzən elə hallar olur ki, allergiya və ya astmadan şikayətlənən xəstənin vəziyyətinin əsl səbəbi şəxsin məhz bu maddənin çox olduğu yerdə qalması ilə bağlı olur. Bu maddədən istifadə olunan iş yeri və ya gündəlik olaraq belə paltarlardan istifadə təhlükə yaradır. Hətta heyvanlar üzərində aparılan araşdırmalar göstərir ki, formaldehidin xərçəng törətmək qabiliyyəti də var.

Əvvəl yuyun, sonra geyinin

Həkimlər isə təhlükədən xilas olmaq üçün daha ehtiyatlı olmağa çağırır. Həkim Samirə Bəyməmmədovanın sözlərinə görə, bu maddənin istifadə olunduğu paltarlardan istifadə zamanı xüsusi diqqət tələb edilir: “Əgər başqa çarə yoxdursa, belə paltarlar geyinilməzdən əvvəl yaxşıca yuyulmalıdır. Paltarların boyanmasında istifadə olunan kimyəvi maddələrlə bağlı da narahatlıqlar var. Həmçinin uşaq paltarlarının üzərində çox hallarda rast gəlinən bəzəklər də sağlamlığa ziyanlıdır. Ona görə də uşaq paltarları alarkən onların sadə olmasına diqqət yetirmək lazımdır. Folmaldehit dəridə və tənəffüs yollarında infeksiyaya yol açır. Formaldehit paltarlara birbaşa vurulmur. Həmin paltarları istehsal edəndə standartlara uyğun olmayan xammal və boyalardan istifadə edilir. Bu da formaldehit miqdarını artırır. Həmçinin dəridə səpki, qaşınma, allergiya müşahidə oluna bilər”.


Geri dön

nurlana77

  • 31 avqust 2012 16:56
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
ReSePtCuN TeSeKKuRleR

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

Delete

  • 21 avqust 2012 22:35
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

kiskanc

  • 21 avqust 2012 18:35
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkurler love

Nuray2012

  • 21 avqust 2012 18:28
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
smile COx sagol xebere gore

--------------------

my angel__

  • 20 avqust 2012 08:09
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
wayy bir bu qalmiwdi bunuda ewitdik..tewekkurler

--------------------
Помни, что ты - мое все ❤

solnuska

  • 20 avqust 2012 02:48
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
melumata gore twk

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Music lover

  • 20 avqust 2012 00:54
  • Məqalə: 16
  • Şərh: 735
  • Bal:
{awards}
tewwekur xebere gore

Prank girl

  • 19 avqust 2012 17:31
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tsk edirem xebere gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

come back

  • 18 avqust 2012 20:01
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
melumata gore tewekkurler bu haqqa biraz bilirdim

✰Dгeaм✰

  • 18 avqust 2012 19:11
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Melumat ucun cox sag ol...

Slatkaya emocka.

  • 18 avqust 2012 18:15
  • Məqalə: 2
  • Şərh: 1424
  • Bal:
{awards}
Twk......................

STELLA 29

  • 18 avqust 2012 15:55
  • Məqalə: 9
  • Şərh: 471
  • Bal:
{awards}
melumata gore sag ol....

--------------------
Həyat - güldür. Sevgi - nektar.

_Kyonul_

  • 18 avqust 2012 15:43
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
melumata gore twk.men her aldigimi yumasam geyinmerem,hardan oldu paltar da almaram.

--------------------

Avril_lavigne

  • 18 avqust 2012 15:06
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
Xebere gore twkler.............

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

...BARSA FANATI....

  • 18 avqust 2012 14:44
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
melumata gore sag ol....

Nara huseynova

  • 18 avqust 2012 14:26
  • Məqalə: 21
  • Şərh: 2418
  • Bal:
{awards}
day neler cixmir

✰GoLd GirL✰

  • 18 avqust 2012 14:16
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkur oxudum melumatim oldu..

Dalga

  • 18 avqust 2012 14:13
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Melumat ucun tewekkur edirem

--------------------

LoVe_LiFe

  • 18 avqust 2012 13:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
oxudum melumata gore tewekkurler

SU PƏRİSİ

  • 18 avqust 2012 13:44
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Xebere gore twkler.............

--------------------

Gözlüklü

  • 18 avqust 2012 13:42
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
cox idi oxumadim.yene de cox sag olun

RoMaNTiK SerSeRi

  • 18 avqust 2012 13:35
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
BUYURUNN...... winked

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}