Allahın Razılığına Yetişmək Yolları

 
Allahın Razılığına Yetişmək Yolları

"Allahumm... səhhil ila buluği rizakə subuli..."

İlahi! ...Sənin razılığına yetişmək yollarımı asan et...

Duanın son hissələrində İmam Allahdan ümumi və əsaslı şeylər istəyir. Hansı ki, insanın yaşayışını formalaşdırır. Yəni, insana yaşayışını hansı şeylərə əsasən qurmasını öyrədir.

İlahi! Mənim arzumu Sənin rəhmətinə ümidlə həyata keçir.

Qeyd etdik ki, bu hissə ilə bağlı bir-neçə məsələ aydınlaşmalıdır:

1. İnsanın arzulaması lazım olan arzu hansıdır?

2. Bu arzunu həyata keçirmək üçün insanın hansı ümidi olmalı və onun həyata keçməsi üçün hansı xüsusiyyətlər lazımdır?

Qeyd etdik ki, arzu etmək insanın varlğının xüsusiyətlərindən biridir. Allah insanı müxtəlif cəhətli yaradıb, bu cəhətlərə yetişmək üçün onda arzu yaradıb. Buna görə də buyurulub ki, əgər insanda arzu olmasa idi, ana övladına süd verməzdi.

Həzrət Əli (ə) buyurub: Arzu insanla ünsiyyətdə olan dostdur.

Hər şeyin qədəri


Amma hər şeyin qədəri var. İnsanın hər bir fitri istəyi düzgün istiqamətləndirilməsə, ona fayda verməyəcək. Buna görə də çoxlu sayda hədislər arzuya sahib olmağı məzəmmət edib. Bu məzəmmət, insanın fikri-zikri dünya və onda olanlar olduğu hal üçündür. Amma şəxsin Allaha imanı olsa və inansa ki, varlığı bu aləmlə məhdudlaşmır və onun həqiq kamillikləri ayrı aləmdə özünü büruzə verəcək və insan ona kamil şəkildə yetişəcək, buna görə də bu arzularını o baqi həyata yetişməyə yönəldir.

Quranda da belə arzulardan göstərilib.

"Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək".
(Kəhf, 7)

Ayənin əvvəlində dünyaya diqqətdən söz açılır, davamında gəlir ki, diqqət edək, dünya həyatının həqiqətini anlayaq. Ayədə mal və övlad ziynət kimi göstərilir və lazımdır. Amma göstərir ki, bunlar sınaq üçündür:

Mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!
(Kəhf, 46).

Biz Quran maarifini hərtərəfli götürüb anlamalıyıq. Bir ayəyə diqqət edib, kifayətlənsək. Digər ayələrdə onun izahını nəzərə almasaq, bizi azdıra bilər. Quran maarifinə düzgün daxil olsaq, görərik ki, ayələr bir-birini izah edir.

Buyurur ki, o zinətləri insan üçün yaratmışıq. Bu insanda fitri hissdir. İnsan onlardan bəhrələnməlidir, amma diqqətli olmalıdr ki, bunlar hədəf deyil. Hər nemətdən yerində, zamanında və qədərində istifadə olunmalıdır.

Duaya əsasən, insanın arzusu daimi, qalıcı olan şeylər üçün olmalıdır. Buna yetişmək üçün də ümidvar olmalıdır. Burada arzu ilə ümidin fərqini açıqlamaq istəmirik, bu ayrı bəhsin mövzusudur. Hər halda hər biri insanın düşdüyü hallarla bağlıdır.

Mömin insanın fəaliyyətləri həzrətin Allahdan istədiyi şəkildə olmalıdır. İşdir, birdən bu şəkildən çıxmaq istəsə, özünü kontrol etməli və yenidən ona uyğun yaşamağa qayıtmalıdır.

Allahın yaratdığı hər şey onun rəhməti, mərhəmətidir. Onun rəhməti hər yeri bürüyüb. Bir qrup bu nemətdən düzgün istifadə edirlər. Onlar pəhrizkarlardandır: Rəhəmtim hər şeyi bürüyüb...

Ümidvar və çalışqan

Rəhmətə ümidvar olmaq insanın fəaliyyətlərindən ayrı bir şey deyil. İnsanın batini sifətləri o zaman qiymətləndirilir ki, əməl səhnəsində özünü göstərsin. Ümid əməl səhnəsində məlum olur ki, insanda var, yoxsa yoxdur? Ayə göstərir ki, ümidvar olanlar kimdir:

Həqiqətən, Allaha iman gətirənlər, hicrət edən və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar.
(Bəqərə, 218).

Ayə göstərir ki, ümidvar olanlar günahdan uzaq olanlar, Allah yolunda çalışanlardır. İnsan ümidvar olmasının həyata keçməsini istəyirsə, ayədə buyurulan şəkildə olmalıdır.

Hicrətin dərəcələri

Hicrət insanın imanının şirk, yaxud küfrə düşməsindən qorxduğu zaman baş verir. Hicrətin də mərtəbələri var. Birinci mərhələ bir yerdən digər yerə köçməkdir. İkinci mərhələdə oturub-durduğu günah əhlindən uzaq olmaqdır. Üçüncüsü, qəlbi hicrətdir. Yəni imanını gücləndirmək üçün onu Allahdan uzaq salan şeylərə qəlbi nifrət hissinə sahib olmaq.

Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə bildirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!"
(Zumər, 9)

Gecə ibadəti

Allahın xüsu lütflərinə yetişmək istəyənlər digərlərinə nisbətən həyatlarını bir az artıq proqramlaşdırmalıdırlar ki, ruhi saflaşmaları çoxalsın. Bunun üçün gecə oyaqlığı lazımdır. Bu ayədə, bunu bəyan edir ki, o şəxslər ki, gecə vaxtı Allah qarşısında kiçikliklərini, bəndəliklərini izhar edirlər. İfrata varmadan gecə oyaq qalanlara çoxlu nemətlər nəsib olunur. Digər ayədə onlara hansı nemətlər nəsib olması açıqlanır: Göz nuru: kimsə bilmr ki, onlara necə bir göz aydınlığı veriləcək.

Peyğəmbərlər və övliyaların Allaha çox böyük arzuları vardı. Çalışmaları da bu əsasda idi. Biz də onlara oxşamaq istəsək, cismimizə və ruhumuza uyğun iş görməliyik. Çalşaq ki, elə işlə məşğul olaq ki, onu davam etdirə bilək. Bəzən görürsən ki, bəzi möminlər gecə çox ayıq qalır, sonra da vaciblərini də yerinə yetirə bilmir.

Buna görə də Kəhf surəsinin sonunda (110-cu ayədə) buyurur:

"Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"

Rəbbinin görüşünə ümidvar olan şəxs saleh əməl etsin.

Allaha olan ümidin dərəcələri var. Bir qrupun ümidi Allah ilə görüşdür. Xülasə şəkildə desək, Allah insan üçün elə tutum və qabiliyyət yaradıb ki, düzgün tənzimləsə onun Özü və varlıq kamalları ilə rabitədə olur. Bu müxtəlif rabitələrlə bağlı Quranda müxtəlif ifadələr gəlib. Bəzən Allahın rəhmətinə ümid, bəzən Allahla liqa-görüş gəlib.

Hər halda peyğəmbərlər bütün bu mərtəbələri keçiblər. Keçmək istəyənlər də o böyükləri öz ülgüsü etməlidir.

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!
(Əhzab, 21)

Bu ülgü Allaha ümidvar olan, axirərətə inanan və Allahı çox zikr edənlər üçündür.

Duanın bu hissəsi bizə öyrətdi ki, mömin həyatını necə qurmalıdır ki, imanı nəticəyə çatsın: arzumu Sənin rəhmətinə ümidlə gerçəkləşdir. Bu gerçəkləşmə həqiqətdə nəticəyə çatmaqdır. İman insanı digər həqiqətlərlə rabitədə saxlayan bir həqiqətdir.

Bu Allahla rabitə və axirət ümidvar olmaq o böyüklərin yolunu izləməklə insanın varlğında formalaşmalıdır. Sonrakı ibarədə bu deyilənlərə necə yetişməyi öyrədir.

Allah uğrunda mübarizə

Və səhhil...Sənin razılığına yetişmək yollarımı asan et.

Allahın razılığı Onun göstərişlərini həyata keçirməkdir. Bu göstərişlərin icrasında qarşıya çətinliklər çıxdığı üçün Allahdan istəyir ki, asanlaşdır.

İnsan bilkməlidir ki, hərəkət etməyə başlayan kimi fəsad yolu da insanın qarşısına çıxır. Amma həyat səhnəsi cihad və təlaş səhnəsidir. İnsan bu maneələri aşmalıdır. Hər qədəmdə maneələr çıxacaq. İnsanın ən adi çalışmasında da mücahidə lazımdır. Həyatda hər bir işdə zəhmət var. Evlilikdən, iqtisadi işlərdən uzaqlaşmaq olmaz ki, çətinlikləri var. Həyatın hər sahəsində çalışma lazımdır. Buna görə də buyurur ki, Həqiqətən, Allaha iman gətirənlər, hicrət edən və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar.
(Bəqərə, 218).

Allahın istəmədiyi şeylər Onun razılığı deyil. İnsanın istədiyini Allah da istəyirsə, Alahın razı qaldığı işdir. Elə isə bunu həyatımızın bütün sahələrinə yayaq. İnsan nə qədər ki, fəaliyyətləri azdır, maneələri də azdır və həyatını da daha yaxşı tənzimləyə bilər. Elə isə nə zaman həqiqətlərlə tanış oldu, tez işə başlasın. Fəaliyyətləri çoxalanda (məsələn işləməyə başlayanda. Evlənəndə, uşaqları olanda və s.-Tərc.) da bu həqiqətləri unutmasın, istər ictimai fəaliyətlə, istərsə də insanı məşğul edən digər sahələrlə məşğul olsun.

Bu aləmdə hər kəs özü yolunu müəyyən edir. Allah da onlara kömək edir:

Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne’məti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!

Mö’min olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.


Onların və bunların hər birinə Rəbbinin ne’mətindən verərik. Rəbbinin ne’məti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir.
(İsra, 18-20)

Allah insanın öz seçiminə kömək edir, amma Öz istəyinə əsasən. Belə deyil ki, zalımlar hər nə istəsələr edə bilərlər. Axirəti istəyənlər və çalışanlar və imanlarını qoruyanlar mükafatlarını alacaqlaq. Buyurur ki, Biz onların hamısına kömək edirik. Dünya istəyənin qarşısını almırıq. Sınaq dünyasıdır. Dünya zinəti bütün insanların qarşısna çıxır. Həzrət Əlinin (ə) də qarşısına çıxır, Müaviyənin də. Amma həzrət Əli (ə) onun arxasınca getmir.

Hər halda Allahdan və övliyalarından kömək istəməliyik. İlk mərhədə vaciblərə əməl etmək və haramlardan çəkinməliyik.

***

Hamımız zinətlərə giriftar oluruq. Heç zaman özümüzə arxalanmayaq. İstət elmi işlər, istər mənəvi işlər, istər də ailə həyatında heç zaman Allaha diqqətdən qəflətdə olmayaq, Allah dərgahına yalvarmaqdan qəflətdə olmayaq.

Quranda Muminun surəsində Peyğəmbərə göstəriş verir ki, şeytanın vəsvəsələrindən Allaha sığınsın:

Və de: "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!"
(Muminun, 97-98)

Vəsvəsə hər kəs üçün var. Amma cəhətləri fərq edir.

Allahın Razılığına Yetişmək Yolları


Geri dön

✰Dгeaм✰

  • 11 sentyabr 2012 13:14
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
Allah razi olsun...

Delete

  • 22 avqust 2012 00:10
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur... Allah razi olsun...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

Islam Yolcusu

  • 21 avqust 2012 14:37
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Allah razi olsun.Ellbetde ki,her sey qederinde gozeldir. Insan yalniz xeyire calismalidir ki,allah yaninda raziligi da olsun.

Dj Nara

  • 20 avqust 2012 03:38
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
Hər şeyin qədəri

Amma hər şeyin qədəri var. İnsanın hər bir fitri istəyi düzgün istiqamətləndirilməsə, ona fayda verməyəcək. Buna görə də çoxlu sayda hədislər arzuya sahib olmağı məzəmmət edib. Bu məzəmmət, insanın fikri-zikri dünya və onda olanlar olduğu hal üçündür. Amma şəxsin Allaha imanı olsa və inansa ki, varlığı bu aləmlə məhdudlaşmır və onun həqiq kamillikləri ayrı aləmdə özünü büruzə verəcək və insan ona kamil şəkildə yetişəcək, buna görə də bu arzularını o baqi həyata yetişməyə yönəldir.

tinker bell

  • 20 avqust 2012 03:18
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
maraqli idi ALLAH razi olsun...

--------------------

solnuska

  • 20 avqust 2012 01:53
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk melumata gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

kiskanc

  • 19 avqust 2012 23:34
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
Allah razı olsun! what

LoVe_LiFe

  • 19 avqust 2012 23:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BIRDENEM

✰GoLd GirL✰

  • 19 avqust 2012 21:55
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
Allah razi olsun....

Priya

  • 19 avqust 2012 20:34
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Allah razı olsun.

--------------------




77.Day

  • 19 avqust 2012 20:07
  • Məqalə: 1
  • Şərh: 61
  • Bal:
{awards}
Allah razi olsun sizden tewekkurler..............

--------------------
....Her seher Gunesh cixarken ufuqun qirmizi rengine tamasa ele !.....Yetmish Yeddinci Gun omrune ebedi Gunesh dogacaq !

Nuray2012

  • 19 avqust 2012 19:23
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

come back

  • 19 avqust 2012 19:19
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

...BARSA FANATI....

  • 19 avqust 2012 19:00
  • Məqalə: 605
  • Şərh: 11802
  • Bal:
{awards}
ALLAH razi olsun......

SU PƏRİSİ

  • 19 avqust 2012 18:27
  • Məqalə: 153
  • Şərh: 3603
  • Bal:
{awards}
Allah razi olsun..........

--------------------

Prank girl

  • 19 avqust 2012 18:00
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Gözlüklü

  • 19 avqust 2012 17:59
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Allah razi olsun

✰Dгeaм✰

  • 19 avqust 2012 17:48
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Allah razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}