Qucaqlaşmanın xeyiri var

 
Qucaqlaşmanın xeyiri var

Harvard Universitetində aparılan bir araşdırma alimləri də təəccübləndirən əhəmiyyətli nəticələr ortaya qoydu.

Əməliyyat edilmək üzrə gözləyən eyni xəstəlikdən əziyyət çəkən iki qrup xəstə üzərində araşdırma maraqlı nəticə verdi.

Həkimlər əməliyyatdan əvvəl və sonra ilk qrup xəstənin otağına gələrək onlara salam verib,

vəziyyətlərinin necə olduğunu soruşarkən, digər qrupa tətbiq etdiklərindən fərqli tək şey,

əllərini xəstələrin çiyinlərinə qoyaraq etmək oldu.

Araşdırmanın sonunda, həkimlərin, çiyinlərinə toxunaraq hal və xatirlərini soruşduğu

ikinci qrup xəstənin digərlərindən tez yaxşılaşdığı və üç gün əvvəl xəstəxanadan buraxıldıqları görülür.

Ölkədə bənzər təcrübəni yaşayan çox sayda həkim ololduğu aydın olur,

‘‘Toxunma Araşdırma Mərkəzləri'' qurulmağa başlanır.

Qucaqlaşmanın insanlar üzərində əmələ gətirdiyi müsbət enerjiyə bir başqa nümunə də budur:

Amerikada bir ailə, evlilik olmadan uşaq sahibi olan qızlarını öldürmək istəsərlər də,

qorxularından cəsarət edə bilmirlər.

Qızlarını Christmas adındakı körpəsiylə birlikdə evlərinin altındakı qaranlıq otağa kilidləyirlər.

Yalnız, arada bir qapı aralığından quru çörək atırdılar. Aradan beş il keçir.

Aşağıdan səslər gəldiyini eşidən bir adam vəziyyəti polisə bildirir.

Gerçək ortaya çıxdığında yalnız tibb dünyası deyil, Amerikan cəmiyyəti də ayağa qalxır.

Ananı dinləyən həkimlər, ana və qızı yaşadan tək şeyin, davamlı bir-birlərilə qucaqlaşmaları,

sevib-oxşamaları olduğu nəticəsini əldə edirlər.

Həkimlər, süd verilərkən kürəyi ovxalanan körpələrin normaldan sürətli inkişaf etdiklərini

və gözləniləndən daha qısa müddətdə xəstəxanadan buraxıldıqlarını müəyyən edincə,

sırf bunun ölkəyə təmin etdiyi qənaətin 4 milyard 700 milyon dollara çatdığı görülür.

Ölkədə sürətlə "Toxunma Araşdırma Mərkəzləri" qurulmağa başlanır.

Milyonlarla vətəndaşın ölməsinə səbəb olan İkinci Dünya Müharibəsi çox sayda

uşağı da sahibsiz və yetim buraxmışdı. Alman yetimlərin verildiyi bir körpələr evində uşaqlara

sağlam qidalanma və s. imkanlar təqdim edildiyi halda, səlahiyyətlilər körpələr evindəki uşaq

ölümlərinin qarşısını ala bilmirlər. Yalnız bir uşaq sağ qalır. Araşdırma sonunda,

körpələr evində gecə keşiyinə qalan bir qadının bu uşağı tez-tez qucağına aldığı, onunla oynadığı və sevdiyi müəyyən edilir.

Peyğəmbərmiz də təkidlə, yetimlərin başlarının oxşanılmasını tövsiyə edir.

Bayramlarda yetim uşaqlarının sevindirilməsinə daha bir əhəmiyyət verilməsi tövsiyə edilir.

Toxunma bir ehtiyacdır. Sevdiklərimizə toxunmaq, hər iki tərəfə də fiziki və ruhi olaraq müsbət təsir edir.

Həkimlər, qucaqlaşmanın insanda stress, depressiya və narahatlığı azaltdığını müəyyən etmişlər.

Mütəxəssislər, xüsusilə ailə fərdlərinin bir-birilə qucaqlaşmasının terapik bir təsiri olduğunu ifadə etməkdədirlər.

Həyatı qucaqlayın…

Qucaqlamanın yaxşılaşdırıcı gücünü hiss etməyə çalışın. Sevdiklərinizi qucaqlayın!


Geri dön

Ulya

  • 25 noyabr 2010 22:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
he bilmirdim bunu winked

_MISS ANGEL_

  • 24 noyabr 2010 12:52
  • Məqalə: 0
  • Şərh: 142
  • Bal:
{awards}
men de cox sevirem qucaqlasmagi xeyrini bilmirdim oyrendim TWK wink

--------------------

SerSeRi_RuzGaR

  • 23 noyabr 2010 23:44
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
love AtaMi_QUCAqlAMAGi_COx_SeVIrEM))))))))))))))))))
................S.R

--------------------
<<<$aLunKa>>>

Just For Legend

  • 23 noyabr 2010 23:16
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
hmm bundan sonra qucaqlasariq coxlu wink wink wink

--------------------

Grace_Angel

  • 23 noyabr 2010 19:44
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore...maraqlidir...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}