Sən məni başa düşmürsən

 
Sən məni başa düşmürsən

"Sən məni başa düşmürsən", - bu ifadəni analar

və uşaqlar bir-birilərinə tez-tez deyirlər.

Ana və qız arasında problemlər müxtəlif səbəblərdən yaranır.

Ananın təhsili, milli mənsubiyyəti, yaşı, böyüyüb boya-başa çatdığı coğrafi ərazi,

işlədiyi mühit, dünyagörüşü və s. gələcək ailədaxili məsələlərdə əsas rol oynayır.

Xüsusilə yaş fərqinin və təhsil səviyyəsinin aşağı olduğu ana-qız əlaqələrində

qarşıdurmaların yaranması qaçılmazdır.

Qadın erkən yaşda nikaha girir, dünyagörüşü formalaşmamış

, özünü dərk etməmiş övlad sahibi olur.

O, ailə həyatına və ana olmağa psixoloji olaraq hazırlıqlı olmur,

ailə məsuliyyətini dərk etmır. Beləliklə gələcək münasibətlərdə

yarana biləcək problemlərin özülü qoyulur.

Ananın dediklərini qız, qızın dediklərini ana həzm edə bilmir.

Qız üçün övladını hər addımda tənqid edən ana dözülməz olur.

Övlad valideyndən getdikcə soyumağa başlayır,

“onsuz da mən dediyimi o başa düşməyəcək, niyə başımı ağrıdım ki?” şüarını əsas götürür.

Ana və qız arasında mübahisə yaradan 7 əsas məsələ

Otağını yığışdırmamaq, ev işlərində anasına kömək etməmək.

Uzun müddət kompüter qarşısında oturmaq.

Dərsə məsuliyyətli yanaşmamaq.

Ana evə gəliş-gediş vaxtlarına ciddi nəzarət edir, gənc qız buna əməl etmir.

Gənc qızın seçdiyi stil, bəyəndiyi geyim ananın xoşuna gəlmir.

Uzun müddət telefonla danışmaq ananın hirslənməsinə səbəb olur.

Rəfiqə, dost və ya həyat yoldaşı seçimi ananı qane etmir, bu da açıq qarşıdurmalara səbəb olur.

Qızlar nələri bilməlidirlər

Qız ananın tənqidlərinə, iradına mülayim yanaşmalıdır.

Yaddan çıxartmayın ki, o, ananızdır və sizin yaxşılığınızı istəyir.

Ananızdan nəyisə sizin gördüyünüz kimi görməyi tələb etməyin.

Fərqli məqamları açıq şəkildə danışın. Bu daha həlledici olar.

Hər mübahisə etdikdə özünüzü ananızın yerində hiss edin.

Sizin də övladınız olacaq. Siz də ana olacaqsınız.

Əsasən də 2-5 yaşarası qız uşaqları cinsi şəxsiyyətlərinin inkişaf etdiyi

bir dövrdə ananın ətrafında çox dolanırlar.

Ananın etdiklərini təqlid edir, ona kömək etmək istəyirlər.

Bu dövrdə analar qızlarının onlara kömək etməsini dəstəkləməlidirlər.

Diqqətli olmalıdırlar. Çünki uşaq məktəbə gedəndə xarici aləmlə tanış olacaq.

Valideyndən qismən uzaqlaşacaq.

Onunla yoldaş olmağa çalışın. Ana-qız arasında nəsil fərqi var.

Sizə həlledici görsənən məqamlar onun üçün axmaq görünə bilər.

Bu səbəbdən ağıl vermək yerinə yaxşı dinləyici olun.

Hər bir çətinlikdə yanında olacağınıza inandırın.

Cinsi bilgilər mövzusunda açıq danışın. Belə mövzuları qadağan etməkdənsə,

ortaq bir sədd seçin, uyğun bir dildə bildiklərinizi paylaşın.

Yadda saxlayın ki, qadağan edilən şeylər insanı daha böyük səhvlər etməyə məcbur edir.

Ona dərs vermək yerinə öz təcrübələrinizi və xatirələrinizi paylaşın.

Ancaq bu o demək deyil ki, qızınız sizin kimi hərəkət edəcək.

Ana və atalar övladlarına doğru bildiklərini öyrədə bilərlər.

Ancaq övladlarının necə davranacaqlarını və hansı yolu seçəcəklərini təyin edə bilməzlər.

Unutmayın ki, həddindən artıq nəzarət övladınızı sizdən uzaqlaşdıra bilər.

Ananızla yaşadığınız qarşıdurmalar qızınızla münasibətinizdə davam edə bilər.

Ananızda xoşlamadığınız hər hansı bir xüsusiyyəti qızınızda görüb narahat ola

və ya özünüzdə xoşlamadığınız bir cəhəti qızınızda görüb tənqid edə bilərsiz.

Özünüzdə dəyişdirə bilmədiyiniz bir cəhətə görə qızınızı günahlandırmaq haqsızlıqdır.

Axı o hər şeyi sizdən öyrənir.

Qızınızın xasiyyətini dəyişə bilmirsinizsə, öz üzərinizdə işləyib ona nümunə olun.

Qızınıza öz xəyallarınızı yükləməyin.

Gerçəkləşdirə bilmədiyiniz xəyalları qızınızın gerçəkləşdirməsini gözləməyin.

Qoy onun da öz xəyallarını qurmaq və ona çatmaq azadlığı olsun.

Axı o ayrıca bir fərddir. Özünə inamlı, güclü bir qız uşağı böyütmək istəyirsinizsə,

hər şeydən əvvəl ona inanın, həmişə dəstək olun.

İstər uğurlu, istərsə də uğursuz olduğu vaxtlarda yanında olduğunuzu hiss etdirin.

“Niyə başqasının qızı elədir, mənimki deyil” kimi şikayətlər

qızda “anasına layiq bir övlad” ola bilməyəcəyi duyğusu yaradır. Onu həvəsdən salır.


Geri dön

_RONALDO_

  • 11 may 2011 23:46
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Cox gozel movzudur. Menim anam meni basa dusur, elece de men de onu. Cunki munasibetlerimizin temeli mohkem qurulub. Mence, bu munasibetlerin qurulmasinda ananin verdiyi terbiye, ananin xasiyyeti boyuk rol oynayir. "Ananin sozunden cixmaq" ,mence, en boyuk gunahlardan biridir. Tesekkurler. Aktual ve herterefli movzu idi.

--------------------

Yusif

  • 26 noyabr 2010 23:06
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
twk xebere /:)"

Ulya

  • 25 noyabr 2010 23:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

gunuw

  • 25 noyabr 2010 16:48
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
menim de anam cox wukur meni bawa duwur....aramizda ele de boyuk problemler olmur...tewekkur.

Lindo

  • 25 noyabr 2010 13:55
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk xebere gore amma anamla menim aram da Alllaha sukur cox boyuk mubahiseler olmur )))

фея

  • 24 noyabr 2010 23:59
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Allaha sukur anamdan ele bir problemim olmur sanki 2 refiqeyik atamda hec yaxin dostumdu.Allah onlari basimizin ustunden eskik etmesinler Amin

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

MuslimGirl

  • 24 noyabr 2010 19:16
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cox gozel movzudur. Menim anam meni basa dusur, elece de men de onu. Cunki munasibetlerimizin temeli mohkem qurulub. Mence, bu munasibetlerin qurulmasinda ananin verdiyi terbiye, ananin xasiyyeti boyuk rol oynayir. "Ananin sozunden cixmaq" ,mence, en boyuk gunahlardan biridir. Tesekkurler. Aktual ve herterefli movzu idi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}