İşğalçı ordu çökür

 
İşğalçı ordu çökür


Qarabağda separatçı rejimin "müdafiə naziri"nin istefası tələb edildi, cəbhə xəttində baş verən olay hələ də qaranlıq qalır

Ermənistan ordusunda ölüm faktlarının durmadan artması düşmən ölkədə silahlı qüvvələrin rəhbərliyinə qarşı ciddi etimadsızlıq formalaşdırıb. Erməni KİV-lərindən əldə edilən xəbərlərə görə, cəbhə xəttində çoxlu sayda əsgərin ölməsi və yaralanması ilə nəticələnən son insidentin təfərrüatları hələ də gizli saxlanılır. Ehtimal olunur ki, hadisənin səbəblərinin açıqlanması böyük ictimai rezonans doğura bilər. Bu səbəbdən nə Ermənistan Müdafiə Nazirliyi, nə də Dağlıq Qarabağdakı separatçı erməni rejiminin hərbi qurumu noyabrın 19-dan 20-nə keçən gecə cəbhə xəttinin cənub istiqamətində azı 4 əsgərin öldürülməsi, 4-nün isə yaralanmasına səbəb olan hadisənin necə baş verdiyi barədə heç bir izahat vermir.

Ermənistan Müdafiə Nazirliyi ümumiyyətlə, hadisəyə dair heç bir məlumat və ya şərh yaymayıb, Dağlıq Qarabağdakı rejimin “Müdafiə Nazirliyi” isə yalnız ölən və yaralanan əsgərlərin adlarını açıqlamaqla kifayətlənib, təkcə o bildirilib ki, istintaq gedir. Dünən isə əlavə olaraq yalnız o açıqlanıb ki, insidentlə bağlı erməni ordusunun bir əsgəri həbs olunub.

Dağlıq Qarabağdakı erməni vətəndaş cəmiyyəti təşkilatları da baş vermiş insidentlə bağlı ətraflı izahat və araşdırma tələb edir. “Helsinki Təşəbbüsü-92" adlı ictimai təşkilat tələb edib ki, son hadisə ilə bağlı Dağlıq Qarabağın ”müdafiə naziri" Movses Akopyan istefaya getməlidir. Təşkilat bildirir ki, “müdafiə naziri” Qarabağdakı erməni qüvvələrinin sıralarında son vaxtlar tez-tez baş verən ölüm faktlarına, qanunsuzluqlara görə məsuliyyət daşıyır. Ona görə də ictimaiyyəti azı 4 əsgərin ölümü ilə nəticələnən son insidentin araşdırılmasına geniş şəkildə cəlb etməklə yanaşı, günahkarlar, o cümlədən Akopyan istefa verməlidir. “Baş vermiş son insident Qarabağ ordusunda müşahidə edilən çürümə və ruh düşkünlüyünün pik nöqtəsidir” deyə, təşkilat bildirir. “Kavkazskiy uzel” saytının xəbərinə görə, təşkilat qeyd edib ki, noyabrın 19-da hərbi hissələrdən birində ciddi tələfatla nəticələnən insident yüksək rütbəli hərbçilərin qanunsuz, məsuliyyətsiz əməllərinin və qeyri-peşəkarlığının nəticəsidir.

Təşkilatın rəhbəri Karen Ohacanyan deyib ki, “müdafiə naziri” Movses Akopyanın istefası sadəcə olaraq zəruridir. Onun sözlərinə görə, Dağlıq Qarabağ ordusu xəstə strukturdur və ordunun döyüş hazırlığını, mənəvi durumunu yüksəltmək üçün yeni qüvvələr tələb olunur. “Son insident sadəcə olaraq ordunun rəhbərliyinin tam iflic vəziyyətində olduğunu göstərir” deyə, Ohacanyan bildirib. O deyib ki, bəyanatlarını Ermənistan KİV-lərində yayıblar və bu ölkənin ictimaiyyətinin diqqətini Qarabağdakı erməni silahlı qüvvələrindəki dözülməz vəziyyətə yönəltmək istəyirlər. “Lakin Dağlıq Qarabağ ictimaiyyəti hələ də hadisəyə reaksiya vermir. Yaxşı olardı ki, bütün ictimai təşkilatlar və siyasi qüvvələr ordudakı insidentlərlə bağlı öz mövqelərini bildirsinlər” deyə, o bildirib. Ohacanyan deyib ki, onun özünə də insidentlə bağlı heç bir təfərrüatlar məlum deyil.

Qeyd edək ki, Ermənistan KİV-ləri son insidentin erməni əsgərləri arasında yaranan qarşıdurmanın nəticəsi ola biləcəyini təxmin edir. Belə görünür ki, Ermənistanda orduda baş verənlərlə bağlı neçə vaxtdır güclü ictimai etirazların davam etdiyi bir vaxtda müdafiə naziri Seyran Ohanyan və prezident Serj Sərkisyan hadisənin təfərrüatlarını gizli saxlamağı əmr ediblər. Ermənistan ordusunda sonuncu belə gülləbaran təxminən iki ay əvvəl olub. Həmin vaxt Qarabağda, cəbhə xəttindəki mövqelərdən birində amansız rəftardan, zorakılıqlardan bezən erməni əsgəri öz xidmət yoldaşlarını güllələyib, nəticədə 1 zabit və 4 əsgər ölüb. Elə həftə olmur ki, Ermənistan ordusunda əsgərlərin öldürülməsi hadisəsi qeydə alınmasın. Əgər ölən əsgər Ermənistandan olursa, o zaman hadisə barədə mətbuat xəbər tutur və onu yayır. Lakin Dağlıq Qarabağda qapalı hərbi rejim hökm sürdüyü üçün bu bölgədən olan erməni əsgərlərinin istər cəbhədəki atışmalar, istərsə də erməni işğalçı qüvvələri daxilində baş verən qarşıdurmalar nəticəsində ölməsi bir çox hallarda gizli saxlanılır. Son insidentdə isə erməni tərəfinin ölən və yaralananların sayını azaltdığı güman olunur.

Artıq Ermənistanda da etiraf edirlər ki, ordudakı bu durum kifayət qədər acınacaqlıdır və belə vəziyyətdə Qarabağda müharibənin başlaması erməni ordusunun darmadağın olması ilə nəticələnə bilər. Müdafiə naziri Seyran Ohanyan övladlarını orduda itirən valideynlərin hər həftə İrəvanda hökumət binası qarşısında keçirdiyi aksiyaları izləməli olur. O, əsgər ailələrinin üzvləri ilə görüşərək ordudakı vəziyyətin düzəldilməsi üçün tədbirlər görüldüyünə inandırmaq istəyib. Ancaq vəziyyət düzəlmir və Dağlıq Qarabağdakı ictimai təşkilatın rəhbərinin işğalçı ordu barədə dedikləri vəziyyəti kifayət qədər obyektiv əks etdirməkdədir. Ötən həftə işğalçı erməni qüvvələrinin Qarabağda irimiqyaslı təlimlər keçirməsi və Sərkisyanın hərbçilər qarşısında çıxış edib hədələyici tonda danışması da daha çox çürüməkdə, dağılmaqda olan düşmən ordusunun güclü olduğu barədə Ermənistan ictimaiyyətinə mesaj verməyə yönəlmişdi. Çünki Azərbaycanın öz silahlı qüvvələrini gücləndirməsi, hərbi büdcəsini dəfələrlə artırması, müntəzəm olaraq yeni silahlar alması Ermənistan ictimaiyyətində qorxu atmosferi formalaşdırır və hakimiyyət bunun fərqindədir.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:30
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 25 noyabr 2010 22:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Yusif

  • 23 noyabr 2010 19:49
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
lenete gelsin,ler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}