Valideyn - övlad münasibətləri (Müzakirə)

 
Valideyn - övlad münasibətləri (Müzakirə)

Zaman dəyişib, insanlar “müasirləşdikcə” digər milli ailə dəyərlərimiz kimi, valideyn-övlad münasibətlərində də çatlar əmələ gəlir. Ata-oğul, ana-qız arasında əsrlərdən bəri qorunub-saxlanan hörmət, abır-həya pərdəsi, demək olar ki, yox dərəcəsindədir. Əlbəttə razılaşırıq ki, “müasirləşmə” prosesi gedir və hər şey həmişə olduğu kimi qala bilmir. Yaxşı, ya pis bütün mədəni-mənəvi həyatımızda olan nə varsa zamanla öz ibtidai formasını dəyişir. Ancaq əxlaqın “müasirləşməsi” düşünürəm ki, cəmiyyətin tərbiyə sisitemində nasazlıq yaradacaq bir vəziyyətdir. Ailədə qadın-kişi münasibətləri kimi, valideyn-övlad münasibətləri də əsas götürülür. Ancaq bu gün biz bir çox ailələrdə tərəflər arasındakı qarşılıqlı hörmətin olmadığının şahidi oluruq. Artıq Azərbaycan ailələrində valideyn-övlad münasibətləri gərginliksiz ötüşmür.

Böyüklərdən eşitmişik ki, ƏVVƏLLƏR ATA İLƏ OĞUL, ANA İLƏ QIZ ARASINDA DƏRİN HÖRMƏT BAĞLARI VARDI. O zamanlarda oğul atasına açıq-aşkar evlənmək istədiyini bildirməkdən çəkinərdi. Atanın yanında siqaret çəkmək, içki içmək, lazımsız söhbətlər etmək böyük qəbahət hesab olunurdu. Evlənib oğul-uşağa qarışandan sonra da bu münasibətlər beləcə də davam edirdi. Ata yanında oğulun öz arvadına gizli baxmaca çəkinəcəyi qədər, valideynə sayqı vardı. Valideyn yanında həyat yoldaşının adını çəkməyi ayıb sayardılar. “Uşaqların anası, uşaqların atası” deyərdilər. Nə qədər böyük əxlaq, sonsuz hörmət varmış o zaman. Şəxsən mən bu mənada keçmişin tərəfdarıyam. Qızın həmişə him-cimi anasıyla olardı. Qız ərə gedəndə ata-ana qonaq çağırmayana qədər ata evinə gəlməyə utanardı. İndi elə ailələr var ki, oğul atanın yanında çəkinmədən damağına siqaret qoyur, evə içkili vəziyyətdə gəlir. Özlərini ata-anaya hesabat verməyə məcbur hiss etmirlər. Elə bir məqamdır ki, valideyn övladına şillə vurmağa qorxur. Həmin şilləyə görə oğul, qız evi tərk edir. “Bu mənim həyatımdır, özüm bilərəm, necə yaşayıram” sözü indiki ailələrdə övladların, necə deyərlər, şüarına çevrilib. Ana bir deyirsə, övlad beş deyir. Övladlar ehtiras hisslərinin adını “sevgi” qoyub, valideynlərlə aradan pərdəni götürürlər.

BUDURMU MÜASİRLİK?

Analarının məsləhətinə məhəl qoyan qızlar barmaqla sayılacaq qədərdir. Ailə qurandan sonra isə valideyn ümumiyyətlə övladına hansısa bir yol göstərməyə ürək eləmir. Uşağını qucağına alıb sevələmək, bərkdən danışıb, gülmək , valideyn yanında uzanmaq tərbiyəsizlik hesab olunurdu. Hətta bəzi ailələrdə övladlar atalarına “siz” deyə müraciət edirdilər. Özləri valideyni necə sayıb hörmət edirdilərsə, gəlin də, kürəkən də qaynana-qaynata yanında ədəbi-ərkanı qoruyub saxlayırdılar. Valideynə cavab qaytarmağa övladın haqqı çatmazdı. Neçə yaşı olur olsun, istər günahkar olsun, istər günahsız, ata-ana sözünün qarşısından dinməzdilər. Ata Tanrı kimi uca sayılardı. Bunlar bizim milli ailə adət-ənənələrimizdir. Yalnız nənə və babalarımızdan eşitdiyimiz bu valideyn-övlad münasibətləri indi bir qədər başqa şəkil alıb. Valideyn-övlad arasındakı bu cür sayğısız münasibətlərin yaranmasında yalnız övladları günahkar saya bilmərik. Ümumiyyətlə belə bir məşhur kəlam yerində deyilib ki, uşaq evin güzgüsüdür, bu güzgüyə necə baxsan, səni o cürə də göstərəcək. Valideynlərin uşaqları “düzgün” tərbiyə etmək üsulları yalnız, şiddət, söyüş, zorakılıqdan ibarətdir indi.

VALİDEYNLƏR DƏ ÖVLADLARINA QARŞI HÖRMƏTSİZ DAVRANIRLAR.

Bundan əvvəl ata qızla aradan pərdəni götürməzdi. Nə sözü olsa, ana vasitəsilə qızına çatdırardı. Ancaq yaşadığımız dövrdə atalar var ki, qızına kobudcasına əl qaldırıb, nalayiq sözlər söyləyir. Təəssüflər olsun ki, qızlarına cinsi zorakılıq tətbiq edən atalara da rast gəlmək olur. Əlbəttə ki, bu başqa bir mövzudur, amma bu cür valideynlər də var. Eyni zamanda qızla ata arasında bu cür münasibətlət olduqda, qız da atanın üzünə ağ olar. Ondan gizlin işlər çevirər və ona yalan söyləyər. Öz maraqları çərçivəsində atasının üzünü bir neçə kişinin yanında aşağı da edər.

Ana oğulu evin ikinci kişisi sayırdı. Keçmiş dövrün oxuma yazma bilməyən, savadsız valideynləri indinin dünya görüşlü ata-analarına nisbətən daha çox övladlarına, onların mənəvi dünyasına diqqət göstərirdilər. Sevgilərini övladları arasında bərabər və düzgün bölüşdürməyi çox məharətlə bacarırdılar. Amma indi valideynlər övladlarına acıqlananda tez-tez “sən kimsən, sən məndən asılısan, səni mən dünyaya gətirmişəm” kimi məntiqsiz və alçaldıcı sözlər işlədirlər. Valideyn-övlad münasibətlərindəki, örnək göstərilə biləcək, etiketlər hələ də qalırmı? Yoxsa bu münaqişələr elə əvvəllər də mövcud olub? Valideyn-övlad arasında yaşanan bu xoşagəlməz gərginliklərin mənbəyi nədir? Münasibətlərin çərçivədən çıxmaması üçün valideyn necə davranmalıdır, övlad nə etməlidir?

Suallarımız isə belədir:

Valideynlərinizlə münasibətiniz necədir?

Ümumiyyətcə onlardan gizlin nə vaxtsa iş çevirmisinizmi?


Geri dön

Delete

  • 22 avqust 2012 00:11
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
Valideynlərinizlə münasibətiniz necədir?
-Suer. amma arada anlasilmazliq olur. laughing
Ümumiyyətcə onlardan gizlin nə vaxtsa iş çevirmisinizmi?
-O qederrr feel

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

Dalga

  • 21 avqust 2012 13:14
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Xeber ucun tewekkur edirem
Valideynlərinizlə münasibətiniz necədir?
Cox gozel ,canim qurban valideynlerime
Ümumiyyətcə onlardan gizlin nə vaxtsa iş çevirmisinizmi?
Xeyr hec bir gizlin iw cevirmemiwem ,bezi weyleri atama demesemde anama mutleq demiwem .Cunki,anam menim bu heyatda en yaxin ve en sadiq dostumdur .

--------------------

Dj Nara

  • 20 avqust 2012 03:35
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
twk melumata gore

solnuska

  • 20 avqust 2012 01:50
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
sebrim catmadi oxumaqa twk

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

R.M Fanatı...

  • 20 avqust 2012 01:01
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
munasibetim yaxsidir,gizli is cevirmemisem....
maraqli xebere gore twkr

--------------------

kiskanc

  • 19 avqust 2012 23:31
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
pis deyil yaxsidir

LoVe_LiFe

  • 19 avqust 2012 23:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Munasibetin yaranmasi her kesin ozunden asilidir. Sadece dilini tapmaq lazimdi wink

lie to the world

  • 19 avqust 2012 22:03
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
Valideynlərinizlə münasibətiniz necədi?
cox wukur bizim ailemiz cox mehribandi.herweyin yerin bilirik bir birimize hormet qoyuruq kimese nese lazim olanda ya ataya ya da mamaya meslehet edirik ama en cox mamaya deyirik oda fikirlerimizi ataya deyir onu razi salir...men mamamida atamida cox ama cox sevirem olar menim heyatimin en deyerli varliqlaridi..

Ümumiyyətcə onlardan gizlin nə vaxtsa iş çevirmisinizmi?

yox bugune kimi hecbir gizlin iw cevirmemiwem olarsiz....tewekkurler meqaleye gore...

--------------------

✰GoLd GirL✰

  • 19 avqust 2012 22:00
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Aram pis deyil valideynlerle.....Az onlardan gizli isler etdiyim olub amma yalan dememisem....Sonra amma hec vaxt dozmeyib axir-evvel deyirem elediklerimi...tesekkur xebere gore...

STELLA 29

  • 19 avqust 2012 20:07
  • Məqalə: 9
  • Şərh: 471
  • Bal:
{awards}
münasibətim cox yaxsidir,Meqale ucun cox sag ol...

--------------------
Həyat - güldür. Sevgi - nektar.

77.Day

  • 19 avqust 2012 20:05
  • Məqalə: 1
  • Şərh: 61
  • Bal:
{awards}
maraqli melumata gore tewekkurler........

--------------------
....Her seher Gunesh cixarken ufuqun qirmizi rengine tamasa ele !.....Yetmish Yeddinci Gun omrune ebedi Gunesh dogacaq !

come back

  • 19 avqust 2012 19:33
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
sixici geldi ona gore baxmadim.

Nuray2012

  • 19 avqust 2012 19:16
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

...BARSA FANATI....

  • 19 avqust 2012 18:57
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
münasibətim cox yaxsidir,onlardan gizli is cevirmemisem....meqaleye gore sag ol....

Shokoladka

  • 19 avqust 2012 18:38
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Valideynlerimle munasibetim chox yaxshidi.Esasda mama ile:) Her sirrimi onunla bolushurem.Amma buna baxmayaraq beli menden herden onlardan gizlin ishler chevirirem:) Bilmirem duz hereket elemishem ya yox amma uje olub kechib hemde bir muddet kechenden sonra ozum mamaya deyiremki bele bir hereket elemishem.Hirslenir ve meni basha salirki, bele birshey etmek olmaz.Mence bu guvensizlikden yaranir.Chunki, evvel onlarin guvenini itirmishem ona gorede mene chox. sheye icaze vermirler malesef...Xebere gore tskler maraqli idi.

--------------------


SU PƏRİSİ

  • 19 avqust 2012 18:26
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Cox sag ol xebere gore...

--------------------

_Kyonul_

  • 19 avqust 2012 18:17
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
Allaha cox wukur mehriban ailemiz var.ailemle munasibetim cox yaxwi,anamla padruqa kimiyem.atamin ise sevimli qiziyam.her zaman fikirlerimi alirlar bir iw gorende,menim fikirlerime de hormetle yanawirlar.onlardan gizlin iw cevirmerem,cunki sehv etsem onlardan bawqa bunu kim deyecek ki mene.
twk xebere gore

--------------------

Prank girl

  • 19 avqust 2012 17:58
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tsk edirem xebere gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Gözlüklü

  • 19 avqust 2012 17:57
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
xebere gore tesekkurler

_Krasavcik_

  • 19 avqust 2012 17:56
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Tessekurler smile

cox sag olun

✰Dгeaм✰

  • 19 avqust 2012 17:50
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Meqale ucun cox sag ol...

ツMrs.Crazy ツ

  • 19 avqust 2012 17:37
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
tewekkurler...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}