ermənilər ermənistanı müharibəyə çağırır

 
ermənilər ermənistanı müharibəyə çağırır


"... hücuma keçməli və azərbaycanlılara Bakıda zərbə endirməliyik!"

Ermənistandakı bir neçə təşkilatın rəhbərlərinin deyəsən, şizofreniya səviyyəsi kəllə-çarxa qalxıb. "Azərbaycanın son bəyanatlarını nəzərə alsaq, Ermənistan və Dağlıq Qarabağdakı ermənilər savaşa hazır olmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsini öz bildiyi kimi həll etməyə çalışan rəsmi Bakı hər an müharibəyə başlaya bilər". Bu açıqlama özünü "Erməni Ariləri Ordeni" adlandıran təşkilatın bəyanatındandır. Təşkilat hesab edir ki, bütün dünya erməniləri Azərbaycana müharibəyə hazırlaşmalıdır.
"Ermənistan və Dağlıq Qarabağda silahlı qüvvələrin gündəlik hazırlığı, onların hər vasitə və silahla təminatı ən yüksək səviyyədə təmin olunmalıdır. Bakının müharibəyə hazır olması barədə xəbər alan kimi hücuma keçməli, azərbaycanlılara Bakıda zərbə endirməliyik. Belə vəziyyətdə hadisələrə Türkiyə və Gürcüstanın da hərbi-siyasi, habelə iqtisadi müdaxiləsi istisna olunmadığından Ermənistan Bakı ilə yanaşı, Ankara və Tbilisinin də yerində oturdulması məsələləri ilə bağlı perspektivləri strateji tərəfdaşları ilə müzakirə etməlidir", - bəyanatda deyilir.

Azərbaycana qarşı müharibədə türklərlə gürcüləri susdurmağın yolları nədir?

Ermənistan Gənc Vətənpərvərlər İttifaqının sədri Artaşes Hayvazyan da analoji mövqedədir. O, "Lragir"ə verdiyi açıqlamasında bildirib ki, ermənilər Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyə ilə müharibəyə də hər an hazır olmalıdır.
"Azərbaycanla müharibə qaçılmazdır və bu, mütləq baş verəcək. Türkiyə və Gürcüstan düşmənimizin ən yaxın müttəfiqləri olduğundan, hərbi əməliyyatların başlayacağı təqdirdə Bakıya dəstək verəcəklərini əsla istisna etmirəm. Buna görə də türklərlə gürcüləri susdurmağın yollarını da aramalıyıq", - A.Hayvazyan bildirib.
Ermənistan Vətən Mühafizləri Cəmiyyəti, Ermənistan "Yerkrapa" Könüllülər İttifaqı və Dağlıq Qarabağ Veteranlar Birliyi də müharibənin qaçılmaz olduğunu vurğulamaqla yanaşı, Türkiyə və Azərbaycanın "hadisələrə müdaxiləsinin qarşısının alınması üçün müvafiq işlərin görülməsinə ehtiyac duyulduğunu" vurğulayıblar.

Ermənilərin belə bəyanatları Gürcüstanda çaşqınlıq və qəzəblə qarşılanıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistandakı strukturların sözügedən açıqlamalarını şərh etmək istəməsə də, nazirlikdəki mənbələr verdikləri açıqlamalarında erməni ictimai, siyasi və qeyri-hökumət təşkilatlarının bu fikirlərini "ekstremizm həddində dəyərləndirilə biləcək yolverilməz fikirlər" kimi qiymətləndirdilər.

Gürcüstan Regional Siyasi Proseslərin Tədqiqatı Mərkəzinin analitiki Nodar İmedaşvili bildirdi ki, ermənilərin Gürcüstanla müharibəyə çağırışları qonşuluq prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, Cənubi Qafqaz bölgəsində situasiyanı daha da ağırlaşdıracaq çıxışlardır.

"Ermənilər belə bəyanatlarla sırf "daxili mətbəx"ə hesablanmış addımlar atırlar. Lakin onlar çıxışlarının Azərbaycan bir yana - Türkiyə və Gürcüstanda hansı reaksiya doğuracağının fərqindədirmi? İnanmıram, çünki belə olsaydı, onlar əvvəlcə düşünər, sonra daşınardılar. Həmin açıqlamaları xəstə təxəyyülün məhsulu sayıram", - N.İmedaşvili söylədi.

Milli Məclis üzvü Zahid Oruc hesab edir ki, ermənilərin belə bəyanatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və işğal etdikləri Azərbaycan ərazilərinin azad edilməsi məqsədilə aparılan danışıqlardakı mövqeləri ilə birbaşa bağlıdır.
"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll variantrı qismində Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə prosesi lokal miqyasdan çıxararaq genişləndirmək və onu gözləyən qaçılmaz məğlubiyyətdən yaxa qurtarmağa çalışır. Şübhəsiz ki, rəsmi İrəvan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində ona müttəfiq olan ölkələr bel bağlayır. Bununla belə, ermənilər anlamamış deyil ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa nə Gürcüstan, nə də Türkiyə döyüşlərə qatılan deyil. Sadəcə, Ermənistanın sözügedən təşkilatları Azərbaycanın həminq dövlətlərlə strateji tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin çox yüksək səviyyədə olmasından narahat olublar. Onların bəyanatları da həmin narahatlığın aşkar izharıdır", -Z.Oruc söylədi.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:39
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 11 may 2011 23:46
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Azerbaycan muharibe etse ermeniler ayag altda qalar!

Azerbaycan muharibe etse ermeniler ayag altda qalar!

--------------------

Yusif

  • 26 noyabr 2010 23:06
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Bizm HeRbi Qudretimizin Indiki Vezyetinden Xeberleri Yoxdu deyesen

Ulya

  • 25 noyabr 2010 23:20
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

Ghost

  • 24 noyabr 2010 19:06
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
Azerbaycan muharibe etse ermeniler ayag altda qalar!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}