"Bərəkallahu ləna və ləkum"

 
"Bərəkallahu ləna və ləkum"

Bayram bir şadlıq-sevinc günüdür. Duyğuların coşduğu, sevgi və saygı hislərinin möminlər arasında canlandığı gözəl günlərdən biridir. O gündə yardımlaşma və görüşmə son həddinə çatır.

Bayram insanları bir araya gətirən ən gözəl vasitələrdən biridir. Belə ki, bayramda şahlanan yardımlaşma və hədiyyələşmə ruhu yalnız həyatda olanlara aid yox, dünyadan köçüb qəbirlərində bir Fatihə gözləyənlərə qədər uzanır. Onların bu diləyini yerinə gətirmək üçün möminlər bayramda qəbrləri ziyarət edərlər; ruhlarına Quranlar, Fatihələr və dualar oxuyaraq onları da sevindirirlər.

Ramazan Bayramının möminlər arasında ayrı bir yeri vardır. Çünki, Ramazan Bayramı, hər gün tutulan orucun iftar vaxtındakı sevinci kimi, tutulan bir aylıq orucun toplu bir iftar sevincini ifadə edər. Bir ay kimi uzun bir zamanla, xüsusilə Ramazan ayının yaz mövsümünə təsadüf etdikdə, isti günlərdə nəfslərinə oruç tutduran möminlər, səbr imtahanını verərək mənəvi çətinliklərdən qurtulmanın sevincini Ramazan Bayramında yaşama imkanına qovuşurlar.

Ramazan Bayramı, bağışlanmış olmanın bir xoş işarəsidir. Bu bağışlanma müjdəsini insanlara mələklər verir.
Bu gündə edəcəyimiz ilk şey namaz qılmaqdır.

Səd bin Evs el-Ənsari: Rəsulullah Sallallahu Aleyhi və alihi vəsəlləm belə buyurmuşdur:
Ramazan Bayramı səhəri mələklər yollara tökülür və belə səslənirlər:


"Ey Müsəlmanlar! Kərəmi bol olan Rəbbinizin rəhmətinə tələsin. O, bol yaxşılıq və ehsan edəndir. Sonra onlara bol- bol mükafatlar verilir. Siz gecə ibadət etməklə əmr olundunuz və əmri yerinə gətirdiniz. Gündüz oruc tutmaqla əmr olundunuz, orucu tutdunuz və Rəbbinizə itaət ediniz, mükafatınızı alınız".

Bayram namazını qıldıqdan sonra bir münadi belə səslənir:
"Diqqət ediniz, müjdə sizə! Rabbiniz sizi bağışladı, evlərinizə doğru yola ərmiş olaraq dönün. Bayram günü mükafat günüdür. Bu gün səma aləmində mükafat günü olaraq elan edilir."

Həzrət Peyğəmbər (s.ə.v.v.) Ərəfə günü, qurban günü və təşrik günləri biz Müsəlmanların bayramıdır. Bu günlər yemə- içmə günləridir" buyurmuşdur.

Ramazan Bayramı da bu mənada bir gün olaraq qəbul etmiş və bu bayramı Ramazan orucunun iftar günü olaraq qəbul etmiştir. Bu sirr üçündür ki, Ramazan və Qurban Bayramlarında oruc tutmaq haram edilmişdir. Bir gün əvvəl orucu pozmaq haramkən, bir gün sonra oruc tutmanın haram olması, möminlərin düşüncə və duyğu dünyasında nemətlərin gerçək Sahibini xatırladan ən etkili bir səbəbdir.

Hər kəs bir gün öncə kimin əmrinə görə oruc tuturdusa, bu gün də Onun rizasına görə orucunu açar və Onun gerçək nemət Sahibi olduğunu haqqıyla idrak edərək, gerçək bir şükrə yol tapar.

Bayram bir aylıq orucun toplu bir iftarı olduğu üçün, günlük iftarların adət-ənənəsi bayramda da yerinə gətirilir. Belə ki, orucunu şirin bir şeylə açmağı adət edən Peyğəmbər (s.ə.v.v.) Ramazan Bayramına da şirin yeyərək başlardı. Bayram səhərində xurma kimi bir şirni ilə bir aylıq oruclarını açmadan evlərindən ayrılmazdı.

Hər vəsilə ilə bizləri ibadətə və axirət əməllərinə təşviq buyuran Peyğəmbər (s.ə.v.v.) ilin iki bayram gecəsində qalxıb ibadət etməyi tövsiyə edərdi. Bu gecələrdə oyaq qalmanın, qəlbin diri qaldığına vəsilə olduğunu bildirərdi.

Bunu bir hədis-i şəriflərində belə ifadə etmişdi:
"Savabını Allahdan umaraq iki bayram gecəsində qalxıb ibadət edən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz."

Böyük camaat halında qılınan bayram namazları əsnasında gətirilən təkbirlər, qəflətin çəkilməsinə və şükür vazifəsinin yerinə gətirilməsinə ən böyük bir vasitədir. Sadəcə bir ölkə xalqının deyil, yer üzündə sayı milyarlara çatan Müsəlmanların bərabər eyni anda təkbir gətirdiklərini xəyal ettiyimizdə, qarşımıza çıxan möhtəşəm tablo, bayramlarımızı kainat çapında bir mənaya qovuşdurur. O anda adətən yer üzü tək bir ağız olur, təkbir gətirib namaz qılan kimi bir hala bürünür. Misal aləmində birləşən o səslərin bir anda yer üzündən yüksəlişi dünyamızın göylərə doğru tövhidi bəyan etməsidir.

Bu möhtəşəm mənaların yaşandığı bayram günlərində kiçik məsələlərdən çıxan küskünlüyün nə önəmi ola bilər? Onunçün bayramda hər möminin qardaşlarıyla qardaşlıq sözləşməsini yeniləməsi, qüvvətləndirməsi, fəqirlərin yardımına qaçması, uşaqlarını sevindirməsi lazımdır ki, o mənalar yaşanan həyata keçsin.

Bayramların zivəri.

Bayramların əsl bəzəyi və zinəti təkbirlərdir. Gətirilən hər təkbir ruh və könüllərdə mənəvi coşqu və həyəcanı canlandırır. Qulu Rəbbinin əzəməti qarşısında uca duyğulara aparır.

Allahın Peyğəmbəri (s): «Öz bayramlarınızı «Allahu əkbər»lə (deməklə) zinətləndirin.»
Kənzul-Ummal, hədis 24094

Allahın Peyğəmbəri (s): «Fitr və Qurban bayramlarını “La ilahə illəllah”, “Allahu əkbər”, “Əlhəmdulillah” “Sübhənallah” cümlələri ilə bəzəyin.»
Kənzul-Ummal, hədis 24095

«Allahın peyğəmbəri (s) Fitr və Qurban bayramında evdən bayıra çıxar və uca səslə ”La ilahə illəllah ” və ”Allahu əkbər” deyərdi.»
Kənzul-Ummal, hədis 18101

Bayramlara sünnət çərçivəsində hazırlaşmaq bu adəti də ibadət halina gətirir, bu sevinc günlərini bir iman şüuru içində keçirməyi təmin edər.

Bunun üçün sünnətdə olduğu kimi bayrama öncədən hazırlaşmaq, təmiz və gözəl paltarlar geymək, qüsl etmək, dişləri fırçalamaq, gözəl ətirlər vurmaq, gülər üzlü olmaq, namazdan öncə Ramazan Bayramında xurma və b. şirin bir şey yemək bu günlərimizə ayrı bir məna verir.

Əsl etibarilə fıtr zəkatı olaraq bildiyimiz fitrə də bayram günü verilir. Ramazan ayı içində verilməmişsə fitrənin də o gün verilməsi lazımdır. Ramazan Bayramının hədislərdə gələn adı "ıydü'I-fıtr", yani Fıtr Bayramı deməkdir. Yaradılışın gərəyi olan qulluq əmrləri edildiyi üçün bu adı almışdır.

Bayramların ən gözəl şəkli tanısın- tanımasın möminlərin əl verərək, qucaqlaşaraq bir-birlərilə bayramlaşması, bayramlarını qeyd etməsi və təbrikləşməsidir.
Səadət əsrində səhabələr bir-birlərilə "Bərəkallahu ləna və ləkum" deyərək bayramlaşardı, yəni "Allah bizdən də, sizdən də qəbul etsin" dedikləri rəvayət edilir.

Bu təbrikləşmə bizim dilimizdə "Bayramınız mübarək olsun, xeyirli bayramlar" kimi sözlərlə ifadə edilir.


Geri dön

Shawn michaels

  • 24 avqust 2012 15:39
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
ALLAH RAZI OLSUN
tesekkurler

--------------------

LoVe_LiFe

  • 21 avqust 2012 01:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Beyendiyinize sevindim tewekkurler

come back

  • 20 avqust 2012 22:45
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

Dj Nara

  • 20 avqust 2012 22:18
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
ALLAH razi olsun

77.Day

  • 20 avqust 2012 16:02
  • Məqalə: 1
  • Şərh: 61
  • Bal:
{awards}
Allah razi olsun sizden tewekkurler....

--------------------
....Her seher Gunesh cixarken ufuqun qirmizi rengine tamasa ele !.....Yetmish Yeddinci Gun omrune ebedi Gunesh dogacaq !

R.M Fanatı...

  • 20 avqust 2012 13:07
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✰GoLd GirL✰

  • 20 avqust 2012 13:01
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun!............

SU PƏRİSİ

  • 20 avqust 2012 12:15
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}

Allah razi olsun..........

--------------------

...BARSA FANATI....

  • 20 avqust 2012 11:55
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Allah razi olsun

Avril_lavigne

  • 20 avqust 2012 11:51
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

Prank girl

  • 20 avqust 2012 11:50
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Gözlüklü

  • 20 avqust 2012 11:06
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰Dгeaм✰

  • 20 avqust 2012 10:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

Nuray2012

  • 20 avqust 2012 10:08
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

classic_guiter_girl

  • 20 avqust 2012 09:39
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Allah razi olsun twkler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}