"Avtobuslarda və metroda gediş haqları artırılacaq"

 
"Avtobuslarda və metroda gediş haqları artırılacaq"


Vüqar Bayramov: "Gələn ilin əvvəlində ictimai nəqliyyatda gediş haqlarına yenidən baxılacaq"

Nəqliyyat sektoru vahid ödəniş sisteminə keçməyə hazırlaşır.

Nəqliyyat Nazirliyindən mətbuata verilən məlumata görə,

kartlar vasitəsilə təkcə avtobuslarda deyil, metropoliten və taksilərdə,

hətta elektrik qatarlarında da ödəniş etmək mümkün olacaq.

Artıq ödəniş kartının forması və dizaynı da müəyyənləşdirilib.

Bu kartlara məbləğ xüsusi terminallarda yüklənəcək və

bunun üçün əsas nəqliyyat obyektləri - metropoliten, avtovağzallar,

dəmir yolu vağzalı və aeroportlarda həmin terminalların quraşdırılması nəzərdə tutulur.

Bildirilir ki, həmin terminalların ilk nümunələri noyabrın sonunadək Azərbaycana gətiriləcək.

Nəqliyyat sektorunda vahid ödəniş sisteminin Avropa, eləcə də əksər

inkişaf etmiş ölkələrdə tətbiq edildiyini diqqətə çatdıran iqtisadçı-ekspert

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bu sistemə keçid ictimai

nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq:

“O baxımdan sistemin tətbiqi müsbət haldır. Bu həm də sürücü ilə sərnişin arasında

birbaşa əlaqəni aradan qaldıracaq. Praktiki nəqliyyat sektorunda ödəniş

sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək.

Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunun ödənişlərlə bağlı dövriyyəsini

müəyyənləşdirməyə imkan verəcək. O cümlədən vergiyə cəlb olunma baxımından əhəmiyyətli olacaq”.

Mütəxəssis bildirir ki, vahid ödəniş sisteminə keçid ictimai nəqliyyatda gediş haqlarının

bərabərləşdirilməsi ilə nəticələnəcək: “Vahid ödəniş sisteminin tətbiqi metroda

gediş haqlarının 15 qəpikdən 20 qəpiyə qaldırılmasını qaçılmaz edir.

Bu o deməkdir ki, vahid ödəniş sistemi Avropa standartlarının tətbiqi baxımından

uğurlu hesab edilsə də, sistem metroda gediş haqlarının artırılmasına zəmin yadadır.

Başqa tərəfdən vahid ödəniş sisteminə keçidlə əlaqədar çəkiləcək xərcləri nəzərə alsaq,

gələn ilin əvvəllərində ictimai nəqliyyatda gediş haqlarına yenidən baxılacaq”.

Gediş haqlarının artırılmasını isitisna etməyən iqtisadçı bildirir ki,

avtobuslarda qiymətlərin qaldırılması Tarif Şurası tərəfindən müzakirə ediləcək.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:40
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 25 noyabr 2010 22:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
lap yaxsi wink

OK

  • 24 noyabr 2010 22:39
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Sitat: Yusif
ne Pisssssss


--------------------

Yusif

  • 24 noyabr 2010 17:15
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
ne Pisssssss

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}