Bismllahir Rəhmanir Rəhim. Allahın Salamı və Salavatı olsun üzərinizə, Əziz Mömin və Möminələr. Bildiyiniz kimi saytımız uzun müddətdir ki, mariflənmə sahəsində dəyərli addımlar atmağa, bu sahədə olan boşluqları doldurmağa səy göstərir. Bu istiqamətdə atdığımız ən böyük addımlardan biridə elektron kitabxana idi ki, onuda artıq qismən də olsa istifadənizə vermişik və günü-gündəndə yeni-yeni kitablarında hüquqlarını alıb, kitabxanamıza əlavə edəciyik. Lakin bizim bu kitabxananı ərsəyə gətirməyimiz, hazırlamağımız, işləri tam olaraq həll etmir. Huququ bizə məxsus olan bir neçə kitablar var ki, onların əlimizdə elektron versiyası yoxdur və onları əllə yazıb Word formatında hazırlamaq lazımdır ki, buda indiki vəziyyətdə bizim üçün çox çətindir. Bu məsələ ilə bağlı (kitabların kompyuterə köçürülməsi ilə bağlı) sizdən artıq dərəcədə bizə kömək etmənizi xahiş edirik. Kitabları biz verəciyik, sizsə onu yazı formatına salıb bizə göndərəcəksiniz. Bu işdə bizə yardım əlini uzatmaq istiyənlərdən xahişimiz budur ki, şərhlərdə öz fikirlərini bildirsinlər.
Diqqət! Diqqət! Əziz Mömin Bacı və Qardaşlar. Əvvəla diqqətinizə görə sizə öz minnətdarlığımızı bildiririk ki, şərhlərdə kifayət qədər bizə öz dəstəyinizi bildirmisiniz. Artıq hal-hazırda əlimizdə olan kitabları elektronlaşdırılmaları üçün sizə təqdim etmək fikrindəyik və düşünürük ki, zamanla dəstək göstərmək istəyənlər çoxaldıqca hüquqları bizə məxsus olan kitablarda çoxalacaqdır. Sizdən xahişimiz bundan ibarətdir ki, kitabları Nizami metrosu yaxınlığında yerləşən "Furqan" -dini maqazinindən götürəsiniz. Kitabları "Furqan" -maqazininə verməkdə əsas məqsədimiz, Həm yazmaq istədiyiniz kitabı özünüz seçəsiniz, həm də bu minvalla kitabları sizə müxtəlif zaman və məkanlarda verib itirəcəyimiz vaxt itkisinin qarşısını almaqdır.
Qeyd: "Furqan" -dini dükanı Nizami metrosundan 20 metr aralıda, Hacı Soltanəli məscidinə gedən yolda