Ey Allahın höccəti, aləmə sultan, ya Əli
İslamın xilaskarı, döyüşdə aslan, ya Əli
Möminlərə köməyə Yaradan səni gəndərib,
Məzlumların halına sən oldun giryan, ya Əli
Düşmənin tab gətirməz, nə qədər olsa ləşkəri,
Cəng edib, Küşti tutub, açanda meydan, ya Əli
Sənin tək pəhləvanı, nə sənə bənzər bəşəri,
Gətirməz yer üzünə bir də bu dövran, ya Əli
Sən idin namaz üstə sailə verən üzüyü,
Hamıdan kəramətli, elimdə ümman, ya Əli
Dərdini sənə deyib hər yerdən əli üzülən,
Çarəsiz xəstələrə şəfalı dərman, ya Əli
Əvvəldən axıradək həqiqət oldu şüarın,
Sən oldun daim verən ədl ilə fərman, ya Əli
Dil izhar edə bilməz səndəki o, şücaəti,
Yazılsa qalaq - qalaq neçə min dastan, ya Əli
Kamranam, sənsən ağam, ey adı dillər əzbəri,
Tutduğun haqq yolunda can sənə qurban, ya Əli