Özümdən qorxuram

 
Özümdən qorxuram

Qorxuram.. Çox qorxuram..
Hər şeydən, hamıdan qorxuram...
Əslində bu qorxunun başında elə özüm dayanıram.. Özümnən qorxuram. Heç kimə deyil də, özümə bir şey edəcəyimdən qorxuram. Tənhalıqdan qorxuram. Tək qalmaqdan qorxmuram, əksinə tək olanda daha yaxşı düşünə bilirəm. Amma düşüncələrimdən qorxuram.
Deməli tək qalmaqdan da qorxuram..

Problemlərdən qorxuram, onlarla mübarizə aparmaq istəmiəm, mübarizə aparmaqdansa məğlub olmağı üstün tututam, qorxuram. Qalbiyyətin mənə baha başa gələcəyindən qorxuram..
Risk etmirəm, bilirəm, risk etməyən müvəffəqiyyətə çətin nail olur, bilirəm.. Bu qorxumla da irəli getməyəcəyimi bilirəm, amma özümlə bacarmıram..
Özümnən qorxuram...

Çirkab dolu həyatdan bezirəm, gözümə dəyən hər bir şeydə ölüm axtarıram. Ağrısı hiss olmayan ölüm. Qulağa gözəl gəlir, amma geridə qoyduqlarına çəkdirdiyin acı..? O necə, xoş gəlirmi qulağa?
Sevdiklərini gözü yaşlı görmək..? Xoş görüntüdürmü?

Əzizlərim, bu mənə aid deyil, yazını mən yazsam da, mənim həyatımdan deyil. Hamı məsləhət verə bilər, məsləhə verməyə nə var ki? Çətini bu anları yaşamaqdır.
Heç kimdə :( görmək istəmirəm, istəyirəm hamı həyat dolu olsun, istəyirəm hər bir yazıdan hər bir şərhdən pozitiv enerji alaq.
İstəyirəm çətinliklərə sinə gələ bilək..
İstəyirəm necə güclü olduğumuzu göstərə bilək, ilk öncə özümüzə bunu sübut edək. Unutmayın, əsas maneə özümüzük. Özümüzə sübut etsək, özümüzü inandırsaq və özümüzə inansaq görün necə düzəlir hər şey.
Hər zaman üzünüz gülsün, kiminsə xatirinə deyil.. Özünüz istəyirsiniz deyə..


Geri dön

Yusif

  • 26 noyabr 2010 23:31
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
Xeber Maraqlidi

Ulya

  • 25 noyabr 2010 23:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqlidi.

SerSeRi_RuzGaR

  • 25 noyabr 2010 19:25
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
winked MaRaqlIdI_COX-SAgoL_DUZDu_inSaN_HErdEn_GUZGuyE-bAXANDa_cOx_qORXUr

--------------------
<<<$aLunKa>>>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}