Ann Landers və Abraham Lincolnun məsləhətləri

 
Ann Landers və Abraham Lincolnun məsləhətləri

Uşaq yazıçısı və psixoloq Ann Landers:

"Əgər bir uşaq döyüş və səs-küy içində yaşasa davaçılıq öyrənər…

Əgər bir uşaq, qorxu içində yaşasa qorxmağı öyrənər…

Əgər bir uşaq daim ona ağrıyan insanlarla birlikdə

yaşasa özünü yazıq hiss etməyi öyrənər…

Əgər bir uşaq cəsarət və həyəcana dəyər verilən

bir ətrafda yaşayırsa özünə güvənməyi öyrənər…

Əgər bir uşaq tərifləməyi bilən insanlarla birlikdə yaşasa,

başqalarını da təqdir etməyi öyrənər…

Əgər bir uşaq sevgi içində yaşayırsa sevməyi öyrənər…

Əgər bir uşaq özünü adam yerinə qoyan bir ətrafda yaşayırsa,

həyatda çatmaq üçün işə dəyər bir məqsədi olması öyrənər…

Əgər bir uşaq dürüst hərəkət edən insanlar

içində yaşasa ədalətin nə olduğunu öyrənər…

Əgər bir uşaq sözlərinə etibarlı insanların

içində yaşasa həqiqətin nə olduğunu öyrənər…

Əgər bir uşaq açıq ürəkli, gülər üzlü və

anlayışlı insanların arasında yaşasa,

dünyanın həqiqətən yaşamağa dəyər ,

gözəl bir yer olduğunu öyrənər…"

ABŞın keçmiş prezidenti Abraham Lincolnun

öz oğlunun müəlliminə yazdıqı məktub.;


‘Öyrət ona…

Qazanılan bir dolların, olan 5 dolardan daha qiymətli olduğunu öyrət.

İtirməyi öyrət ona və qazanınca sevinc hiss etməyi.

Qısqanclıqdan uzaqlara yönəlt onu…

Burax erkən öyrənsin zorbaların yalnız görünüşcə qalib olduqlarını.

Ona kitabların möcüzələrini öyrət amma səssiz zamanlar da tanı:

Səmadakı quşların, günəşin altındakı arıların və

yamyaşıl yamacdakı çiçəklərin əbədi sirrini düşünə biləcəyi…

Məktəbdə səhv etmənin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət…

Ona, öz fikirlərinə inanmasını öyrət:

hər kəsin səhv olduğunu söylədiyində də…

Əgər edə bilsən kədərləndiyində belə necə gülümsəyəcəyini,

amma gözyaşlarından da utanmaması lazım olduğunu öyrət.

Ona, qüvvətini və beynini ən yüksək qiyməti verənə satmasını,

lakin heç bir zaman ürəyinə və ruhuna qiymət etiketi qoymamasını öyrət.

Və əgər özünün haqlı olduğuna inanırsa dimdik dayanıb döyüşməsini öyrət."


Geri dön

Yusif

  • 27 noyabr 2010 13:19
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
xebere gore tesekkurler

Ulya

  • 26 noyabr 2010 21:54
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 40

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}