Valideynlərə qarşı övladların ağır cinayətləri artır

 
Valideynlərə qarşı övladların ağır cinayətləri artır


"Tədbir görməsək, vəziyyət daha da pisləşəcək"

Son vaxtlar ailə-məişət zəminində törədilən ağır cinayətlərin timsalında bir məqam diqqəti daha çox cəlb edir. Bir neçə il əvvəl nadir hallarda baş verən cinayətlər sanki bu gün sürətlə artır. Belə ki, əvvəllər ailədə oğulun atanı öldürməsi nadir hallarda baş verirdisə, indi bu səpkili cinayətlərin sayında artım müşahidə olunur. Cəmiyyət üçün çox arzuolunmaz olan belə halların çoxalması isə çoxlarını narahat edir. Özü də qəribəsi odur ki, əksər hallarda bu, ya maddiyyat, ya da psixoloji səbəblər üzündən baş verir. Yetkinlik yaşına çatmayan və yeniyetmələr arasında da ağır cinayətlərin törədilməsi halları artmaqdadır. Ümumiyyətlə, övladın atanı öldürməsi hallarını yaradan psixoloji və sosial amillərin kökü nədən qaynaqlanır? Belə qorxunc hallara qarşı mübarizədə cəmiyyətdə hansı işlər görülməlidir?

Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev Azərbaycanda bu səpkili cinayətlərin artmasını bir sıra amillərlə əlaqələndirdi: "Ən başlıcası, cəmiyyətdə psixopatizasiya prosesi gedir və bu çox təhlükəli tendensiyadır. Psixopat o şəxsdir ki, nə özü yaşayır, nə də digərini qoyur yaşamağa. Digər tərəfdən, valideynlə övlad arasında böyük uçurum var. Qabaqlar qohumcanlılıq, ailəcanlılıq və s. ənənələr var idi. Yəni hədəflər, məqsədlər başqa idi. Ancaq indi tamam başqa vəziyyətdir. İndi oğul, uşaq valideynə "pretenziya" edir, deyir sən mənim üçün nə etmisən? Görür ki, cəmiyyətdə təbəqələşmə gedir, bir az da aqressivləşir. Əsasən belə şeylər kasıb ailələrdə daha çox olur. Başlayır valideyninə irad tutmağa ki, mənim üçün maşın, ev almısan? Nə etmisən? Bu zaman təbii ki, belə sözlər atanın qüruruna toxunur və konflikt yaranır. Mənfi situasiyanın nəticəsi də pis qurtarır. Digər tərəfdən, problem ondan ibarətdir ki, bizda psixoprofilaktika, maarifləndirmə yoxdur. Başqa bir tərəfdən, sanki bütün insanlar asan yolla pul qazanmağa konsentrasiya olunub. Adicə bu gün evi təmir etmək üçün normal usta belə tapa bilmirsən. Hamsı saxta ustalardır, gəlir, aldadır və daha sonra aradan çıxır. Ancaq sovet vaxtı hamının başı işə qarışmışdı, insanlar işlədiyi sahədə bir növ peşəkar idi. İndi hamı müftəxorluqla dolanmaq istəyir. Məktəblər biabırçı vəziyyətdədir. Bir çox valideynin də pulu olmur ki, uşağına müəllim tutsun. Bu da uşaqla valideyn arasında problem yaradır. Nəticədə konfilikt, narkomaniya, alkoqolizm və s. baş verir. Bax, sözügedən cinayət hallarına sosial-psixoloji zəmin yaradan əsas faktorlar bunlardır. Ona görə də gərək insan işləsin, məşğuliyyəti olsun. Buna əmək terapiyası deyilir. Bu gün çox təəssüflər olsun ki, bir çoxları əməklə məşğul olmaq istəmir".

D.Rzayev bu kimi xoşagəlməz hadisələrdən qurtulmaq üçün bir sıra tövsiyələr də verdi: "Sağlamlıq haqda proqram lazımdır. Çünki insan daxilən hansısa problem yaşayırsa, onu öz bildiyi kimi həll etməyə çalışır. Məktəbdə oxuyan şagirdlərlə əvvəldən bu yöndə müəyyən profilaktik tədbirlər görülməlidir ki, belə hadisələrin baş verməsinə zəmin yaranmasın. Fikir verirsinizsə, sovet dövründə məktəbi qurtaranlar nadir hallarda belə cinayətlər törədir. Məktəblərdə özünü psixoloq hesab edənlər oturub nə işlə məşğuldur, məlum deyil. Ona görə də, bu istiqamətdə profilaktik xarakterli ciddi və köklü tədbirlərin görülməsinə ehtiyac var. Biz indidən tədbirlərin görülməsinə başlasaq, 10 il ərzində müəyyən irəliləyişlərə nail ola bilərik. Yox, tədbir görməsək, vəziyyət daha da pisləşəcək. O cümlədən, bütün bunların başvermə səbəbləri ayrı-ayrılıqda araşdırılmalıdır. Yəni görüləsi işlər çoxdur və bu işlərin həyata keçirilməsi müəyyən zaman tələb edir".
[font=Verdana][/font]


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:43
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Yusif

  • 27 noyabr 2010 00:14
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
vay vay:((

Ulya

  • 26 noyabr 2010 00:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
ehhhh

L_SimuS

  • 25 noyabr 2010 22:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Xebere gore tewekkur

her bir svlizasiya yaranir inkiwaf edir ve dagilir....

bu ve bu kimi hallar sivlizasiyanin dagilmasini gosteren normal haldi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}