İLHAM ƏLİYEV RUMINİYADA "İLİN ADAMI" ELAN OLUNUB

 
İLHAM ƏLİYEV RUMINİYADA "İLİN ADAMI" ELAN OLUNUB


Nüfuzlu "Balcanii si Europa" jurnalı Azərbaycan prezidentinin fəaliyyətini yüksək qiymətləndirib

QayNar: Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rumıniyada 2010-cu ildə "İlin adamı" elan olunub. Bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyi məlumat verilib.
Paytaxt Buxarest şəhərində Rumıniyanın, eləcə də Cənub-Şərqi Avropanın nüfuzlu "Balcanii si Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən 2010-cu ildə ictimai-siyasi həyatın müxtəlif sahələrində mühüm xidmətlərə malik insanlara mükafatların təqdimat mərasimi keçirilib.

2000-ci ildən etibarən mütəmadi olaraq, hər il keçirilən təqdimat mərasimlərində siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda əlahiddə xidmətləri olan şəxslər mükafatlandırılırlar. İndiyə qədər müxtəlif nominasiyalar üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülüblər.

Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət münsiflər heyəti cari ilin yekunlarına görə baş nominasiya olan "İlin adamı 2010" mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edib.

Münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgəsinin tərəqqisinə yetirdiyi xüsusi diqqətlə əsaslandırıb, regionun və eyni zamanda Qərbi Avropanın gələcək enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsini buna bariz nümunə olaraq göstərib.

Mükafatın təqdimolunma mərasimində Azərbaycan Prezidentinin rəhbərliyi altında dinamik inkişaf edən iqtisadiyyata malik, yürüdülən müdrik və müstəqil siyasət nəticəsində müasirlik və milli köklərin vəhdət təşkil etdiyi Azərbaycanın daha da çiçəklənən gələcəyə doğru inamlı addımlarla irəliləməsi təkzibolunmaz gerçəklik kimi vurğulanıb. Bunun da, öz növbəsində, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki layiqli yerini tutmasında və geostrateji əhəmiyyətini möhkəmləndirməsində danılmaz tarixi xidmətlər olduğu qeyd edilib.
Təltif mərasimində səfir Eldar Həsənov çıxış edib.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:36
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

mirkamal97

  • 11 avqust 2011 06:18
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

264909070658402

  • 3 iyul 2011 13:52
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}



GOZUM AYDIN BIRI PAMIDOR BIRI XIYAR

::..ONSLAUGHT::..

  • 28 fevral 2011 22:11
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tebriklerrrrrrrrrr

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Yusif

  • 26 noyabr 2010 23:53
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tebriklerrrrrrrrrr

Ulya

  • 26 noyabr 2010 00:01
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
hmmmmm

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}