ABU haqqında ŞOK xəbər!

 
ABU haqqında ŞOK xəbər!


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi sensasion açıqlama yaydı

İnsan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən birgə araşdırma aparıb. Baş Prokurorluğun mətbuat xidmətindən müəyyən edilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını respublikamıza gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil edib. Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən başlanmış cinayət işi üzrə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi həmin ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Müəyyən olunub ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə etməklə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozmuş, həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaratmışlar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul almışlar.

Məhkəmənin qərarına əsasən tibb mərkəzində aparılmış axtarış zamanı üzərlərində transplantasiya əməliyyatları həyata keçirilmiş donor və resipiyentlərin tibbi sənədləri aşkar edilərək götürülüb. Araşdırmalar zamanı həmçinin o da müəyyən edilib ki, adı çəkilən universitetin tibb mərkəzinə Səhiyyə Nazirliyi tərəfindən ambulator və stasionar tibbi xidmət üçün müvafiq lisenziya verilsə də, tibbi xidmətlərə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı əməliyyatların keçirilməsi daxil edilməmişdir. Tibb mərkəzi tərəfindən lisenziya şərtlərinin pozulması hallarına yol verildiyinə görə Səhiyyə Nazirliyinin müvafiq qərarı ilə onun fəaliyyəti dayandırılıb. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalarla digər özəl və dövlət tibb müəssisələrində belə qanunsuz cərrahiyyə əməliyyatlarının aparılması halları aşkar edilməyib.

İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Hazırda işin bütün hallarının araşdırılması, eyni zamanda cinayətin törədilməsində iştirakı olan digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:39
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

winxclub_bloom

  • 9 fevral 2012 14:05
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
tesekkurler...

tesekkurler...

--------------------

_RONALDO_

  • 11 may 2011 23:41
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------

Yusif

  • 26 noyabr 2010 23:25
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
AZERBAYCANIMIZI piSlemeYeK

Ulya

  • 25 noyabr 2010 23:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
thanks

SerSeRi_RuzGaR

  • 25 noyabr 2010 14:53
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
love Gelin_AZERBAYCANIMIZI piSlemeYeK_BURa BIZIM veTeNImizDIR))))))))

--------------------
<<<$aLunKa>>>

Lindo

  • 25 noyabr 2010 13:47
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk xebere gore

L_SimuS

  • 25 noyabr 2010 00:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eeeeeeehhhh Azerbaycan Azaerbaycan......sen qiyamete qeder bugunde olassan

Xebere gore tewekkur

Grace_Angel

  • 24 noyabr 2010 22:33
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler melumata gore...

--------------------

Just For Legend

  • 24 noyabr 2010 22:30
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
hmmm maraqlidir, melumata gore cox sag ol,bilmirdim,bildim

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}