Turan İbrahimov "Günəbaxan"a dönməyəcək

 
Turan İbrahimov "Günəbaxan"a dönməyəcək


Tanınmış aparıcı bundan sonra nə işlə məşğul olacaq?

Tanınmış teleaparıcı Turan İbrahimovun parlament seçkilərində iştirak etməsi cəmiyyətdə təəccüblə qarşılandığı kimi, onun bir müddət öncə aparıcısı olduğu "Günəbaxan" verilişində yenidən görünməməsi də müəyyən söz-söhbətə səbəb olub. Kimi aparıcının seçkidəki məğlubiyyətindən sonra onun ümumiyyətlə telekanaldan uzaqlaşdığını, kimi də efir məkanına yeniliklərlə qayıdacağını deyir. Yayılan xəbərlərə aydınlıq gətirmək üçün T.İbrahimovun özü ilə əlaqə saxladıq.
O, bildirdi ki, seçki prosesindən əvvələdək aparcısı olduğu, "ANS" televiziyasında yayımlanan "Günəbaxan" verilişinə qayıtmağı təsdiq edilsə də, proqrama aparıcılıqdan imtina etməsi öz seçimi olub. Amma indi hazırda elə həmin telekanalda yeni bir proqrama hazırlıqlarının getdiyini vurğulayaraq efirə yeniliklə qayıdacağını dedi: "Növəbti proqram da "Günəbaxan" kimi yenilik olacaq , amma "Günəbaxan"dan tam fərqli və zəngin bir layihədir. Tam açıqlama vermək istəmirəm, amma qeyd etməliyəm ki, yeni proqram tam fərqli formatda, ölkənin efir məkanında olmayan bir səpgidə olacaq. Həddindən artıq səs-küylü, eyni zamanda ciddi, sadə vətəndaşdan tutmuş yüksək rütbəli məmuradək hər kəsi əhatə edəcək. Bir sözlə, hamını maraqlandıracaq verilişlə gəlirik".

Verilişin nə zaman efirə çıxacağına gəlincə isə aparıcı müəyyən məsələlərin həlli üçün hələ danışıqlar getdiyini və yaxın günlərdə tamaşaçıların onları seyr edə biləcəklərini dedi. T.İbrahimov yeni proqramın da "Günəbaxan" kimi populyar olacağına əmindir: "Hansı işin qulpundan yapışmışamsa, Allahın köməkliyi ilə onun öhdəsindən gəlmişəm. İnanıram ki, bu dəfə də belə olacaq".

Aparıcı seçkidən sonra mediaya açıqlama verməməsinin səbəbini isə belə izah etdi: "Əslində seçkidən sonra mənim nə isə deməli olduğumu çoxlarının düşündüyünü, gözlədiyini yaxşı bilirdim. Qəzet və internet portallarından həmkarlarımın müsahibə üçün mənə təkidlə müraciət etmələri də sonuncu köşə ilə çıxışıma təkan verdi. Sözün açığı, onların məndən nə eşitmək istədiklərini tam olaraq anlamasam da, (çünki heç biri dediklərimi yazmadılar. Gözləyirdilər ki, mən tamam başqa cür cavab verim) mənim cavabım və münasibətim birdir: Seçki azad və demokratik şəkildə keçirildi. Xalq öz istədiyi namizədi-öz deputatını seçdi. Xalqın seçimi bu və ya başqa şəkildə etməsinin səbəbləri ilə razıyam. Bu, müzakirə edilə bilər, obyektiv və subyektiv səbəblərə bağlana bilər. Məncə, indiki halda artıq bunun əhəmiyyəti yoxdur. Önəmli olan mənim deputat olmağım yox, dövlətçiliyimizin strateji maraqlarıdır".
Aparıcı "ANS"dən getməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirdi: "Sonuncu köşə yazımın "ANS" şirkətlər qrupunun bir bölməsi olan "ANS-press"də getməsi bunu deməyə əsas verir ki, mən "ANS"dəyəm və "ANS"ləyəm".


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:39
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 11 may 2011 23:43
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
he bu oglandan her shey gozlemek olar

--------------------

Yusif

  • 26 noyabr 2010 23:01
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Tewekkur edirem melumat ucun...

Ulya

  • 25 noyabr 2010 23:31
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
hec donmesin

Grace_Angel

  • 24 noyabr 2010 22:58
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkur edirem melumat ucun...

--------------------

Roksi

  • 24 noyabr 2010 21:23
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
cox sag olun

Just For Legend

  • 24 noyabr 2010 20:29
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
he bu oglandan her shey gozlemek olar

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 47
Cəmi: 72

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 146
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}