Çətin idi susmağı

 
Çətin idi susmağı

Çətin idi... Yağmurlu,çiskinli həyatında yürümək,

çətinlikləri ağırılığında çamadanını arxası ilə aparmaq.

Köməksiz,tək getmək... Fikirlər qarma-qarşıq, dik irəli baxa

bilməyən bükük boynun ağrısı , qırılan qəlb necə incidirdi...

Çox yorğun idi. O qədər uzun yol qət etmişdi ki, ayaqları taqətdən düşmüşdü.

Yolun kənarında oturaraq mürgülədi və gözlərini açdıqda ətrafında çoxlu səslər eşitdi.

Kimisi ağlayırdı, kimisi gülürdü, kimisi isə susurdu...

Gözlərini açıb aydın görə bilmirdi onları ...

Kimisi dedi: “gözəl gözlüm əlini ver”.

Kimisi dedi: “gözlərinin dərmanı mənəm” .

Kimisi isə sadəcə susdu...

Ayağa qalxıb onları itələyərək yoluna davam etmək istədikdə ayaqlarının,

əllərinin,ağzının , gözünün bağla bağlandığını anladı.

Gözlərindən axan göz yaşı ürəyinin hayqırtı ilə nələrsə demək istədiyini biruzə verirdi.

Ağzının bağını açaraq, "sənə susmağı öyrətdim"-mən ZAMAN...

Əlimdəki bağı açaraq,"səni bağışlanılmaz

məktublar yazmamağı öyrətdim"-mən NƏFS...

Ayağımdakı bağı açaraq,

"səni uçuruma getməməyi öyrətdim" -mən VİCDAN...

Gözümdəki bağı açaraq,

"sənə işıqlı həyatı dəyərləndirməyi öyrətdim"-mən İNAM...

Söylədi...

Onlara diqqətlə baxdı...

Zaman gülümsədi... Nəfs əlindən tutdu...

Vicdan bağrına basdı... İnam- tərk etdi...

Dayan...! dedikdə- "Ardımca gəl" söylədi...


Geri dön

HOST Girl

  • 28 noyabr 2010 22:05
  • Məqalə: 3
  • Şərh: 52
  • Bal:
Ulya,
deymez canim

Ulya

  • 25 noyabr 2010 23:50
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
super tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 78

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 140
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 32
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 51
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 301
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}