Həl-Əta (İnsan) surəsi

 
Həl-Əta (İnsan) surəsi

HƏL-ƏTA (İNSAN) SURƏSİ

İmam Əli (ə) və Əhli-beytin fəzilətlərini sübut edən mühüm sənədlərdən biri də “Həl-əta” surəsidir. Bu surənin mənasına, ifadələrinə, eləcə də, nazil olma səbəbinə diqqət yetirdikdə, bir çox həqiqətlər üzə çıxacaq. Əlbəttə, bu surənin ayələri ümumilik kəsb etsə də, onun “İnnəl-əbrarə yəşrəbunə min kəsin...” (Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərbət içəcəklər...) ayəsindən başlayaraq 22-ci ayəsinədək (on yeddi ayə) “əbrar” (yaxşılar) adlı qrup haqda söz açır. İslamın məşhur mənbələrində nəql olunan çoxlu rəvayətə və bu ayənin nazil olma səbəbinə əsasən, “əbrar”ın tam mənada nümunələri Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyndir (ə). Diqqət yetirmək lazımdır ki, bu on yeddi ayədə behiştin ən üstün maddi və mənəvi nemətlərinin (cənnət bağları, pak şərbət çeşmələri, geyimlər, zinətlər, yeməklər, taxtlar, xidmətçilər və s.) adı çəkilsə də, digər nemətlərdən olan behişt qadınları və hurilərindən söz açılmamışdır. Quranın sirlərindən agah olan bəzilərinin nəzərincə, bunun səbəbi aləmlərin ən üstün qadını Fatimeyi-Zəhraya (ə.s) ehtiramdır. Qurani-kərimin çox az surəsində behiştin bu yüksək nemətləri birgə qeyd olunmuşdur. Bu da onu göstərir ki, ayədə qeyd olunan “əbrar” (yaxşı əməl sahibləri) sözündə məqsəd adi şəxslər yox, Allaha yaxın pak, yaxşı və alicənab kəslərdir.

Bunu da qeyd edək ki, yaxşı əməl sahiblərinin nişanələrini göstərən bu surənin 5-10-cu ayələrində belə buyurulur:
إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا
“Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu istədikləri yerə asanlıqla axıdacaqlar. Onlar elə kəslərdir ki, etdikləri nəzrə vafa edər və əzabı bürüyəcək gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri (yeməyə möhtac olduqları) halda (və ya Allahın razılığını qazanmaq üçün) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər) “Biz sizi yalnız Allah razılığından ötrü yedirdir və sizdən nə bir mükafat, nə də təşəkkür istəyirik. Həqiqətən, biz çox sərt və çətin bir gündə Rəbbimizdən qorxuruq!”

Bu ayələrin nazilolma səbəbi haqda Zəməxşəri məşhur “Kəşşaf” təfsirində İbn Abbasdan belə nəql edir: “Bir gün Həsən və Hüseyn (ə) xəstələnmişdi. Peyğəmbər (s) bir qrup səhabə ilə onlara baş çəkməyə gəldi. Səhabələr Əliyə (ə) müraciət edərək dedilər:Ya Əbəl-Həsən! Nə yaxşı olardı ki, uşaqlarının şəfa tapması üçün nəzir edəsən.” Əli (ə) bu təklifi məmuniyyətlə qəbul etdi. Üstəlik Fatimeyi-Zəhra (ə.s) və xidmətçi Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün oruc tutmağı nəzir etdilər. (Bəzi rəvayətlərə əsasən, Həsən və Hüseyn (ə) də nəzir etdilər.) Nəhayət, uşaqlar şəfa tapıb sağaldılar. Lakin o ərəfələrdə Əlinin (ə) evində iftar üçün ərzaq yox idi. Odur ki, gedib bir nəfərdən üç “sa” (təxminən 10 kq) arpa borc aldı. Fatimə (ə.s) onun üçdə bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər (beş ədəd) çörək bişirdi. İftar vaxtı çörəklər süfrəyə qoyuldu. Yeməyə hazırlaşarkən, qapı döyüldü. Yoxsul bir şəxs dedi:Salam olsun sizə, ey Məhəmmədin Əhli-beyti! Mən bir müsəlman yoxsulam, mənə də yeməyə bir şey verin. Allah sizə cənnət süfrələri nəsib etsin!” Bu sözləri eşidən Əhli-beyt (ə) heç nə fikirləşmədən süfrədə olan çörəklərin hamısını ona verdi, özləri isə su ilə iftar edib gecəni belə keçirdilər. Səhəri gün yenə ac halda oruc tutdular. Ötən gün kimi, Fatimeyi-Zəhra (ə.s) yenə çörək bişirdi. Onlar axşam iftar üçün süfrə başına əyləşərkən, bir yetim qapıya gəlib yemək istədi. Onlar bu dəfə süfrədəkiləri o yetimə verib, özləri ac qaldılar. Üçüncü axşam da qapıya bir əsir gəlib yemək istədikdə, bu müqəddəs şəxslər iftara hazırladıqlarını ona verdilər. Ertəsi gün Əli (ə) Həsən və Hüseynlə (ə) birlikdə Peyğəmbərin (s) hüzuruna getmişdi. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurdu: “Sizi bu halda görmək mənə çox ağırdır!” Sonra onlarla birlikdə Fatimənin (ə.s) evinə getdi. Peyğəmbər (s) gördü ki, qızı Fatimə (ə.s) acından zəifləmiş və gözləri çuxura düşdüyü halda, mehrabda ibadət edir. Bu mənzərə Peyğəmbərə (s) çox təsir etdi. Cəbrail nazil olub dedi: “Ey Məhəmməd! Allah səni belə bir Əhli-beytin olduğuna görə təbrik edir.” Sonra “Həl-əta” surəsi nazil oldu.”
Bu rəvayəti Qurtubi öz təfsir kitabında azacıq fərqlə vermiş və bu haqda bir şer də qeyd etmişdir.

Fəxri-Razi də bu rəvayəti “Əl-vəsit” kitabında Vahididən nəql etmişdir. Həm o, həm də Zəməxşəri uyğun rəvayəti qeyd etdikdən sonra belə yazmışlar: “Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər...” ayəsindəki əvəzliklər cəm formada işləndiyi üçün bir nəfərə (Əliyə (ə) deyil, bütün yaxşı əməl və itaət sahiblərinə aiddir. Əlbəttə, Əlini (ə) bu ayələrdən ayrı bilmək olmaz, lakin bunlar təkcə ona aid deyil... (Ayələrin nazil olma səbəbini açıqlayan rəvayətlərə gəldikdə isə) qeyd etməliyik ki, bu surə Əlinin (ə) itaəti haqda nazil olsa da, “üsuli-fiqh” elminin qaydalarına əsasən, ayələrdəki meyar xüsusi deyil, ümumilik daşıyır.”
Fəxri-Razi guya, cəm formasında deyilən ayələrin təkcə imam Əliyə (ə) yox, həm də Fatimeyi-Zəhra, Həsən, Hüseyn (ə) və Fizzəyə aid olduğunu unutmuşdur.
Ayələrin məfhumunu ümumiləşdirməklə onların nazil olma səbəbini aradan qaldırmaq olmaz. Əksinə belə yerlərdə ayələr birbaşa Əhli-beyt (ə) (və yaxud hər kim) tərəfindən yerinə yetirilən itaət və fədakarlıqla əlaqədar nazil olur. Bu da onların Allah tərəfindən qiymətləndirilməsi deməkdir. Başqa sözlə, imam Əli (ə) və onun ailəsi bu ayələrin ən kamil nümunələridir. Çünki bu ayələr onların xalis əməli ilə bağlı nazil olmuşdur. Əgər kimsə bu böyük fəziləti inkar etmək istəyirsə, sözsüz, özünü aldadır.

Alusi “Ruhul-məani” kitabında bu rəvayəti əvvəldən axıradək olduğu kimi İbn Abbasdan nəql edib yazır: “Bu rəvayət camaat arasında məşhurdur.” Sonra adəti üzrə onu əhəmiyyətsiz qələmə verməyə çalışır və bu məqsədlə onun sənədləri haqda söz açır: “Bu ayələrin Əli, Fatimə, Həsən və Hüseyn (ə) haqda nazil olma ehtimalı varsa da, onun isbat, yaxud inkarı qəti deyildir. Çünki bu zəmində olan rəvayətlər çox və ziddiyyətlidir. Hətta bu ayələrin onlar barəsində nazil olmadığını desək, yenə onların yüksək məqamından bir şey azalmır. Çünki onların “əbrar”dan (yaxşı əməl və itaət sahiblərindən) olmaları tam aydındır. Onlar bəlkə də, bu cərgədə başqalarından öndədirlər. Onların şəni ilə bağlı bunu demək olar ki, Əli (ə) möminlərin vəlisi, Peyğəmbərin (s) canişini, Fatimeyi-Zəhra (ə.s) Peyğəmbərin (s) canının bir parası, Həsən və Hüseyn (ə) isə Peyğəmbərin (s) ruhu və reyhanı, behişt cavanlarının rəhbəridirlər."

Belə misilsiz fəziləti görməməzliyə vurmaq, digər fəzilətlərin də yavaş-yavaş aradan qalxmasına səbəb olacaq. Deməli, bir gün Əli, Fatimeyi-Zəhra, Həsən və Hüseynin (ə) fəzilətlərinin və onların başqalarından üstünlüyünün unudulacağı şübhəsizdir. Axı, nə üçün təfsir və hədis alimlərinin nəql etdiyi bu məşhur rəvayətə etinasız yanaşmalı və o ilahi şəxsiyyətlərin irsinə göz yummalıyıq?!
Məşhur sünni alimi Süyuti də “Əd-durrul-mənsur” kitabında İbn Mərdəveyhdən, o da İbn Abbasdan belə nəql edir: “Onlar öz iştahaları çəkdiyi (və möhtac olduğu), özləri yemək istədikləri halda, onu yoxsula, yetimə və əsirə yedirirlər” ayəsi Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olmuşdur.
Eləcə də Şəblənci “Nurul-əbsar” kitabında bəhs etdiyimiz ayələrin nazil olma səbəbilə əlaqədar bu rəvayəti olduğu kimi qeyd etmişdir.

Həl-Əta (İnsan) surəsi


Geri dön

Re►PLay

  • 31 avqust 2012 04:18
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
Allah razi olsun...<3

LoVe_LiFe

  • 26 avqust 2012 19:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Beyendiyinize sevindim feel

Prank girl

  • 25 avqust 2012 13:39
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

solnuska

  • 25 avqust 2012 01:47
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

LoVe_LiFe

  • 25 avqust 2012 01:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Deyerli werhlere gore ALLAH RAZI OLSUN

cesika ozudu

  • 25 avqust 2012 00:56
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
Bendenin sevmesi onemli deyil,Allahin sevdiyincun onunda sevimlilerinden olasan.amin

Gözlüklü

  • 24 avqust 2012 23:37
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

Nuray2012

  • 24 avqust 2012 23:23
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

..::MisS DioR::..

  • 24 avqust 2012 23:19
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
allah razi olsun baci ..bax baci dedim ama sen..bir kalemde sildin meni.twk

--------------------

Young girl...

  • 24 avqust 2012 22:45
  • Məqalə: 9
  • Şərh: 1243
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

kiskanc

  • 24 avqust 2012 21:54
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
Allah razi olsun!

Dj Nara

  • 24 avqust 2012 21:23
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

come back

  • 24 avqust 2012 21:08
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

GoDDeSSS

  • 24 avqust 2012 21:05
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
...ALLAH razi olsun...

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 24 avqust 2012 21:00
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Green_ day

  • 24 avqust 2012 20:55
  • Məqalə: 0
  • Şərh: 51
  • Bal:
{awards}
4ox saol ellerin yorulmasin

guncicek

  • 24 avqust 2012 20:53
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

...BARSA FANATI....

  • 24 avqust 2012 20:43
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Allah razi olsun.........

SU PƏRİSİ

  • 24 avqust 2012 20:42
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Sitat: love me
Allah razi olsun...


--------------------

✰Dгeaм✰

  • 24 avqust 2012 20:36
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

Shawn michaels

  • 24 avqust 2012 20:34
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
ilk serh menden Allah RAZi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}