Adın tale ilə bağlılığı: hansı adlar həyatda uğur gətirir?

 
Adın tale ilə bağlılığı: hansı adlar həyatda uğur gətirir?


Uşaqlarımıza necə ad seçək ki, böyüyəndə ...

Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər. Romalılar deyirdilər ki, “Nomen est Omen” – “Ad taledir”. Şəxs adlarının insanın xarakterinə və taleyinə təsir göstərməsi barədə inamlar hələ qədim dövrlərdən mövcuddur. Etiqadlara görə, bəzi xalqlar şər qüvvələrdən qorumaq üçün insanların həqiqi adlarını digər bir mühafizəedici ad altında gizlədirmişlər. Hindular indinin özündə də əsl adlarını kənar adamlardan məxfi saxlayır, bir-birlərini yalançı adla çağırırlar. Son yüzilliklərə kimi rus xalqının adətində uşağı xaç suyuna salana qədər, onun adını sirr saxlamaq ənənəsi var idi. Hesab olunurdu ki, insanın əsl ismini bilən qəddar adamlar və ya ruhlar ad vasitəsilə onun taleyinə pis təsir edə bilərlər. Uşağı başqa adla çağırmaq adəti Azərbaycan ailələrində də var. Çoxları bunun hansı səbəbdən olduğunu bilməsələr də, əslində, bu adətin kökündə məhz adını gizlətməklə uşağın taleyini şər qüvvə və ya şeytanların pis əməllərindən qorumaq durur.

Adı dəyişməklə insan ikinci həyat qazanır?..

Bəzi Azərbaycan ailələrində adamın adını dəyişdirməklə onu nəsillikcə davam edən və ya digər irsi bir xəstəlikdən qorumağın mümkün olduğuna inam hələ də davam edir. Hesab olunur ki, şəxsin adını dəyişdikdə, onun taleyi də dəyişir və insan bir növ ikinci həyata qədəm qoyur. Belə addəyişmə prosesində çox maraqlı bir məqam var ki, bu zaman azərbaycanlı ismindən deyil, digər millət adlarından istifadə olunur. Bundan əlavə, uşaqları doğulandan bir müddət sonra hər dəfə tələf olan ailələr yeni körpə dünyaya gətirəndə, balacanı qorumaq üçün ona əcnəbi adı verirlər. Məsələn, Sergey, Anton, İzabel və s. Belə adlar ailəni izləyən qara qüvvələri, şeytanları çaşdırır və onlar çəkilib gedirlər. Ola bilər hamı inanmasın, ancaq mən şəxsən şahidi olduğu üçün deyirəm ki, bu prosesdə izah olunmaz bir həqiqət var. Bizim şəxs adlarının içərisində bəzi qeyri-millət adlarının olmasının bir səbəbini də məhz bununla bağlamaq olar.

Adın səslənməsi insan beyninə necə təsir edir?

İnsanla onun ömür boyu gəzdirdiyi ad arasında hansı isə bağlılığın olmasında müəyyən məntiq vardır. Bu faktı psixoloqlar da təsdiqləyir. Onlar qeyd edirlər ki, ad, hər şeydən əvvəl insan səsi olduğu üçün onun xüsusi səs vibrasiyası olur. Bu səs vibrasiyası beyinin müxtəlif hissələrində müvafiq qıcıqlandırmalar əmələ gətirir. Hər gün öz adını eşidən insan uşaqlıqdan öz daxili ruhi vibrasiyalarını adının emosional səs vibrasiyaları üstündə tənzimləyir. Adın hansı səslərdən ibarət olmasından asılı olaraq insanda şüursuz olaraq xarakterin müvafiq cizgiləri formalaşır. Çox vaxt, ilk tanışlıq zamanı ətrafdakıların insana ilkin münasibəti məhz onun adının necə səslənmədən asılı olur. Bəzi isimlər ətrafdakılarda yaxşı hisslər, digərləri isə, əksinə, xoş olmayan emosiyalar yaradır. Təbii ki, adı yaxşı səslənməyən insan ilk baxışdan özü haqda mənfi fikir yarada bilər. Ona görə də valideynlər uşaqlara ad seçərkən bu və digər faktları nəzərə almalıdırlar. Bu barədə bir qədər sonra ətraflı məlumat veriləcək.

Hələlik isə adın necə səslənməsindəki bəzi məqamları araşdıraq. Biz Azərbaycan qız və oğlan isimlərinə nəzər yetirsək, görərik ki, müdrik xalqımız adların səslənməsinə necə böyük önəm verib. Belə ki, bizim qadın adları qızlarımızın incəliyinin, zərifliyinin, gözəlliyinin davamı olaraq daha məlahətli və xoş səslənməklə, əsasən, mehribanlığı, sədaqətliliyi, şirinliyi, mülayimliyi əks etdirən adlarla: gül-çiçək, qiymətli daş-qaş, zərif quş və gözəllik rəmzləri olan digər canlıların isimləri ilə bağlı olur. Oğlan isimləri isə, əksinə, bir qədər sərt səslənməklə, çox vaxt insanda cəsurluq, qəhrəmanlıq, mərdlik və özünə inam hissləri oyadan ilhamverici adlar olur. Adların bu cür fərqli səsləməsi qadın və kişi xarakterlərinin formalaşmasında çox mühüm rol oynayır. Bu amilin əhəmiyyətini anlamaq üçün bir anlığa oğlan uşağına çox incə səslənən bir qız adının və ya əksinə, qıza sərt səslənən kişi adının verildiyini təsəvvür etmək kifayət edər.

Qeyd etmək lazımdır ki, hərdən olur ki, ailədə oğul gözlədikləri vaxt qız dünyaya gələndə ona kişi adı qoyurlar ki, qız kişi kimi böyüsün, ailənin qeyrətin çəksin. Bunun nəticəsi isə bəzən çox ağır olub. Məsələn, götürək görkəmli yazıçı Cəmşid Əmirovun olmuş hadisə əsasında yazdığı “Qara “Volqa” əsərindəki “Pəncəli” Aslan surətini. Atası qızına “Aslan” adı verməklə kişi kimi böyüdür. Nəticədə qız öz adını doğrultmağa çalışır və çox qəddar cinayətkara çevrilir. Bəlkə də, adı Aslan olmasaydı heç o qız kriminal həyat da yaşamazdı.

Uşaqlarımıza necə ad seçək?

Qədim Azərbaycan dastan və rəvayətlərindən də görürük ki, keçmişdə türk dünyasında ad insan haqqında çox şey deyirmiş. “Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət” kitabında qeyd olunur ki, “Advermə türk ənənəsində çətin, şərəfli, məsuliyyətli prosesdir. Ad alan hər bir uşaq, yaxud yeniyetmə nəinki cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilir, həm də adına görə yaşamalı olur... Adla tale, adla ömür arasında əski görüşlərə görə, eyniyyət olduğundan, hər adamın kiməsə ad verməsi mümkün deyil. Ad özündə qəhrəmanın mənşəyini, yurd-yuvasını, atının rəngini xarakterizə etdiyindən sosial statusludur”.

Buradan aydın olur ki, o dövrlərdə ad almaq və vermək çox məsuliyyətli işimiş. Ad insanın həyata vəsiqəsi hesab olunurmuş. “İgidin adını eşit, üzünü görmə” məsəli də çox güman ki, buradan yaranıb. Bir sözlə, keçmişdə insana hünərinə görə ad verərdilər. Müasir dövrümüzdə isə ad insana lap körpəlikdən doğmaları tərəfindən qoyulur və uşağın özünə ad seçmək hüququ olmur. Ona görə də valideynlər balalarına ad qoyarkən hisslərə qapılmayaraq çox diqqətli olmalıdırlar. Adlar üzrə mütəxəssislər adseçmə prosesində bir neçə məsləhətə əməl etməyi tövsiyə edirlər. Əvvəla, ciddi zərurət olmadıqda, uşağa rəhmətə getmiş qohumun adını verməklə tələsmək olmaz. Əgər həmin qohumun taleyi acı olubsa və ya o, ağır bir xəstəlikdən cavan ikən dünyasını dəyişibsə, onda belə addım atmaq, qəti məsləhət görülmür. Çünki, həmin adamın ağır həyatı, acı taleyi uşağın gələcəyinə mənfi təsir edə bilər. Lakin dünyadan köçmüş adamın həyatı uğurlu alınıbsa, adı el içində həmişə hörmətlə və ehtiramla çəkilirsə, onda həmin adamın ismini uşağa vermək olar.

İkinci məsləhət odur ki, uşağa ad seçərkən, son sözü valideynlər deməklə, bütün məsuliyyəti öz üzərinə götürməlidirlər. Çünki, bir sıra ailələrdə adqoyma prosesinə, az qala bütün nəsil müdaxilə edir. Belə məqamlarda ad seçmək daha da çətinləşir və bəzən nənə, baba, xala, bibi elə adlar təklif edirlər ki, onu körpəyə vermək, gələcəkdə uşağı gülüş obyektinə çevirə bilər. Çikaqo alimlərinin apardıqları tədqiqatlar göstərir ki, qəribə və qeyri-adi adı olan insanlar müxtəlif növ psixi komplekslərə daha çox meylli olurlar. Bunun səbəbini, belə izah edirlər ki, əgər uşağa istehza, rişxənd doğura bilən ad qoyularsa, onda bu ad onu öz yaşıdları arasında müdafiə olunmaq pozisiyasına salır ki, uşaq ona lağ edilməməsi və normal münasibət üçün həmişə mübarizə aparmalı olur. Üçüncü tövsiyə isə odur ki, seçilən isim milliliyi göstərən, yaxşı səslənən, qısa və asan tələffüz edilən olsa, daha uğurlu alınar. Bir də rəsmi mərasimlərdə və ya sənədlərdə ad familiya ilə birgə çəkildiyi üçün ad familiya ilə ahəngdar olsa daha yaxşı olar.

Ad seçməyə dair başqa məsləhətlər

Fərəhli haldır ki, xalqımız müstəqillik əldə etdikdən sonra valideynlər körpələrinə ad seçdikdə artıq əsl azərbaycanlı adlarına daha çox üstünlük verirlər. Lakin, bununla belə, dilimizdə elə yad adlar var ki, artıq onlar demək olar ki, tam milliləşib və onlar bu gün də müasir səslənir. Uşaqlara ad verərkən belə adlardan da istifadə etmək olar.

Övladlara ad seçərkən həmin adın qohumlar, qonşular arasında olub-olmamasını yoxlamaq da məqsədəuyğun olardı. Belə ki, qonum-qonşuda eyni adlı adamlar olanda, ətrafdakılar adaşları fərqləndirmək üçün onların adlarının qabağına məcbur olub bir ləqəb də yapışdırırlar. Məsələn, “Doktor Əli”, “Montyor Əli”, “Uzun Əli”, “Gödək Əli”, “Qızıldiş Əli” və s. Yeri gəlmişkən, ləqəb və təxəllüslər barədə yaxın günlərdə çox maraqlı məlumatlar verəcəyik. Ona görə də saytımızı diqqətlə izləyin.

Körpələrinə yaxşı ad tapmaqda çətinlik çəkən valideynlər bizim tanınmış mütəxəssislərin adlar və onların mənaları haqqında kitablarından da uğurla istifadə edə bilərlər. Adlar üzrə tanınmış mütəxəssis Boris Xiqir isə məsləhət görür ki, gənc valideynlər uşaq hələ dünyaya gəlməzdən əvvəl ona yaxşı ad seçsələr daha yaxşı olar. Xüsusən ona görə ki, bu gün uşağın cinsini ən yeni texnologiyaların köməyi ilə qabaqcadan müəyyən etmək artıq problem deyil. (Ola bilər ki, uşağın cinsini qabaqcadan öyrənmək qadağa edilsin). Psixoloqun fikrincə, qadınlar üçaylıq hamiləlik dövründən sonra, ad seçməkdə öz bətnindəki körpə ilə bir növ məsləhətləşə bilər. Bunun üçün gələcək ana rahat uzanaraq daxilində bir rezonans, titrəyiş hiss edənə kimi sakit şəkildə müxtəlif insan adları tələffüz etməlidir. Uyğun gələn adı tapdıqdan sonra, onu bir neçə dəfə, əvvəlki qaydada sınaqdan keçirməklə körpənin ona verdiyi reaksiyaya tam əmin olmalıdır. Belə ad gələcəkdə uşağın şəxsiyyətinin tam inkişaf etməsində mühüm rol oynayır.

Onu da qeyd edək ki, tezliklə Azərbaycanda şəxs adları ilə bağlı "işıqfor" mexanizmi tətbiq ediləcək. Necə deyərlər, ənənəvi adlara “yaşıl işıq”, mübahisəli adlara “sarı işıq”, ziddiyyətli və lazımsız adlara isə “qırmızı işıq” yandırılacaq. Bu mexanizmin valideynlərin azad ad seçimini bir qədər məhdudlaşdırdığı üçün, onun effektli olub-olmayacağını qabaqcadan proqnoz vermək çətindir. Həm də, bu qaydaya görə elə alına bilər ki, valideynin istədiyi adın limiti atıq dolmuş olsun. Onda nə etməlisən?
Aydın məsəldir ki, ya kimi isə “görməlisən”, ya da başqa ad seçməlisən. Əlbəttə ki, valideynlərin birinci yolu seçməsi ehtimalı daha çoxdur. "İşıqfor" mexanizmi yeni adların meydana gəlməsində də problemlər yarada bilər. Məsələn, valideynlərin ağlına yaxşı, yeni bir ad gəlib, təbii ki, bu ad siyahıda olmayacaq. Ona görə də bu ismin icazəsini almaq üçün, gərək onun müzakirələrdən keçməsini, komissiyanın xüsusi rəyinin verilməsini və s. proseduraların başa çatmasını gözləyəsən. Bütün bunlar isə valideyn üçün əlavə problemlər yaradacaq. Təbii ki, "işıqfor"un mənfi tərəfləri ilə bərabər, müsbət nəticəsi də olacaq. Məsələn, öz millətini bəyənməyənin birisi götürüb uşağına xalqımızın düşmənlərindən birinin adını və yaxud milli-mənəvi dəyərlərimizə zidd olan bir ismi qoymaq istəsə, onda "işıqfor" ona bu imkanı verməyəcək.

Bir şeyi xatırlatmaq lazımdır ki, əvvəllər bizim ucqar rayonlarda “ZAQS” idarəsində valideynlərə siyahı verilirdi ki, uşaqlara adı yalnız buradan seçə bilərsən. Valideynlər də ürəklərinə yatmayan adı seçməyə məcbur olurdular. Evdə isə uşaqları yenə də əvvəl seçdikləri adla çağırırdılar. Bir çox insanların iki adı olmasının bir səbəbi də bundadır.

Beləliklə, görürük ki, insan adları ilə bağlı maraqlı məlumatlar çoxdur. Sonda qeyd edək ki, adın necə səslənməsindən asılı olmayaraq, əsas məsələ onu özün kimi qorumaq və təmiz saxlamaqdır. Həyatda təmiz ad qazanmaq üçün isə insanın vicdanı, niyyəti, fikri və gördüyü işlər də təmiz olmalıdır. Unutmamalıyıq ki, bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər. Atalar demişkən: “İgid ölər, adı qalar, müxənnəsin nəyi qalar?”

Vuqar Haqverdiyev


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:37
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

gulnare

  • 29 oktyabr 2011 20:15
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
tongue love no lol

KaRola_16

  • 6 avqust 2011 19:12
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
OXUMADIM SEBRIM CATMADI
EZIYYETE GORE TEWEKKUR...

--------------------

qonce

  • 14 iyul 2011 20:17
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur....oxudum... fellow

ZAC EFRON

  • 5 iyul 2011 15:17
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Sitat: nigar_kolik
yazan eller var olsun ama oxumadimeee cox uzundu yazi)))
twkler emeye hormet)


ZAC EFRON

  • 26 iyun 2011 23:15
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
twk sps twk

nigar_kolik

  • 14 iyun 2011 15:59
  • Məqalə: 1
  • Şərh: 93
  • Bal:
{awards}
yazan eller var olsun ama oxumadimeee cox uzundu yazi)))
twkler emeye hormet)

--------------------
Sev amma ürəkdən olsun...
gəl amma əbədi olsun. ..
getmək istəsən mənidə apar. ..
getdiyimiz yer qara torpaq olsun...!!!

SeBiNe91

  • 30 may 2011 22:47
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
heeeeeeeeeee duzdu

--------------------
Ağlama! Ağlat ki, qiymətini bilsinlər.

azra

  • 30 may 2011 17:45
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
çox təşəkkürlər love


SeBiNe91

  • 20 may 2011 00:52
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
tesekkurler

--------------------
Ağlama! Ağlat ki, qiymətini bilsinlər.

tunar_mamedov

  • 12 aprel 2011 04:09
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
coox sag olun maraqli idi..)

_Loveli_

  • 4 aprel 2011 21:59
  • Məqalə: 0
  • Şərh: 129
  • Bal:
{awards}
hmmmmmm neydse

--------------------
.......................

Fan_Efron

  • 12 mart 2011 16:53
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
NE QEDER YAZI VAR BURDA...OXUMADIM...MARAQWLI DEYIL..ANCAQ EMEYE HORMET OLARAQ TWK smile

--------------------
Fan_Efron+jasmine villaqes=love

_2011_GOZELI_

  • 22 fevral 2011 21:48
  • Məqalə: 6
  • Şərh: 390
  • Bal:
{awards}
tesekkurler

--------------------
HEYATTTTTTTTTTTTTTTTTTIN QEDRINI BILMEK LAZIMDIIIIIIIII

nilayka

  • 19 fevral 2011 01:31
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tesekkurler maraqli idi

--------------------

Yusif

  • 26 noyabr 2010 23:33
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli idi

Lindo

  • 26 noyabr 2010 19:12
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk maraqli xebere gore )

Ulya

  • 25 noyabr 2010 23:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler maraqli idi

nariya

  • 25 noyabr 2010 17:21
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
yazan eller var olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}