Uşaqlar həkimi görəndə niyə ağlayır?

 
Uşaqlar həkimi görəndə niyə ağlayır?

Uşaqları daima həkimə apararkən onların qorxduğunu müşahidə edirik. Lakin bunun səbəbi əksəriyyətimiz üçün qaranlıq qalır. Psixoloqların fikrincə, uşaqlarda bu xüsusiyyət sonradan yaranır. Əslində uşaqlar ilk əvvəl başqalarına nisbətən həkimə qarşı daha maraqlı olurlar. Həkimin ağ xalatı, əlindəki müxtəlif əşyalar körpənin diqqətini cəlb edir. Körpə o zaman həkimdən qorxmağa başlayır ki, həkim bu "maraqlı” əşyaları onun bədəninə batırır, qulağına və burnuna soxur. Əlbəttə ki, istənilən bir ağrı körpənin sakitliyini pozur.

Bəzən müayinə prosesi ilə tanış olmayan körpə həyəcan keçirir. Körpənin həkimin bəzi işlərinə etiraz etməsi təbiidir. Əgər siz körpənizi bu etirazına görə qınasanız, onun hisslərinə toxunmuş olarsınız. Körpənin müayinə və müalicədən xoşu gəlməyə bilər və siz onu düzgün başa düşməlisiniz. Körpənizə kömək edin ki, vəziyyətdən çıxa bilsin.

Körpədə belə təsəvvür yaratmaq olmaz ki, onun etirazı yersizdir. Övladınız yaşa dolduqca tədricən anlayacaq ki, əsas məsələ işin xoşa gəlməsi yox, faydalı olmasıdır. Həyatınız boyu övladınıza verəcəyiniz ən böyük dərslərdən biri budur. Körpənizi başa düşməyə çalışın. Əgər insanın yanında onu başa düşən bir adam varsa, bu insan çətinliklərə dözümlü olur. Unutmayın ki, siz özünüz də həkim otağında narahatlıq keçirirsiniz.

Bəs uşağın həkim müayinəsinə dözməsi üçün nə edilməlidir? Psixoloqlar bu haqda bildirirlər ki, bir yaşda olan körpənin müayinəni rahat qəbul etməsi, demək olar ki, mümkünsüzdür. Çünki azyaşlı körpə ətrafda baş verənləri dərk etməkdə acizdir. O, yalnız xoşagələn münasibətlərdən narahat olmur. Müayinə isə adətən narahatlıq doğurur və təbii ki, körpə müqavimət göstərir. Siz bu körpənin narahatlıqlarını yalnız nəvazişlə azalda bilərsiniz. Əksər uşaqlar narahat olduqları vaxt qucağa can atırlar. Qucağa götürüb, nəvaziş göstərməkdən savayı çıxış yolu görünmür. Narahat körpənin ağzına bir şey qoymaq təsirli olur. Peşəkar uşaq həkimləri bu məqsədlə çubuqlu konfetlərdən istifadə edirlər. Eyni halda, yaxşı-pisi başa düşən, nisbətən yaşlı uşağı həkimə aparmazdan qabaq qarşıdakı prosesləri izah etmək lazımdır. Əgər körpə "indini” "sonradan” fərqləndirə bilirsə, demək, o sizin izahatlarınızı anlayacaqdır.

Hələ danışa bilməyən uşaq həkim xalatını gördükdə ötən müayinənin "dadını” xatırlaya bilir. Səkkiz aylıq körpə həkim xalatını qorxu ilə qarşılayır. Ötən müayinələr nə qədər ağrılı olmuşsa, qorxu da bir o qədər çox olur. Müayinənin gedişindən xəbərdar olan valideyn öz körpəsini daha yaxşı hazırlaya bilir. Hər halda hazırlıq əhəmiyyətlidir. Anlaqlı körpəni həkimə hazırlıqsız aparmaq olmaz.


Geri dön

Re►PLay

  • 26 avqust 2012 16:38
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
ele deyirler ki Hekim beyem adam deyil? mence hec qorxulmali deyil. thanksss xebere gore ... <3

✰Dгeaм✰

  • 26 avqust 2012 12:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Melumat ucun cox sag ol...

solnuska

  • 26 avqust 2012 02:02
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
men boyukem hekimden qorxuram usaq neynesin

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

R.M Fanatı...

  • 26 avqust 2012 01:13
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
Sitat: Ada...07
men balaca olanda hekimnen cox onun iynesiden qorxmuwam..


Sitat: Ada...07
men balaca olanda hekimnen cox onun iynesiden qorxmuwam..

--------------------

MELEK INSAN...

  • 26 avqust 2012 00:02
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
xebere gore sag ol......

--------------------

LoVe_LiFe

  • 25 avqust 2012 23:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Mende coox qorxmuwam wink tewekkurler

...BARSA FANATI....

  • 25 avqust 2012 23:45
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol......

✰GoLd GirL✰

  • 25 avqust 2012 22:35
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
hekime gedende ureyi ucalanan tek men deyildim yeqin ki....tesekur.....

Ada...07

  • 25 avqust 2012 22:17
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
men balaca olanda hekimnen cox onun iynesiden qorxmuwam.. smile

--------------------


come back

  • 25 avqust 2012 22:12
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
menimde zehlem gedib hekimlerden amma boyudukce bezi hekimler adam lap sirin gelir. wink

Shawn michaels

  • 25 avqust 2012 21:40
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
men qorxmurdum uwaq vaxti prosta iyneden zehlem gedirdi

--------------------

_Kyonul_

  • 25 avqust 2012 21:30
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
men de uwaq vaxti hekimden qorxurdum.

--------------------

Dalga

  • 25 avqust 2012 21:30
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Men indide hekimden qorxuruam ,baxmayaraq ki,ozum de hekimliyin ilk addimlarindayam

--------------------

Nuray2012

  • 25 avqust 2012 21:26
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Yaziq usaqlar neylesin iyne vururlar derman yazirlar onlarda qorxurrlarda smile

--------------------

Dj Nara

  • 25 avqust 2012 21:22
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
butun bebiwler beledi twler melumata gore

Gözlüklü

  • 25 avqust 2012 21:22
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
men qorxmurdum nede ki aglamirdim.tesekkurler

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 25 avqust 2012 20:52
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Mende balaca olanda hekimden qorxardim :))

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}