Şeytanın insan üçün qurduğu tələlərdən birincisi

 
Şeytanın insan üçün qurduğu tələlərdən birincisi



Şeytanın insan üçün qurduğu tələlərdən birincisi


Əslində Allahın və möminlərin düşməni olan şeytanın tələlərindən biri: İnsan övladını aldatmasıdır. Belə ki, insana zərərli olan bir şeyi və ya bir işi, ona faydalıymış kimi təşviq edər və insanı ora doğru sürükləyər. Sonra da durar, insanın fəlakətinə gülüb şadlanar. Ona oğurluq, zina və adam öldürmə kimi neçə-neçə günahları işləməsi üçün bütün gücü ilə təşviq edər, onu belə günahlı və fəlakətli yollara sürər, sonra da onun aqibətinə sevinər. Bunu biz Uca Rəbbimizin Kitbından öyrənmişik. O bir ayədə belə buyurur: "O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: 'Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!' Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: 'Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mö’minlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!' - demişdi" (Ənfal surəsi, 48)
Bilindiyi kimi şeytan, Bədr döyüşündə müşriklərə Suraka bin Malik surətində görünmüş, onlara yönəlib: "Gedin savaşın! Mən sizinlə bərabərəm, övlad və uşaqlarınıza gələn zərər və fəlakətlərə qarşı sinə gəlib, sizə arxa olaram" deyərək onları aldatmışdır. Allahın əsgələri olan mələklərin Rəsulallah (s.ə.s)-ə və Onun ordusuna yardım etmək üçün endiklərini gördükdə, qaçıb oradan uzaqlaşmış və onları tək başına buraxmışdır. Rəsulallah (s.ə.s)-in şairi, bi şerində bu hadisəni dilə gətirmişdir.
Şeytanın qadınla zina etməsi üçün aldatdığı rahibə etdiyi da bunun misalıdır. Əvvəlcə qadına zina etməsi, sonra onu və uşağını öldürməsi üçün yaxşı aldadan şeytan, sonra qadının əqrəbasını rahibin üzərinə göndərərək rahibi ölümlə buraxmış, ölüm vaxtı da onu qurtarmağı bəhanəsi ilə ona sədə etməsini əmr etmiş, sonra da onu buraxıb qaçmışdır. Yəni o qədər günahlar etməyə vadar etməsi bəs deyilmiş kimi, son nəfəsində onu özünə səcdə etdirərək rahibin kafir olaraq ölməsini təmin etdikdən sonra oranı tərk etmişdir. Bax onun işi budur, belədir. Hadisə ilə əlaqəli nail olan ayələrdə belə buyrulmuşdur: "(Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı aldatmasına) bənzəyir. O, insana: 'Kafir ol !' - deyər. (İnsan) kafir olan kimi (Şeytan onu qoyub qaçaraq): 'Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!' - deyər" (Həşr surəsi, 16)
Ayənin enmə səbəbi hər nə qədər də olsa xüsusidirsə, ifadə etdiyi məna ümumidir. Yəni şeytan, onu dost edib hiylələrinə aldanan bütün insanlara belə edər. Onları günah və küfrə sürükləməyə çalışar, bunun baş verməsi üçün tələlər qurar. Ən sonda da bütün dostlarından uzaqlaşar, "mən sizin hamınızdan uzağam" deyər və çıxar. Necə ki, axirətdə də bütün dostluq və və düşmənliklərin əsas mahiyyəti meydana çıxınca, öz dostlarına belə söyləyəcəyini də Quranımız xəbər verməkdədir: "Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qə’bul etməmişdim). " (İbrahim surəsi, 22)
Şeytanın işi-gücü şeytanlıq olduğu halda "Mən Aləmlərin Rəbbi olan Allahdan qorxaram" deməsi barəsində alimlər bəzi açıqlamalar vermişlər. Katadə və İbn İshaq "Allahın düşməni olan şeytan, "Mən sizin görmədiyinizi görürəm" deyərkən doğru söyləmiş olması ilə bərabər, "Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram" deyərkən yalan söyləyirdi. Çünki o, Allahdan qorxan deyil" söyləmişlər.
Alimlərimizdən bəzilər də : "şeytan dini və mənəvi baxımdan Allahdan qorxmayan olsa da, Allahın əzab və cəzasının gəlməsindən qorxa bilər. Necəki, hər hansı bir kafir və ya müşrikin, qəlbində dini mənası ilə Allahdan qorxusu olmamaqla bərabər, hər hansı bir kimsə tərəfindən öldürülməkdən qorxduğu kimi, Allahdan bir əzab və cəza gəlməsindən qorxmuş da ola bilər. Bunun isə dini, imani bir mənası yoxdur" demişlər. Doğru olan da bunun olmasıdır. Necə ki, Ata, Zəccac, əl Ənbari kimi alimlərimizin sözləri də bu mənanı dəstəkləyir


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:12
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Yusif

  • 26 noyabr 2010 23:32
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Maraqli xeberdi twwkk

Ulya

  • 25 noyabr 2010 23:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
deyerli yaziya gore cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}