Quran surələrinin oxunuş savabı - 4

 
Quran surələrinin oxunuş savabı - 4

Quran surələrinin oxunuş savabı - 4

Müqəddəs kitabımız olan Qurani Kərimdə 114 surə var. Hər bir surənin oxunuş savabı var. İstərdim sizləri Qurani Kərimin surələrinin oxunuş savabları ilə tanış edim.

"NƏBƏ" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Nəbə surəsini oxusa, Allah-Təala Qiyamət günü ona sərin (və dadlı) içki içirər."

***

"NAZİAT" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Naziat surəsini oxusa, Qiyamət günü dayanması və hesabı vacib namaz miqdarında olacaq və beləliklə də Behiştə daxil olacaqdır."

***

"ƏBƏSƏ" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Əbəsə surəsini oxusa, Qiyamət günü gülərüzlü və sevincək halda gələcəkdir."

***

"TƏKVİR" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Təkvir surəsini oxusa, Allah Təala onu əməl kitabının açılışında rüsvayçılıqdan saxlayar."

***

"İNFİTAR" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs İnfitar surəsini oxusa, Allah-Təala onu hər bir qəbrin müqabilində bir savab və hər bir damcının müqabilində isə yüz savab verər, həmçinin Qiyamət günü onun işini həll edər."

***

"MUTƏFFİFİN" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Mutəffifin surəsini oxusa, Allah-Təala Qiyamət günü onu bağlı (ağzı açılmamış) camlardan sirab edəcəkdir."

***

"İNŞİQAQ" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs İnşiqaq surəsini oxusa, Allah-Təala onu əməl kitabının arxadan verilməsindən saxlayar."

***

"BURUC" surəsinin oxunuş savabı

Həzrəti İmam Sadiq (ə.s) buyurur; "Hər kəs Peyğəmbərlər surəsi olan Buruc surəsini öz vacib namazlarında oxusa, (Qiyamət günü) məhşərdə dayanacağı yer İlahi peyğəmbərlər və (Allahın ) saleh bəndələri ilə olacaqdır."

***

"TARİQ" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Tariq surəsini oxusa, Allah-Təala göydə olan hər bir ulduz müqabilində ona on savab verər."

***

"Ə' LA" surəsinin oxunuşu

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Ə' la surəsini oxusa, Allah-Təala ona İbrahim, Musa və Muhəmmədə (s) nazil etdiyi hər bir hərfin (vəhyin) müqabilində on savab verər."

***

"ĞAŞİYƏ" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Ğaşiyə surəsini oxusa, Allah-Təala ondan asan hesab çəkər."

***

"FƏCR" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Fəcr surəsini oxusa, Allah-Təala o surəsni oxuyanların sayı qədər onu bağışlayar və bu surəni Qiyamət günüdə onun üçün nur qərar verər."

***

"BƏLƏD" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Bələd surəsini oxusa, Allah-Təala ona Qiyamət günü öz qəzəbindən aman verər. "

***

"ŞƏMS" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Şəms surəsini oxusa, sanki günəş və ay saçan hər bir şeyin sayı qədər sədəqə vermişdir."

***

"LƏYL" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Ləyl surəsini oxusa, Allah-Təala o razı olanadək əta edər, onu çətinlikdən qurtarar və asanlığı ona əta edər."

***

"ZUHA" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Zuha surəsini oxusa, Allahın razı qaldığı bəndələrdən olar, Muhəmmədin ona şəfaət etməsi vacib olar, həmçinin bütün yetim və yoxsulun ədədi müqabilində ona on savab verilər."

***

"İNŞİRAH" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs İnşirah surəsini oxusa, Allah-Təala ona Muhəmmədlə qəmgin halda görüşüb, onun qəmini aradan aparan şəxsin savabını verər."

***

"TİN" surəsinin oxunuş savabı

Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs Tin surəsini oxusa, Allah-Təala ona dünya evində iki xüsusiyyət; afiyət və yəqin verər, vəfat etdikdə isə, bu surəni oxuyanların hər birinin qarşısında, ona bir gün orucun savabını əta edər."

***

"ƏLƏQ" surəsinin oxunuş savabı

Həzrəti İmam Sadiq (ə.s) buyurur; " Hər kəs Ələq surəsini gündüz və ya gecə oxuyub o gün və o gecə vəfat edərsə, dünyadan şəhid kimi gedər. Allah-Təala onu şəhid halında gətirəcək və qəbrdən oyadacaqdır. Həmçinin, həzrəti Peyğəmbərlə (s) birgə Allah yolunda qılınc vuranlardan sayılacaqdır."

***

"QƏDR" surəsinin oxunuş savabı

Həzrəti İmam Baqir (ə.s) buyurur; " Hər kəs Qədr surəsini uca səslə oxusa, Allah yolunda qılınc çəkən kimi olar, amma hər kəs onu yavaş səslə oxuyarsa, Allah yolunda öz qanına boyanmışlardan sayılar. Həmçinin, hər kəs onu on dəfə oxusa, onun günahlarından mini bağışlanar."

***

"BƏYYİNƏ" surəsinin oxunuş savabı

Həzrəti İmam Baqir (ə.s) buyurur: " Hər kəs Bəyyinə surəsini oxusa, şirkdən uzaq olar və Muhəmmədin (s.ə.s) dininə daxil olar. Həmçinin, Allah-Təala onu mömin halında gətirib, ondan çox asan hesab çəkər."

***

"ZƏLZƏLƏ" surəsinin oxunuş savabı

Həzrəti Muhəmməd (s.ə.s) buyurur; " Hər kəs Zəlzələ surəsini oxusa, sanki Bəqərə surəsini oxumuşdur. Həmçinin ona Quranın dörddə bir hissəsini oxuyanın savabı da verilər."

***

"ADİYAT" surəsinin oxunuş savabı

Həzrəti İmam sadiq (ə.s) buyurur; "Hər kəs Adiyat surəsini ardıcıl şəkildə oxusa, Allah-Təala onu Qiyamətdə xüsusən Əmirəl-möminin (ə.s) ilə qərar verər, həmçinin o həzrətin kənarında və dostlarından olacaqdır."

***

"QARİƏ" surəsinin oxunuş savabı

Həzrəti İmam Baqir (ə.s) buyurur; " Hər kəs Qariə surəsini oxusa, Allah-Təala onu Dəccalın fitnəsi və ona tabe olmaqdan, həmçinin, Qiyamətdə cəhənnəmin çirkindən və ya hərarətindən qoruyub saxlayar. İnşallah."

***

"ƏSR" surəsinin oxunuş savabı

Həzrəti Muhəmməd (s.ə.s) buyurur; " Hər kəs Əsr surəsini ardıcıl oxusa, Allah-Təala onun aqibətini yaxşılıqla bitirər və haqq səhabələrindən olar. Əgər o surə xəzinəyə oxunsa, sahibi o xəzinəni açanadək, Allah-Təala onu qoruyub saxlayar."

***

"HUMƏZƏH" surəsinin oxunuş savabı

Həzrəti İmam Sadiq (ə.s) buyurur;" Hər kəs Allah-Təalanın vacib etdiyi namazların birində Huməzəh surəsini oxusa, Allah-Təala yoxsulluğu ondan uzaqlaşdırar, ruzisini yetirər və pis ölümü ondan uzaq edər."

***

"FİL" surəsinin oxunuş savabı

Həzrəti Muhəmməd (s.ə.s) buyurur; " Hər kəs Fil surəsini oxusa, Allah-Təala onu bu dünyada əzab və məsxərə (çirkin və qeyri-adi bir) hala düşməkdən saxlayar."

***
"QUREYŞ" surəsinin oxunuş savabı

Həzrəti İmam Sadiq (ə.s) buyurur; " Hər kəs Qureyş surəsini oxusa, Allah-Təala Qiyamət günündə onu behiştin miniklərindən birində gətirəcək və beləliklə də Qiyamət günü (behiştin) nur sürfəsində əyləşəcəkdir."

***

"M AUN" surəsinin oxunuş savabı

Həzrəti İmam Baqir (ə.s) buyurur; " Hər kəs vacib və müstəbəh namazlarında Maun surəsini oxusa, Allah-Təala onun oruc və namazını qəbul edər və dünya həyatında əncam verdiyi pis əməlləri barədə ondan hesab çəkməz."

***

"KÖVSƏR" surəsinin oxunuş savabı

Həzrəti Muhəmməd (s.ə.s) buyurur; " Hər kəs Kövsər surəsini oxusa, Allah-Təala onu Kövsər bulağı, həmçinin Cənnətdə olan bütün bulaqlardan sirab edər."

***

"KAFİRUN" surəsinin oxunuş savabı

Həzrəti Muhəmməd (s.ə.s) buyurur; " Hər kəs Kafirun surəsini oxusa, Allah-Təala ona Quranın dörddə bir hissəsinin (oxunuşunun) savabını verər, şeytanın əziyyətini ondan uzaqlaşdırar, həmçinin onu Qiyamət gününün vahimə və çətinliyindən xilas edər."

***
"NƏSR" surəsinin oxunuş savabı

Həzrəti İmam Sadiq (ə.s) buyurur; " Hər kəs Nəsr surəsini müstəhəb və ya vacib namazında oxusa, Allah-Təala ona bütün düşmənlərinə qalib olmaqda kömək edər."

***

"MƏSƏD" surəsinin oxunuş savabı

Həzrəti Muhəmməd (s.ə.s) buyurur; " Hər kəs Məsəd surəsini oxusa, Allah-Təala onunla Əbu-Ləhəbi bir yerdə qərar verməz."

***

"İXLAS" surəsinin oxunuş savabı

Həzrəti Muhəmməd (s.ə.s) buyurur; " Hər kəs İxlas surəsini bir dəfə oxusa, sanki Quranın üçdə birini oxumuşdur. Hər kəs onu iki dəfə oxusa, sanki Quranın üçdə ikisini oxumuşdur. Onu üç dəfə oxuyan isə, sanki bütün Quranı oxumuşdur."

***

"FƏLƏQ" surəsinin oxunuş savabı

Həzrəti İmam Baqir (ə.s) buyurur; " Hər kəs (gecə namazının bir hissəsi sayılan) Vitr namazında Fələq, Nas və İxlas oxusa ona belə deyilər;" Ey Allahın bəndəsi! Müjdə olsun sənə, şübhəsiz Allah-Təala sənin Vitr namazını qəbul etmişdir."

***

"NAS" surəsinin oxunuş savabı

Həzrəti İmam Sadiq (ə.s) buyurur; " Hər kəs Nas surəsini hər gecə öz mənzilində oxusa, cin və vasvasdan amanda qalar və əgər onu yazıb, kiçik uşaqların (libasları və ya boynundan) asarsa, Allahın izni ilə cinlərdən qorunub saxlanar."

Quran surələrinin oxunuş savabı - 4


Geri dön

✰Dгeaм✰

  • 2 sentyabr 2012 21:15
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Allah razi olsun...

No-Girls-No-ProBlemS

  • 31 avqust 2012 12:55
  • Məqalə: 209
  • Şərh: 145
  • Bal:
{awards}
ALLAH razi olsun xebere gorede tewekkurler

--------------------


solnuska

  • 30 avqust 2012 02:35
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
"Hər kəs Tariq surəsini oxusa, Allah-Təala göydə olan hər bir ulduz müqabilində ona on savab verər."
allah razi olsun

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Re►PLay

  • 29 avqust 2012 16:38
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Allah razi olsun ... <3

Dj Nara

  • 28 avqust 2012 14:46
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
Hər kəs Nas surəsini hər gecə öz mənzilində oxusa, cin və vasvasdan amanda qalar və əgər onu yazıb, kiçik uşaqların (libasları və ya boynundan) asarsa, Allahın izni ilə cinlərdən qorunub saxlanar."

MELEK INSAN...

  • 27 avqust 2012 20:28
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun.

--------------------

come back

  • 27 avqust 2012 20:16
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun.

Prank girl

  • 27 avqust 2012 18:40
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Hz. Muhəmməd (s.ə.s) buyurur; "Hər kəs İnfitar surəsini oxusa, Allah-Təala onu hər bir qəbrin müqabilində bir savab və hər bir damcının müqabilində isə yüz savab verər, həmçinin Qiyamət günü onun işini həll edər."

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Avril_lavigne

  • 27 avqust 2012 16:41
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

R.M Fanatı...

  • 27 avqust 2012 16:36
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

nurlana77

  • 27 avqust 2012 16:12
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
ALLAH razi olsun....

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

✰GoLd GirL✰

  • 27 avqust 2012 15:43
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun...

Tatli_kiz

  • 27 avqust 2012 15:23
  • Məqalə: 0
  • Şərh: 321
  • Bal:
{awards}
.........twkler oxudum................

--------------------
hmmmmmmmmmmmm

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 27 avqust 2012 14:53
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.maraqla oxudum

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

SU PƏRİSİ

  • 27 avqust 2012 14:21
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
ALLAH razi olsun..........

--------------------

LoVe_LiFe

  • 27 avqust 2012 14:05
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Həzrəti İmam Sadiq (ə.s) buyurur; "Hər kəs Peyğəmbərlər surəsi olan Buruc surəsini öz vacib namazlarında oxusa, (Qiyamət günü) məhşərdə dayanacağı yer İlahi peyğəmbərlər və (Allahın ) saleh bəndələri ilə olacaqdır."

Gözlüklü

  • 27 avqust 2012 13:48
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

...BARSA FANATI....

  • 27 avqust 2012 13:39
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH razi olsun..........

Shawn michaels

  • 27 avqust 2012 13:38
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}