Rammstein qrupu haqqında

 
Rammstein qrupu haqqında


“Rammstein” - alman metal qrupu 1994-cü ildə yaranıb. Öz musiqi stillərini onlar özündə elektron musiqi, metal və industrialın elementlərini birləşdirən Tanz-Metal və yaxud “dans-metal” adlandırırlar. Musiqilərinin mətni yalnız almanca olsa da indiyə kimi dünya miqyasında 12 milyon tirajla albomları satılıb. Qrupun adı ilə bağlı isə çoxlu və maraqlı informasiyalar var. İlk öncə, belə qəbul olunmuşdu ki, bu ad qərbi alman şəhəri (qəsəbəsi) olan Ramştayndan (alm. Ramstein) götürülüb. Belə ki, 1988-ci ilin 28 avqustunda NATO təyyarələrinin aviaşousu zamanı 3 təyyarənin toqquşması və onlardan birinin insanlarınüstünə düşməsi nəticəsində 70 nəfərin - 67 izləyici və üç pilotun həlak olması qrup üzvlərində dərin təəssürat oyadır. Hətta ilk əvvəllər kollektiv “Rammstein - Flugschau” (Aviaşou-Ramştayn) adı ilə çıxış edir. “Rammstein” mahnısı - qrupun “vizit kartı” hesab olunur, özü ndə Ramştayn hərbi-hava bazasında baş vermiş faciəli olaydan xatirələr daşıyır. Qrup adına bir “m” hərfi də əlavə etməklə, (“Ram-m-stein”) “qüvvətlə dəyən qaya” mənasını daşımağa başladı. Bundan başqa, “Rammstein” həm də Roma silahlarından biri olan və XV əsrin sonlarına qədər geniş yayılmış, şəhər qalalarının dağıdılmasıüçün istifadə olunan alətin (sapand) adıdır. Həmçinin “Rammstein” yıxılan Berlin divarında müdafiə məqsədilə qapıya ən yaxın yerlərdə istifadə olunan iri daş qurğulara verilən ad olmuşdur. Adla bağlı bütün bu müxtəlif maraqlı informasiyalara baxmayaraq, başlanğıcda onlar ümumiyyətlə, heç bir addan istifadə etmirdilər. Sadəcə əyləncə üçün musiqi yaradır və öz əvvəlki qruplarında ifa etməyə davam edirdilər. Lakin “Rammstein” parçası o qədər sevilir və bir simvol halına gəlir ki, artıq onlar da özlərini ciddiyə almağa başlayırlar.
Qrupun əsası əvvəllər müxtəlif qruplarda çıxış edən üç nəfər tərəfindən qoyulub: Till Lindemann (əvvəllər “First Arsch” kollektivində baraban ifa edib, daha əvvəl isə o, üzgüçülük üzrə Avropa çempionu olub, zədə üzündən idman karyerasına son verib), Rixard Kruspe (Richard Kruspe - “Orgasm Death Gimmick”də çıxış edib) və Kristof Şnayder (Christoph Schneider - “Die Firma”da bateri ifa edib).
Hər şey ondan başlayır ki, bir dəfə Till Lindemannın çoxdankı dostu, onun səsini həmişə çox bəyənən Rixard Kruspe Tillin səsinin ağır musiqidə necə səslənəcəyini yoxlamaq fikrinə düşür. Tillin sözlərinə görə, Rixard hansısa kaseti gətirir və onu bu musiqinin müşayiətilə oxumağa məcbur edir. Bu təcrübə Rixardın o qədər xoşuna gəlir ki, böyük həvəslə dostuna hələ yaranmamış bir qrupun vokalisti olmağı məsləhət görür. Bu danışıqlar ancaq üçüncü gün reallaşmağa başlayır və onlar üçlükdə (Rixard təcrübə mahnılarının yazılışına Kristof Şnayderi də dəvət edir) yeni bir qrup yaratmağı qərara alırlar və təcrübə üçün bir neçə mahnı yazırlar. Nəticə onların hər üçünün xoşuna gəlir.
Və budur, 1993-cü ildə “adsız üçlük” Berlin rok-festivalında iştirak edir. Bu uğurdan sonra üzvlər belə qərara gəlirlər ki, üç üzv - professional bir komanda üçün çox azdır və onlara daha üç nəfər də qoşulur . Qeyd etmək lazımdır ki, altılıqdan yalnız ikisi professional musiqiçi hesab olunur. Bunlar “Feeling B” pank-qrupunda çıxış etmiş Paul və “Fleyk”dir. Klavişli alətlərdə ifa edən “Fleyk”in (Christian Lorenz) qrupa qatılması bir qədər çətin oldu, çünki digərlərindən fərqli olaraq o, klassik musiqi anlayışına sahib idi və musiqidə monotonluğa, qabalığa, musiqi çatışmazlığına qarşı idi. Əvvəl çalışmalarda iştirak etsə də tam olaraq “Rammstein”ı qəbul etmədi, hələ də etmiş deyil. Ancaq “Fleyk”in “Rammstein”a qarşı olan bu baxışı qrupa maraqlı bir dəyişiklik qatdı və klassik musiqi anlayışı “Rammstein”ın musiqisini melodik tərzi ilə rəngləndirdi. “Fleyk”inözünün dediyinə görə, o “qrup üzvlərinin ifa etdiyi musiqini bəyənmir və klavişdə sadəcə onların musiqisinə təcavüz edir”. Lakin elə məhz belə bir “qarşıdurma” “Rammstein”ın çox fərqli və təkrarolunmaz stilinin əsl səbəbi hesab oluna bilər.
“Rammstein” bir çox səsyazma şirkətlərinə demo (ilkin yazılış versiyası) göndərib rədd cavabı aldıqdan sonra, 1995-ci ildə “MotorMusic/PolyGram”la müqavilə imzalayır. Jacob Hellner ilə Stokholmda “Herzeleid” adlı ilk albomlarını yazırlar və sonra qısa zaman içində böyük uğur qazanan “Du Riechst so Gut” və “Herzeleid” adlı sinqllarını çıxarırlar. Həmin ildə də Almaniyada “Project Pitchfork” ilə birlikdə tura çıxırlar və Praqada, Varşavada konsertlər verirlər. 1995-ci ilin sonlarına yaxın isə Almaniyada sadəcə öz təşəbbüsləri ilə tura çıxmaq istəyirlər. Bu arada isə “Herzeleid” albomunun qapağında yer alan fotolar üzündən media tərəfindən neo-nasist olmaqda günahlandırılırlar.
1997-ci ildə qrup “Sehnsucht” adlı ikinci albomlarını çıxarır, nəticə ilk albomdan daha böyük uğur gətirir. Xüsusən də “Du Hast” adlı parça geniş şöhrət qazanır və “Ən Yaxşı Metal Performansı” nominasiyası üçün bir alman qrupu olaraq ilk dəfə namizəd göstərilir.
“Rammstein”ın parçalarında istifadə etdiyi dil - “Du Hast” və “Engel”in ingiliscə versiyaları da çıxarılmasına baxmayaraq, hər zaman almanca olmuşdur. Yeri gəlmişkən, Till Lindemann almanca sözlərlə oynayaraq “Du Hast”da olduğu kimi bir çox mənalar verən ifadələrə öz parçalarında yer verir. “Du Hast” “mənə sahibsən” mənasını verməklə bərabər, “Du Hasst” şəklində söyləndiyində “mənə nifrət edirsən” anlamına gəlir. “Rammstein”ın bütün dünyada tanınmasına səbəb olan əsl səbəbkar isə David Lynch adlı prodyuserdir.
Wollt ihr das Bett in Flammen sehen? – Seks, şiddət, aqressiya təbliğ edən mahnıdır. Tərcüməsi Dəri və saçın içində yox olmaq istəyərsənmi?
Los - Burada özləri haqqında danışırlar. Əvvəl sebilməyiblər. Mahnıda Allahsız olduqlarını da göstərirlər.

Ohne Dich- Mahnı sevgi haqqındadır. Mövzusu sənsiz qala bilmirəm.

Mein Teil- Kəsilmək üçün 18-30 yaşlarında birini axtarırlar. mahnı Almaniyada iki adamın bir-birini yeməsindən sonra yazılmışdır. Mahnının əvvəlində verilən səs qurban axtaran adamın internete buraxdığı orijinal mesajdır.
Bestrafe Mich – Məni cəzalandır. Dini mövzuda yazılmışdır. Mahnıda deyilən “sən” Allaha xitabdır. Sahib alır. Sahib verir. Amma sadəcə, çox sevdiklərinə mi verir?


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:42
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

nilayka

  • 5 may 2011 08:50
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
Tşk xəbər üçün

--------------------

Yusif

  • 27 noyabr 2010 13:06
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Ne uzun Yazmisan :)))

Ulya

  • 26 noyabr 2010 15:49
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
maraqlidi winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 11
Qonaqlar: 46
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 43
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 22
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 17
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 13
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 134
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}