Qafiyəli atalar sözləri

 
Qafiyəli atalar sözləri

Abdaldan paşa olmaz,
taxtadan – maşa olmaz.

Abır istəsən.... çox demə,
sağlıq istəsən çox yemə.

Bir buğda əkməsən,
min buğda biçməzsən.

Nə tökərsən aşına,
o da çıxar qaşığına.

İnsan var ki, insanların naxşıdır,
İnsan var ki, dindirməsən yaxşıdır.

Camal gedər - Kamal gələr

***

El elə dayanıb,
tənbəl indi oyanıb.

Doğru elə bilir hamı doğrudur.
oğru elə bilir hamı oğrudur.

Bağa baxarsan bağ olar,
baxmazsan dağ olar.

İstəyirsən bol çörək
al əlinə bel, kürək...

El gücü - sel gücü.

***

Qadın var ev yığar,
qadın var ev yıxar.

Saxla samanı,
Gələr zamanı.

Qoyma başın balışa,
Ver özünü yarışa.

İgid ölər adı qalar,
Müxənnətin nəyi qalar?

İgid odur - atdan düşə atlana,
İgid odur - hər zəhmətə qatlana.

Qələmin ucu - qılıncın gücü.

***

Uşağı buyur,
ardınca yuyur.

Yüz gün yaraq,
Bir gün gərək.

Araba qoş, çarxa dur,
Mərd igidə arxa dur.

Söz var kəsdirər başı,
söz var kəsər savaşı.

Gözəllik ondur,
Doqquzu dondur.

Birlik harada - dirilik orada.

***

Suyun lal axanı,
adamın yerə baxanı.

Alət işlər, əl öyünər,
Qılınc işlər, qol öyünər.

Dost dost ilə tən gərək,
Tən olmasa gen gərək.

Dostun versə qum,
Al ovcunda yum!

Hər şeyin təzəsi,
dostun köhnəsi.


Geri dön

Yusif

  • 27 noyabr 2010 00:13
  • Məqalə: 445
  • Şərh: 3324
  • Bal:
coooox beyendim tesekkurler

Ulya

  • 26 noyabr 2010 00:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.xosuma geldi

R_O_M_A

  • 25 noyabr 2010 23:39
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
Dostun versə qum,
Al ovcunda yum!

Hər şeyin təzəsi,
dostun köhnəsi.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 25
Qonaqlar: 131
Cəmi: 185

 

Top 10 Müəllif

azer_
Xəbərləri: 49
Cəmi: 547
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 45
Cəmi: 301
 
YagmuRumuN MeLeYi
Xəbərləri: 40
Cəmi: 950
 
Sαmmyyy_✰
Xəbərləri: 37
Cəmi: 358
 
EsKeR_BaLaM
Xəbərləri: 36
Cəmi: 79
 
Islam_awki
Xəbərləri: 34
Cəmi: 111
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 28
Cəmi: 231
 
ヅKapriznaya Dəlişkaヅ
Xəbərləri: 28
Cəmi: 226
 
Light_Of_God
Xəbərləri: 26
Cəmi: 82
 
★Glamurka AnGeL★
Xəbərləri: 21
Cəmi: 75