Qiyamət günü cavab veriləcək?

 
Qiyamət günü cavab veriləcək?

Seyidləri digər insanlardan fərqləndiyi nə dərəcədə doğrudur?

Günahlarından asılı olmayaraq Allahın onları bağışlaması necə?


- Diqqətinizə çatdırmaq istərdim ki, Allah qarşısında bütün insanlar bərabərdirlər.

Allah qarşısında birinin digərindən üstünlüyü onların təqva

və Allahdan qorxmalarından asılıdır.

Birinin seyid olması və günahdan uzaq olması və ya

günah edib tövbə etməsi onun digərlərindən fərqli olmasına

səbəb olmur, ola da bilməz.

İnsan beynindən keçən pis fikirlərə görə Qiyamət günü Allah qarşısında

hesabat verəcək? Çünki bəzən Şeytan vəsvəsə edərək insanın beyninə pis fikirlər salır.

- Nə qədər ki, pis fikirlər əməli şəkildə öz nəticəsini verməyib

və istər insanın özü, istərsə də başqaları

onun fikirlərindən günaha düçar olmayıblar,

buna görə Qiyamət günü insanlara cəza verilməyəcək.

Amma bütün hallarda Şeytanın vəsvəsələrindən Allaha pənah aparmaq

və tez-tez Allahı zikr etmək lazımdır.

Allah imanımızı kamil etsin!


Bilmək istərdim kolbasa, sosiska və bu kimi ət məhsullarından istifadə etmək olar?

Bəziləri bunların namaz qılanlara haram olduğunu söyləyir.

Bu, nə dərəcədə düzgündür?

Bundan başqa, deyirlər kolbasalara donuz əti

vurmadan onların saxlanması mümkün deyil.

Belə çıxır ki, ölkəmizdə və digər müsəlman ölkələrində

hazırlanan halal ət məhsullarını yemək haramdır?

- Allahın halalı hamı üçün halal, haramı hamı üçün haramdır.

Bunun namaz qılıb-qılmamaqla heç bir əlaqəsi yoxdur.

O ki qaldı adları çəkilən ət məhsullarına, onlar şəri qayda ilə kəsilən

əti halal heyvanların ətindən hazırlandıqda halal, əks halda haramdır.

Ət məhsullarında donuz ətinin zəruriliyinə gəldikdə isə

bunun heç bir əsası yoxdur və ola da bilməz.

Halallığına əmin olduğunuz ət məhsullarından istifadə edə bilərsiniz.

Hicablıya boyun-boğaz görünmədən sırğa taxmaq olar?

Bunun günah olub-olmadığını bilmək olar?

- Boyun və boğazınızı bağlayıb sırğa taxa bilərsiniz,

bunun heç bir günahı yoxdur.

Qəza namazlarının neçə rükət qılınması barədə məlumat verəsiniz?

- İstər namaza başladıqdan, istərsə də əvvəllər qılınmayan

qəza namazlarını qılmaq hər bir müsəlmana vacibdir.

Gündəlik vacib namazlarla fərq yalnız niyyətdədir.

Ev və vətən qərar verdiyiniz yerdə olduğunuz zaman səfərdə

qılmalı olduğunuz, amma qılmadığınız 4 rükətlik namazların qəzalarını

2 rükət qılmalısınız. Əksinə, səfərdə olduğunuz zaman ev

və vətən qərar verdiyiniz yerdə qılmalı olduğunuz,

amma qılmadığınız 4 rükətlik namazların qəzalarını tam şəkildə qılmalısınız.

Onu da qeyd edək ki, qəza namazlarında qılınmayan

günləri qeyd etməyə ehtiyac yoxdur. Allah qəbul etsin!

İkinci xəlifə Ömər ibn Xəttab İslamı necə qəbul etmişdir?

- Tarix kitabları Ömər ibn Xəttabın İslamı qəbul etməsi barədə bunları yazır:

"Ömər ibn Xəttab hələ cahil olduğu illərdə

Peyğəmbəri (s.ə.s) qətlə yetirmək qərarına gəlir.

Bu səbəbdən qılıncını sivirib onun ardınca gedir.

Yolda onu qəzəbli halda görənlərdən

niri ne üçün hirsli olduğunu soruşur.

O da öz məqsədini deyir. Həmin şəxs ona deyir:

"Yaxşı olar ki, öz bacının evinə gedib orada baş verənləri görəsən".

Ömər ibn Xəttab oradan birbaşa bacısının evinə gedir

və onun həyat yoldaşı ilə birlikdə Quran oxuduğunun şahidi olur.

Qəzəbli halda bacısını vurub yerə yıxır.

Bacısı ona İslamı qəbul etdiklərini

və ondan əsla qorxmadıqlarını bildirir.

Ömər ibn Xəttab tutduğu işdən peşman olur

və onlardan nə oxuduqlarını soruşur.

Bacısı bunun Quran olduğunu və ona yalnız

qüsl aldıqdan sonra toxuna biləcəyini bildirir.

Ömər ibn Xəttab qüsl alır və sonra onu Peyğəmbərin (s.ə.s)

yanına aparmalarını xahiş edir.

Bacısı sevincək halda onu Peyğəmbərin (s.ə.s) yanına aparır.

Beləliklə, Ömər ibn Xəttab İslamı qəbul edir.

Hicablı qadın ayaq, qıç görünməmək şərtilə,

yəni kolqotqa, retuz və s. ilə dizə qədər yubka geyinə bilər?

- Bəli, geyinə bilər, bunun heç bir nöqsanı yoxdur.

Əsas odur ki, bədən görünməsin.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:13
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Yusif

  • 27 noyabr 2010 13:07
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
deyerli xebere Twk

SerSeRi_RuzGaR

  • 26 noyabr 2010 16:54
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
TeweKkuR_EdIREM_
<<<<COx mARAqLi Ve DeYErLi olDU>>>><<<BilmEDIkleRimizI SIZdeN oYreNDIk>>>
...........S.R

--------------------
<<<$aLunKa>>>

Just For Legend

  • 26 noyabr 2010 15:40
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
minnettaram

--------------------

Ulya

  • 26 noyabr 2010 15:35
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol deyerli xebere gore.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}