Həzrətin ata-anası üçün etdiyi duası (Səhifeyi Səccadiyyə)

 
Həzrətin ata-anası üçün etdiyi duası (Səhifeyi Səccadiyyə)

Həzrətin ata-anası üçün etdiyi duası (Səhifeyi Səccadiyyə)


İlahi! Muhəmmədə qulun və peyğəmbərinə, pak ailəsinə salam yetir, özümün ən üstün rəhmətini bərəkətini, və salamını onlara məxsus et.

İlahi! Ata-anama da öz yanından kəramətinlə salam and et, ey rəhm edənlərin rəhm edəni! və hüquqlarından bilməyimə lazım olan şeyləri mənə ilham et, vacib işlərdən hamısını məndən ilham et, sonra ilham etdiyin şeylərdə məni işə yönəlt, yardım et ki, anlatdığın şeyləri həyata keçirim ki, təlim etdiyin şeyi görək əlimdən çıxmasın, bədənimdə görəcəyim işi yerinə yetirdikdə ağırlaşmasın.

İlahi! Muhəmməd və onun soyuna salam yetir və onun vücudu ilə bizə ucalıq verdiyin kimi Muhəmməd və onun soyuna salam yetir, O Həzrətin səbəbi ilə insanların üzərinə bizdən bir haqq qoyduğun kimi Muhəmməd və onun soyuna salam yetir.

İlahi! Elə et ki, ata-anamın heybətindən qüd-rətli sultanın heybətindən qorxduğum kimi qorxum və hər ikisinə mehriban ana kimi yaxşılıq nəzə-rimdə sözlərini yuxu tutanın yuxusundan şirin olsun, susuz olana verilən şərbətdən ləzzətli olsun ki, onların istəklərini öz istəklərimdən üstün tutum, o ikisinin şadlığını öz şadlığım-dan irəlidə qərar verim, onların mənə etdikləri yaxşılıqlarını az olsa da çox, olsa da az bilim.

İlahi! Onların huzurunda səsimi mülayim et, dediklərimi qəlblərinə yatan qərar ver, onlara qarşı xasiyyətimə yumşaqlıq ver, qəlbimi hər ikisinə mehriban et, onların hər ikisinə qarşı məni ürəyi yanan, xoş rəftar et.

İlahi! hər ikisinə məni tərbiyə etdikləri üçün gözəl mükafat ver, məni əziz tutduqları üçün onlara yaxşı əcr nəsib et, uşaqlıqda mənə qarşı etdikləri məqsədlərini onların haqqında yerinə yetir.

İlahi! əgər mənim tərəfimdən onlara bir əziyyət yetmişsə, yaxud məndən xoşagəlməz bir iş görmüşlərsə, ya da mənim vasitəmlə onların haqqından bir şey aradan getmişsə,اbütün bunların hamısını onların günahla-rından pak olmasına, məqamlarının yüksəlməsinə və yaxşılıqlarının çoxalmasına səbəb qərar ver, ey pislikləri bir neçə qat yaxşılıqlara çevirən.

İlahi! əgər mənimlə danışıqda ölçüdən kənara çıxmış, yaxud bir işdə mənə qarşı həddi aşmış, ya da bir haqqımı zay etişlərsə, yaxud mənə qarşı ata-analıq vəzifələrində səhlənkar-lıq göstərmişlərsə öz haqqımı onlara bağışla-dım, onu onlara bəxşiş etdim və səndənistəyirəm ki, onun çətinliyini onların çiynindən götür, çünki mən özümə qarşı onları səhlənkarlıqda müttəhim etmirəm, öz barəmdə mehribançılıqda onları səhlənkar bilmirəm, haqqımda etdiklə-rindən narazı deyiləm, ey mənim Rəbbim, çünki onların haqqını riayət etmək mənə daha vacibdir, yaxşılıqları mənə daha çoxdur, mənə olan minnətləri daha çoxdur;

İlahi! əgər belə etsəm, uzun müddət mənim tərbiyəmdə keçirdiyi günlər, məni saxlamaqda çəkdikləri ağır zəhmətlər, mənim yaşayışım rahat olsun deyə özlərini çətinliklərə salmaları nə cür olacaq? Şübhəsiz ki, öz haqqlarını məndən geri ala bilməzlər, mən onların üzərimdəki haqlarımı tədarük edə bilmərəm,xidmət vəzifəmi yerinə yetirməkdən acizəm, belə isə Muhəmməd və onun soyuna salam yetir və yardım istənilənlərin ən yaxşısı, mənə yardım göstər, ey üz tutanların ən gözəl hidayətçisi, məni Qiyamət günündə ağ valideynlərdən qərar vermə .

İlahi! Muhəmməd və onun soyuna və nəslinə salam yetir və ata-anama saleh imanlı bəndələrindən nəsib etdiyin ən gözəl şey nəsib et, ey rəhm edənlərin rəhm edəni!

İnan, onları namazımdan sonra, hər saat hər anda yadımdan çıxarma.

İlahi! Muhəmməd və onun soyuna salam yetir və onlara etdiyim duanın bərəkəti ilə məni əfv et, mənə etdikləri yaxşılıqlara görə o ikisinə rəhm et, mənə göstərdikləri şəfaətə görə onlardan razı qal, öz kərəminlə onları mənzil başına sağ-salamat çatdır.

İlahi! əgər ata-anamı məndən öncə əfv etmisənsə, mənə onların şəfaətini nəsib et, əgər məni onlardan öncə bağışlamısansa, məni onların şəfaətçisi qərar ver ki, mehribançılığın əhatəsində kəramət yurdunda,məğfirət və rəhmət məskənində bir yerə toplaşaq, çünki sən lütfkarsan, rəhm edənlərin rəhm edənisən!

Həzrətin ata-anası üçün etdiyi duası (Səhifeyi Səccadiyyə)


Geri dön

GuNaY_83

  • 30 avqust 2012 15:19
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler....

--------------------

solnuska

  • 29 avqust 2012 03:43
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

LoVe_LiFe

  • 29 avqust 2012 00:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Aallah Razi olsun

Nuray2012

  • 28 avqust 2012 19:11
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

come back

  • 28 avqust 2012 18:22
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

Tatli_kiz

  • 28 avqust 2012 16:36
  • Məqalə: 0
  • Şərh: 321
  • Bal:
{awards}
Allah razi olsun,twk

--------------------
hmmmmmmmmmmmm

nuraska

  • 28 avqust 2012 16:13
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

Re►PLay

  • 28 avqust 2012 15:43
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
İlahi! Onların huzurunda səsimi mülayim et, dediklərimi qəlblərinə yatan qərar ver, onlara qarşı xasiyyətimə yumşaqlıq ver, qəlbimi hər ikisinə mehriban et, onların hər ikisinə qarşı məni ürəyi yanan, xoş rəftar et.
Allah butun valideynleri qorusun Amin

Dj Nara

  • 28 avqust 2012 13:06
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
İlahi! əgər ata-anamı məndən öncə əfv etmisənsə, mənə onların şəfaətini nəsib et, əgər məni onlardan öncə bağışlamısansa, məni onların şəfaətçisi qərar ver ki, mehribançılığın əhatəsində kəramət yurdunda,məğfirət və rəhmət məskənində bir yerə toplaşaq, çünki sən lütfkarsan, rəhm edənlərin rəhm edənisən!

✰GoLd GirL✰

  • 28 avqust 2012 12:54
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun........

Prank girl

  • 28 avqust 2012 12:48
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Priya

  • 28 avqust 2012 12:26
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
İlahi! hər ikisinə məni tərbiyə etdikləri üçün gözəl mükafat ver, məni əziz tutduqları üçün onlara yaxşı əcr nəsib et, uşaqlıqda mənə qarşı etdikləri məqsədlərini onların haqqında yerinə yetir.
Amin ! Sağ ol, Dinarcım.

--------------------




Gözlüklü

  • 28 avqust 2012 11:31
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

...BARSA FANATI....

  • 28 avqust 2012 10:13
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH razi olsun.....

I am Happy

  • 28 avqust 2012 10:00
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN XEBERE GORE.................... smile

--------------------

quzum menim

  • 28 avqust 2012 09:48
  • Məqalə: 26
  • Şərh: 650
  • Bal:
{awards}
İlahi! hər ikisinə məni tərbiyə etdikləri üçün gözəl mükafat ver, məni əziz tutduqları üçün onlara yaxşı əcr nəsib et, uşaqlıqda mənə qarşı etdikləri məqsədlərini onların haqqında yerinə yetir.

ALLAH her bir ana-ataya onlar ucun dua eden ovlad nesib etsin AMIN

--------------------
İnsanlar pisliyi arzuları güclü olduğu üçün deyil,vicdanları zəif olduğu üçün edərlər...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 23

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}