Yetər ki sən üzülmə

 
Yetər ki sən üzülmə


Səni nə çox sevdim.
Nə çox gözyaşı tökdüm sənin üçün. Gecələri sən yatağında mələklərin qanadlarıyla uçarkən mən pəncərəmin önündə sənin röyana girmək üçün dua edərdim. Bir baxışını, gülüşünü görmək üçün dünyanın bütün çiçəklərini önünə sərərdim. Şerlər, musiqilər, sevgilər içində qovuşan bir atəş yanğısında sənin üçün kül olaraq seçildim. Adına yalnızlıq dedim. Sən mənim necə biri olduğumu bilmədin. Məni tanımadın məni sevmədin.
Bu bir ölümdü bu bir fərmandır. Yaşamaq mümkün deyil. Yalnızlıq öz qaranlıq qapıları ilə üstümə bağlandı. Sevgimin yanğısı döndü dolaşdı sənin qapıların mənə hər an qapalı qaldı. Öz səsim mənim imdadıma yetdi. Anladım ki məni heç bir zaman duymayacaqsan.
Səni məcbur edə bilmərəm. Sənə bunu qıymaram. Bir tək diləyim var səndən. Son bir tək istəyim oda sevincli olmandır.

Yetər ki sən üzülmə

Sevincli ol sevdiyim, bircəciyim, eşqim. Haraya, kimə gedərsənsə get, yetər ki, sən xoşbəxt ol. Özünə yaxşı bax. Çünki bundan sonra mən yanında olmayacağam. Sevdim bir zamanlar səni, hələ də sevirəm və məndən sonra da sevincli olmağını istəyirəm. Əgər bir gün dönərəmsə səni xoşbəxt görmək istəyirəm. Yaşanılan paylaşılan gözəl şeylər xətrinə sənə ürəkdən sevinclər diləyirəm və mən bir daha səni sevməmək üçün mənə səni sevmirəm deməyini gözləyirəm. Kaş ki, bu cür yaşanmasaydı hər şey.
Kaş ki, döndürə bilsəydik zamanı geriyə.
Getməsən olmazmı?
Bitməsək olmazmı?


Yetər ki sən üzülmə

Səndən qalan boşluğu kim ilə dolduraram bilmirəm. Sən həyatıma rəng qatan, sən həyatım olan yaşamaq səbəbimsən. Sənin istədiyin kimi olsun get. Get amma nə olursa olsun gözüyaşlı gözlərin ilə arxana baxma. O zaman dayana bilməyib səni buraxa bilmərəm. Küçələr, parklar səni xatırlatmasın deyə gün olur səni unuda bilmək üçün bu şəhərdən çox uzaqlara getmək istəyirəm. Gündə olur anlayıram səndən və bu şəhərdən qaçmağın faydasızlığını. Çünki bilirəm haraya getsəm mənimlə gələcəksən, yada getdiyim hər yerdə səndən xatirələr olacaq.
Sən unutdun fəqət unudulmadın.

Mən isə unudulduğumu bilirəm. Unuda bilmirəm. İnan unuda bildiyim gün səni yenidən və daha çox sevməyə başlayacam. Sən heç özünü mənim tək gərəksiz, bu cür dəyərsiz hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuq. Aynaya baxıram aynada gördüyüm mən deyiləm. Yoxluğunun əvəz olunmaz dərəcədə çox ağır sevgilim. Dünənə qədər ən yüksəyini yaşatdın mənə sevincin. Günəş qədər istidir sənə olan sevgim.
Dünənə qədər eşqi içdiyim, dodaqlarında ürəyimi əritdiyim, uğrunda yaşamağı gözə aldığım sən haradasan?

Sən seçdin bu yolu. Mənə isə sadəcə bu yolda ölmək qalır.
Yetər ki, sən üzülmə Sevgilim.


Geri dön

RoMaNTiK SerSeRi

  • 15 fevral 2012 16:35
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

CandyGirl

  • 4 iyul 2011 23:28
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

Lexikon

  • 8 mart 2011 02:37
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
yazi ucun minetdaram

L_SimuS

  • 5 yanvar 2011 00:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

Asiyan

  • 27 dekabr 2010 00:31
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
movzu gozledir tesekkurler

_SliPkNoTkA_

  • 18 aprel 2010 10:54
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
thanks

--------------------

aydanka09

  • 17 aprel 2010 23:16
  • Məqalə: 0
  • Şərh: 342
  • Bal:
{awards}
tesekkur

LOVE IS DEAD

  • 17 aprel 2010 22:54
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
YERI VAR TWK chapping

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

☪SkAzKa KaVkAzA☪

  • 17 aprel 2010 21:13
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
teshekkurler super gornushude ozude

VESNA

  • 17 aprel 2010 20:32
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
TWK SUPERDIR ANGELOCKA EH EH........... DEYE DEYE DEYESEN OZUMDE BU VEZIIYYETE DUSHECEM NE ISE ALLAH HANIYA KOMEK OLSUN AMIN DEMEYEN DILLER QURUSUN AMIN!

Ulya

  • 17 aprel 2010 11:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox maraqli yazidi.ellerine sagliq.

Miss_LeGenDa

  • 17 aprel 2010 01:31
  • Məqalə: 12
  • Şərh: 747
  • Bal:
{awards}
Sitat: Allahi unutma
xeberin metni de fotolari da eladir.

Heqiqeten de eledir...

Teshekkur...

--------------------

Allah tekdir

  • 16 aprel 2010 22:56
  • Məqalə: 5
  • Şərh: 221
  • Bal:
{awards}
xeberin metni de fotolari da eladir. teshekkur eziz dostichkam.

Mr_Unlimited

  • 16 aprel 2010 22:49
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
Anladım ki məni heç bir zaman duymayacaqsan.
Səni məcbur edə bilmərəm. Sənə bunu qıymaram. Bir tək diləyim var səndən. Son bir tək istəyim oda sevincli olmandır.


Tewekkurler super sozlerdi

Sən seçdin bu yolu. Mənə isə sadəcə bu yolda ölmək qalır.
Yetər ki, sən üzülmə Sevgilim.

Sen uzulende Ureyim Yanir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}