Kompyuterləri virusdan necə qorumalı?

 
Kompyuterləri virusdan necə qorumalı?


Antivirusla gələn virus təhlükəsi

Viruslar, casus proqramlar, soxulcanlar və troyanlar (troya atları), kompüterlərdə özbaşına ortaya çıxmır. Ya internetdən endirdiyimiz fayllar, ya da dostumuzun CD-indən qurduğumuz proqramlarla kompüterlərimiz virusa yoluxur.
Hər il milyonlarla kompüter virusa yoluxur, buna görə hər ay böyük bir qorxu yaşanmalı olur. Şirkətdəki bir kompüterdə olan virus, o şirkətdəki bütün kompüterlərə yoluxa bilir. Virusların üzündən bir çox şirkət böyük maliyyə itkiləri yaşayır. Kompüterlərin ölçü və xüsusiyyətini dəyişərək gündəlik həyatın ən dərin nöqtələrinə qədər yayılması və internet istifadəsindəki artımla birlikdə viruslar da çox sürətli bir şəkildə yayılaraq, hamımızın qorxulu yuxusu olmağa davam edir.

YALANLARA ALDANMAYIN

Kompüterlərə düşən virusların çoxu, şüursuz istifadəçilərin axtarış mühərriklərində qarşılarına çıxan pulsuz antivirüs proqramlarını heç araşdırmadan yükləmələrindən qaynaqlanır. Çünki kompüterlərimizi qorumaq üçün yüklədiyimiz bu antivirüs proqramlarının çoxu əslində virusun özüdür. Bu saxta antivirüs proqramları kompüterimizdə bir çox virusun tapıldığı və bunları təmizləmənin tək yolunun da istifadə etməkdə olduğumuz antivirüsün ödənişli variantını endirməkdə olduğuna dair xəbərdarlıq mesajları verir.

Kompüterində virus olduğu yalanına inanan bir çox istifadəçi də saxta antivirüs proqramını satın almaq məcburiyyətində qalır. "PandaLabsa" görə 30 milyondan çox istifadəçi, saxta antivirüs qurbanı olub. Və internet mühitində bu anda 7 mindən çox saxta antivirüs proqramı var.

BU DA SAXTA ANTİVİRUS PROQRAMLARI

PersonalAntiSpy, VirusGuardPlus, VirtualPCGuard, AntiMalware 2009
AntivirusProtection, Security Scanner 2008, VirusResponse Lab 2009
Antivirus Lab 2009, Antivirus Security, Micro Antivirus 2009
AntiSpyware Pro XP və XP Protector 2009

VİRUSA YOLUXMANI NECƏ BİLMƏK OLAR?

Bilmədiyiniz bir faylı istəyərək, ya da səhvən açdınız; bu faylın viruslu olub-olmadığını anlamaq üçün aşağıdakılara diqqət yetirin:
Kompüteriniz gözlənilməz bir şəkildə bağlanırsa;
Kompüteriniz açılarkən çox yavaş açılır, açılma müddətində qəribə mesajlar göstərirsə;
Əməliyyat sisteminiz normaldan yavaş reaksiya verir, ya çox gec açılır, ya da çox gec bağlanırsa;
Sisteminizin yaddaşı davamlı qeyri-kafi gəlirsə;
Yeni proqramların yüklənməsi normaldan uzun sürürsə;
Siz kimsəyə e-poçt göndərmədiyiniz halda kompüteriniz ünvan dəftərinizdəki kəslərə e-poçt göndərirsə;
Kompüterinizdə qəribə adlı fayllar meydana gəlir və ya fayl ölçüləri davamlı böyüyürsə, kompüter sisteminizə virusun yoluxması ehtimalı yüksəkdir.

VİRUSDAN NECƏ QORUNMALI

Kompüterinizə mütləq lisenziyalı antivirus proqramı yükləyin;
Hər hansı bir diski, yaddaş kartını və s. açmamışdan öncə antivirusla yoxlayın və virus olmadığına əmin olduqdan sonra istədiyiniz əməliyyatı yerinə yetirin;
İnternetdən yüklədiyiniz hər bir faylı mütləq antivirusdan keçirin.

Amma unutmayın ki, viruslar hər zaman antivirus proqramlarından bir addım öndə olurlar.


Geri dön

nilayka

  • 19 fevral 2011 01:39
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
winked

--------------------

Yusif

  • 26 noyabr 2010 23:46
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
He oxudum Menideki Anti virus yaxsidi Yene

Ulya

  • 26 noyabr 2010 00:07
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol melumata gore.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}