“Ronaldo mənə o qədər də xoş gəlmir”

 
“Ronaldo mənə o qədər də xoş gəlmir”

Azərbaycanın populyar müğənnisi İlhamə Qasımova Sportal.az saytına müsahibə verib.
- Bir çox sənətçilər formada qalmaq üçün idmana üstünlük verirlər. Bəs İlhamə xanımın idmana marağı necədir?
- Pis deyil. Ən çox futbolla maraqlanıram. Vacib olan turnirlərə də baxıram. Amma düzünü deyim ki, çox da vaxtım olmur ki, hər yarışı izləyim. Avropa və Çempionlar Liqası oyunlarını səbirsizliklə gözləyirəm və qarşılaşmaları seyr etmək imkanım olur. Stadionlara getməsəm belə, televiziyadan izləmək şansım olur.

- Əgər futbolla belə maraqlanırsınızsa, onda Azərbaycan və xarici ölkələrin futbol klublarından azarkeşlik etdiyiniz komandalar var. Bilmək olar hansılardır?
- Azərbaycanda "Xəzər Lənkəran" klubuna azarkeşlik edirəm, bəzi oyunlarına baxmışam. Xarici ölkə deyəndə isə, mən İspaniya futbolunu daha çox xoşlayıram. Çünki burada yaxşı hücumlar qurulur və yaxşı futbolçular yer alıb. Ən çox bəyəndiyim komandalar isə "Barselona" və "Real" klublarıdır.

- Bəs oyununu sevə -sevə izlədiyiniz futbolçular varmı?
- Azərbaycanda "Xəzər Lənkəran"ın qolkiperi Kamran Ağayevin oyununu çox bəyənirəm, o çox yaxşı formadadır. Mən bildiyim qədər o, həm Azərbaycan millisinin də qapıçısıdır. İspaniya millisində isə Xabi Alonso, Torresin oyunlarını bəyənirəm.

- Əksər tanınmışlar Kriştianu Ronaldoya üstünlük verir. Bəs siz niyə bu futbolçunun adını çəkmədiniz?
- O futbolçu mənə o qədər də xoş gəlmir. Mənə əslində daha çox ikinci mövqedə qərarlaşan futbolçular maraqlı gəlir. Onlar oyunun taleyini öz üzərinə götürməyi bacarırlar. Ronaldo adətən hazır topların qənimidir.

- Sentyabrda Azərbaycanda U-17 qadınlararası dünya çempionatının başlayacağından xəbəriniz varmı?
- Xəbərim var və hətta açılış mərasimi möhtəşəm olacaq. Cenifer Lopez kimi məşhur da oraya qatılacaq.

- Sizcə, çempionat Azərbaycan futbolunda nə ilə yadda qalacaq?
- Əslində futbolumuz inkişaf edir. Mənim fikrimcə, bu çempionat daha çox tanıtım xarakteri daşıyacaq. Bakıya gələnlər həm ölkəmizin inkişafından xəbər tutacaqlar, həm də futbolumuzun sürətlə artımından məlumatlı olacaqlar.

- Sizin ifa etdiyiniz mahnılarda nəyə görə idman sahəsi təmsil olunmayıb?
- Açığını desəm, bunu təklif etməlidilər. Axı mən bunu necə edə bilərəm? Bunu həyata keçirmək üçün maliyyə lazımdır, təşkilatçı lazımdır. Mən öz mahnılarımı hazırlayıb ərsəyə gətirirəm. Əgər kimsə təklif etsə, məmnuniyyətlə oxuyaram.

- Aygün Kazımova U-17 qadınlararası dünya çempionatı ilə bağlı yeni klip çəkdirib və bu klip tez bir zamanda məşhur oldu. Sizə bu təklif gəlsəydi, qəbul edərdiniz?
- Əlbəttə edərdim. Bu kimi işləri təşkilatçılar irəli sürməlidir. Çünki bunun klipi çəkilməli, yaxşı hazırlıq olmalıdır. Mən gedib kiməsə deyəsi deyiləm ki... Şakira da dünya çempionatı ilə bağlı mahnı oxuyub. Ona bu təklif olunub. Klipi çəkmək üçün nə qədər pul xərclənib, bunun reklamı və yayımı üçün pullar qoyulub. Ona görə, bu işdə mütləq təşkilatçı olmalıdır.

- Azərbaycan şou-biznesində bəzi müğənnilər futbolçularla klip çəkdiriblər. Məsələn, Sevda Yəhyayeva millinin və "Xəzər Lənkəran"ın üzvü Ruslan Abışovla klip çəkdirib. Sizdə, belə bir ideya varmı?
- (gülür). Bilirəm, bəzi kliplər də görmüşəm. Əgər nə vaxtsa futbolla bağlı klip çəksəm, əlbəttə, edərəm. Pərəstiş etdiyim yaxşı futbolçular var.



Geri dön

NeZNaKoMKa.

  • 7 sentyabr 2012 15:00
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
ay Ronaldo olur axi sencun :/ nese :| tewekkur meqale ucun

--------------------

Nuray2012

  • 7 sentyabr 2012 00:21
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

✰Dгeaм✰

  • 5 sentyabr 2012 15:55
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Bu da ele danisir ki,guya Ronaldo bundan otru olur de...

Miss GlamouR_

  • 31 avqust 2012 23:18
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Guya Ronaldonun sennen cox xosu gelir her kesin bir zovqu var amma neyse xebere gore tesekkurler..

--------------------
Ən böyük zəngillik ağil,ən böyük yoxsulluq axmaqlıq.

_Kyonul_

  • 31 avqust 2012 15:56
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
zovqler muxtelifdir.hec kimse her kes terefinden sevile bilmez.twk xebere gore

--------------------

solnuska

  • 30 avqust 2012 18:21
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrrrr

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Dalga

  • 29 avqust 2012 19:47
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Tewekkurler ,melumat ucun

--------------------

GuNaY_83

  • 29 avqust 2012 17:30
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ola biler hec mende

--------------------

Dj Nara

  • 29 avqust 2012 16:48
  • Məqalə: 0
  • Şərh: 1215
  • Bal:
{awards}
paaaaaaaaaaaaaa olmuwdu hele Roonaldo sencun

Mrs_H.O.S.T-ed

  • 29 avqust 2012 16:44
  • Məqalə: 3
  • Şərh: 26
  • Bal:
{awards}
pha ronaldo sennen sari olurdu ele xaxaxa...

--------------------
H.O.S.T
QaraQan_ AID_ProMete

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 29 avqust 2012 15:37
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Bunlarin ikisinde hec sevmirem.

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

LoVe_LiFe

  • 29 avqust 2012 14:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli xeberdi.. ronaldi olurdu senincun wink

✰GoLd GirL✰

  • 29 avqust 2012 13:45
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Tesekkurler...

come back

  • 29 avqust 2012 13:37
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkuyrler maraqli xeberdir herenin oz fikri var Ronaldo bele baxanda futbolcu kimi deye bilmerem amma yarawiq cehetden xowuma gelir.

CaNDY__

  • 29 avqust 2012 13:34
  • Məqalə: 0
  • Şərh: 686
  • Bal:
{awards}
hhmm herenin oz fikri var ... menimse eksine ronada daha diqqetimi celb edir futbolcu kimi...ama umumiliyde gotursey maraqli cavablar verib ilhame twkrler

--------------------
Everythink is OK)) yeapp

...BARSA FANATI....

  • 29 avqust 2012 13:31
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol.....

R.M Fanatı...

  • 29 avqust 2012 12:45
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
Sitat: Nigar Hebibova
Pxaxa Ronaldo olurdu ele senincun tewekkurler xebere gore

--------------------

✰Dгeaм✰

  • 29 avqust 2012 11:20
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hec xosum gelmir bundan...Yene de sag ol...

Prank girl

  • 29 avqust 2012 11:08
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
hec mene de maraqli gelmir fellow

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Shawn michaels

  • 29 avqust 2012 09:58
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
hec menede xow gelmir zehlemmmmmm gedir onnan onu mene verseler butun hirslerimi ondan cixardimee yalannan ozun gosterir zehlem getmiw

--------------------

RoMaNTiK SerSeRi

  • 29 avqust 2012 08:29
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
Buyurunn....... smile

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}