Ərdoğan Bakıya Qarabağla bağlı təkliflə gəlir

 
Ərdoğan Bakıya Qarabağla bağlı təkliflə gəlir

Ərdoğan Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqları İstanbulda davam etdirməsi təklifini irəli sürəcək.

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan sentyabrın ortalarında Bakıya səfəri zamanı rəsmi şəkildə Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqları İstambulda davam etdirməsi təklifini irəli sürəcək.Bu barədə "Regnum" İA-ya Türkiyədəki diplomatik qaynaqlardan bəlli olub.

Diplomatik mənbənin bildirdiyinə görə, Türkiyə tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü onlar üçün münasib vaxtda təşkil etməyə hazırdır.

"Türkiyə ATƏT-in üzvü olan ölkələrdən biri kimi Azərbaycan və Ermənistan prezidentlərinin İstambulda görüşünü təşkil etmək təklifi ilə yaxın vaxtlarda Minsk qrupuna müraciət etmək niyyətindədir. Biz öz tərəfimizdən tərəflərin mövqeyinin yaxınlaşması üçün səyləri artırmağa hazırıq", - deyə mənbə bildirib

Qeyd edək ki, bundan öncə Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu da Azərbaycan və Ermənistan prezidentlərinin İstambulda görüməsini istədiklərini bildirib. Türkiyənin regional konfliktlərin həlli siyasəti yürütdüyünü və bu sahədə regionda liderliyi ələ aldığını vurğulayan Əhməd Davudoğlu deyib: "Biz Suriya ilə bağlı danışıqların Türkiyədə keçirilməsini istəyirik. Eyni zamanda Azərbaycan və Ermənistan arasında danışıqların İstambulda davam etdirilməsi də bizim istəyimizdir".


Geri dön

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 72

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}