Apofis adlı asteroid Yer kürəsinə tərəf yaxınlaşır
Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu barədə beynəlxalq aerokosmik konqressdə çıxışı zamanı Rusiya Elmlər Akademiyasının əməkdaşı bildirib.
Onun sözlərinə görə, həmin asteroid 2036-cı ildə Yerlə toqquşa bilər. Lakin rusiyalı alimlərin hesablamalarına görə, Günəş şüalarının təsiri bu ehtimalı bir qədər azaldır. Buna elmi dildə "Yarkovski effekti" deyirlər. Bu effekt Apofisin hərəkətini dəyişə bilər.
Bəzən fəzada öz oxu ətrafında hərəkət edən cisimlər Günəş şüalarının təsiri altında öz hərəkət istiqamətlərini dəyişir. "Yarkovski effekti" də məhz bundan ibarətdir.
Alimlərin hesablamalarına görə, Apofis asteroidi 2029-cu ildə Yer planetinə 38 min km yaxınlıqda olacaq.
Rusiyalı alim hesab edir ki, bu asteroidin orbiti dəqiq məlum deyil. Bu da asteroidin Yerə yaxınlaşdıqdan sonrakı hərəkətini hesablamaqda çətinlik törədir.
Qeyd edək ki, Apofis asteroidinin diametri 200 metrdir. Onun Yerə düşməsi minlərlə kvadrat kilometr ərazidə dağıntılara səbəb olacaq.