"Ölmək istəyirəm.." deyənlərdənsiniz?

 
"Ölmək istəyirəm.." deyənlərdənsiniz?

"Ölüm.." "Ölmək istiyirəm.." Son zamanlar demək olar ki, ən çox istifadə edilən ifadələrdəndir. Bəziləri ölümü çox bəsit bir məvhum kimi qavramağa çalışır. Bu dünyadan "can qurtarmaq" üçün ideal bir vasitə sayırlar. Bu həqiqətənmi belədir? İnsanlar arasında bu cür fikrin formalaşmasına səbəb nədir? Ölümü arzulamalarına səbəb nədir? Cəmiyyət arasında bu fikir necə qəbul olunur və ən əsası bu düşüncənin sahiblərinə cəmiyyətdə olan münasibət necədir? Ümumiyyətlə ölüm nədir?

Ölüm canlı orqanizmin həyat fəaliyyətini dayandırmasıdır. İlk baxışdan sadə səslənsə də o qədər də bəsit bir hadisə deyil.

Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin ifadəsidir. Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Həqiqətən də düzgün ifadədir. Bir baxın insan nəyə görə ölmək istəyə bilər? Məsələn mübarizədən bezdiyinə görə, işləri qaydasında getmədiyinə görə yaşamda məna tapmadıqlarına görə və ya hansısa yaxınını itirdiyinə görə. Həqiqətənmi bunlar ölüm arzulamaq üçün səbəbdir? Əlbəttə ki, yox. İnsan nəyə görə mübarizədən bezməlidi?! Bu dünyaya mübarizə aparmaq üçün gəlməmişik? Sizcə mübarizə aparmayan insan varmı? İşlər nəyə görə yolunda getməməlidi?! Ölüm arzulamaq əvəzinə işlərin yolunda getməsinə çalışıb, cəhd göstərsək, qarşımıza məqsəd qoyub bu məqsəd uğrunda nə lazımdısa etsək daha yaxşı olmazmı? Yaşamda məna axtardın ki tapmadın? Necə olur ki, 7 milyard insan tapır, "sən" yox? Bu həqiqətən də gülməlidir.

Bəzi psixoloqlar hesab edirlər ki, ölüm arzulayan insalanların əksəriyyətinin məqsədi ətrafdakı insanların diqqətlərini öz üzərlərinə toplamaqdır. Yəni, aciz şəkildə diqqət çəkmək. Kimdənsə üstün olaraq deyil də zəif olaraq-mübarizə apara bilməyəcək gücdə olduğu göstərərək diqqət cəlb etmə. Bu diqqət nə qədər sürə bilər? 5 ya 10 dəqiqə. Bəs sonra? Sonra unudulacaq. Lakin kimdənsə üstünsənsə heç vaxt bu unudulmayacaq.
Ölüm bizə nə qazandırır və nəyi əlimizdən alır? Bir sözlə ölüm bizə heç nə qazandırmır. Amma əlimizdən aldıqları.. Həqiqətən də çox şeyi əlimizdən alır. Ən əsası varlığımızı əlimizdən alır, həyatda yaşadığımız bu xoş anları əlimizdən alır, yaxınlarımızın, sevdiklərimizin sevincini əlindən alır. Bəli yaxınlarımızın, bəli sevdiklərimizin. Ölüm bioloji cəhətdən yalnız bizə aid olsa da mənəvi cəhətdən, psixoloji cəhətdən yalnız bizimlə məhdudlaşmır. Yaxınlarımıza da çox böyük təsir edir.

Freyd qeyri şüuri hissə haqqında danışarkən ölümə qarşı olan instinktlərə toxunmuşdur. O, deyirdi ki, burada həyat instinkti-Eros və ölüm instinkti-Tanotos çox böyük üstünlük təşkil edir. Freyd qeyri-iradi şüurun gücünü mütləqləşdirmirdi. O, belə hesab edirdi ki, insan öz instinkt və ehtiraslarına yiyələnir və onları real həyatda şüurlu şəkildə idarə etmək qabilliyyətinə malikdir.


Dünyada 40 məşhurun ölümqabağı sözlərinə nəzər salaq:

1)"Bağışlayın bilərəkdən eləmədim"(edam üçün gilyotina doğru addımlayarkən səhvən cəlladın ayağını basan Kraliça Mariya Antohetta)

2)"Yuxuya gedə bilmirəm.."(İ.M.Barri)

3)"Gərək "scotch"dan "martini"yə keçməyəydim".(Hamfri Boqart)

4)"Lənət olsun... Bircə Tanrıdan mənə yardım etməsini istəməyə çalışma".(Coanna Krouford onun üçün ucadan dua etməyə başlayan eşikağasına deyib.)

5)"Xeyr,qəti şəkildə demərəm..."(Con F.Kennedi,qubernatorun xanımı nın "Möhtərəm prezident,Dallasdakı insanların sizi sizi isti bir şəkildə qarşılayacaqlarını deyə bilməzsiniz sözünə cavab olaraq.)

6)"Ölmək üzərəyəm və ya ölməkdəyəm bu ifadənin ikisi də doğrudur."(məşhur Fransız dilçisi Dominik Buhurs).

7)"Yaşayıram!"(Roma imperatoru kaliqula öz əsgərləri tərəfindən öldürüldüyü zaman)

8)"Ağlım qarışdı, seytan, get burdan" (Elister Kranli, məşhur okkulist(gizli güclərə inanan şəxs))

9)"Mən niyə belə etdim ki?"(General Uilyam Erskin, 1813-də Portuqaliyanın Lissabon şəhərində özünü pəncərədən atdıqdan sonra deyib.

10)"Ehey,dostlar! Sabahkı qəzetlərin manşeti üçün bu başlığa necə baxırsınız;"Qızardılmış Fransız"? (Elektrik stolunda edama məhkum edilən Ceyms Frenç adlı bir qatil deyib.O, bu sözləri edamına şahidlik edən mətbuat nümayəndələrinə müraciətlə söyləyib.

11)"Allahın cəzsı Bognor"(Həkimi tərəfindən Bognor Regisdə-dəniz sahilindəki sarayında dincəlməsi məsləhət görülən Kral V Georq)

12)"Dayandı..." (Cozef Henri Qrin,öz nəbzini ölçərkən)

13)"LSD, 100 mikroqram İ.M"(Aldus Haksli tərəfindən xanımına deyilib.O,ölməzdən qabaq 2 dəfə Lsd iynəsi vurulasını istəyib)

14)"Sən qalib gəldin,ey Xristian!" (Roma imperatoru tərəfindən razılıq verilən rəsmi Xristianlıq anlayışını tərsinə çevirməyə cəhd göstərən imperator Yulian tərəfindən deyilib.)

15)"Özümü pis hiss edirəm, doktor çağırın"(Mao Tszedun, Çin Xalq Respublikasının qurucu lideri)

16)"Sabahdan etibarən artıq burada olmayacağam" (Nostradamus)

17)"Tez tərpən, sərsəm hərif! Sən belə qurdalanana qədər mən 10 adam öldürərdim!"(serialı qatil Karl Panzram,asılaraq edam edilməzdən öncə)

18)"Söndür bu lənətə gəlmiş siqareti!"("Saki"nin(H.H.Munro) I dünya müharibəsində yanında siqaret çəkən səngər yoldaşına tüstü səbəbindən yerlərinin bilinəcəyi narahatlığı ilə etdiyi xəbərdarlıq.Bunadan dərhal sonra sanki səsini eşidən bir alman əsgəri tərəfindən vurulur)

19)"Lütfən diqqətli olun yıxılmayım"(Prezident Linkolna qarşı sui-qəsd hazırlayanlar arasında olduğu iddiasıyala asılan Meri Surratt son sözünü dar ağacına gedərkən deyib.)

20)"Cənab Keşiş, məncə bu an düşmən qazanmaq üçün uğurlu vaxt deyil"(Can üstündə olan Volter , şeytanı lənətləmək istəyən keşişə deyib)

21)"Gedin burdan,son sözlər yetərincə doğru söz söyləməmiş axmaqlar üçündür"(Karl Marks)

22)"Məni kəsib ,içimi açmaqlarını təmin edəcəyinə and iç.Ancaq bu cür mən diri-diri gömülməkdən qurtularam"(Diri gömülməkdən qorxan məşhur bəstəkar Şopen

23)"Hər şeydən elə sıxıldım ki"(Ser Uinston Çörçill)


24)"Tfu,kaş ki bunu təkrar etsəydiniz"(asılmaqdan qabaq bir içki içmək istəyən qatil Nevil Corc Hit)

25)"Bu da mənim üçün yeni bir təcrübə olacaq"(Bernard Şou)

26)"Bu cəhənnəmin alçaq məxluqlara çox düşkünəm və onların həsrətini çəkirəm.(Riçard Vanqneri)

27)"Məzarıma nə rəsm, nə də heykəl, nə də foto-heç bir şey qoymayın"(Fransız rəssam Exgeni Dölakrua)

28)"Bir nərdivan ,tez bir nərdivan gətirin"(Məşhur şair Nikolay Qoqal)

29)"Bir az da işıq" (Höte)

30)"Haşa mən ölümdən qorxmuram.Çünki mən müsəlmanam.Hər müsəlmana yaraşan da ölümü təbəssümlə qarşılamaqdır.Həqiqətən ölüm əbədiyyət aləminə açılan ilk pərdədir"(Pakistanlı şair Məhəmməd İqbal)

31)"Bax,bu yaxşı oldu..."(Filosof Kant)

32)"Hər şey bitti, artıq çox gecdi" (İngilis şair Lord Bayron)

33)"Bir az dincələk"(Türk şairi Namiq Kamal)

34)"Ya divar kağızı gedir,ya da mən"(Oskar Uayld)

35)"Bax,bu pis oldu..."(Peyami Safa)

36)"Qara bir işıq görürəm"(Viktor Hüqo)

37)"Komediya bitti..."(Lüdvinq van Bethoven)

38)"Niyə də olmasın,nə də olmasa öz malıdır"(Ç.Çaplin "Tanrı ruhunu bağışlasın"deyən keşişə cavab olaraq)

39)"Mən vəzifəmi burada bitirirəm..."(A.Eynşteyn)

40)"Ölümün dadı dilimin ucundadı. Bu dünyadan olmayan bir şey hiss edirəm"(Volfhanq Amadey Motsart)

Bəzi insanlar ölüm arzuladıqları kimi bəziləri də ölümdən qorxurlar. Ölüm həqiqətənmi qorxuludur? Sokratın ölüm haqqında səsləndirdiyi fikri xatırlayın. O etiraf edirdi ki fəlsəfənin təyinatını hər şeydən əvvəl insanın özünü ölümə hazırlamasında görür. Bəli insan özün ölümə hazırlıya bilər. Burda qorxulu heç nə yoxdur.Hər bir insan ölürsə deməli bu qanundur.

Belə bir sual çıxır ortaya. Necə ola bilər ki, ölüm həm qorxuncdu, həm də ölümdə qorxulu heç nə yoxdu? Bəli hər 2 fikir doğrudu. Məkandan və zamandan asılı olaraq ölüm həm qorxuludu, həm də qorxulu deyil. Zamanı biz təyin etmirik. Məkan-yəni tutduğumuz mövqe isə öz əlimizdədi. Ona görə elə eyməliyik ki, ölümə qədər fəth etdiyimiz zirvələr sayca çox olsun və ölümümüzdən sonra da yaddaşlarda yaşayaq.

Zülfüqar Nuriyev


Geri dön

GULCIN_ROSE

  • 9 sentyabr 2012 21:47
  • Məqalə: 2
  • Şərh: 1006
  • Bal:
OLMEK BU DUNYADAN YOX INSANLARDAN CANINI QURTAQMAQDI....MENSE BUNU ISTEYIREM

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

YaSaMaLkA_FaTyA

  • 1 sentyabr 2012 23:32
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
olmek nedir menimailem xowbextliyim mene besdi winked

_Susqun_

  • 1 sentyabr 2012 22:10
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
Yox esla deyilem cunki heyatimdan cox raziyam.. Ailem meni yawadir

--------------------

love emo

  • 1 sentyabr 2012 20:04
  • Məqalə: 30
  • Şərh: 2475
  • Bal:
{awards}
hem olmek isteyenlerdenem,, hemdeki istemeyenlerdenem....

bax bele....

meqale ucun tewekkurler..

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

GoDDeSSS

  • 1 sentyabr 2012 17:26
  • Məqalə: 0
  • Şərh: 2240
  • Bal:
{awards}
yox olmek isteyirem deyenlerden deyilem ...meqleye gore twk maraqli idi

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

Music Star

  • 1 sentyabr 2012 13:08
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
..MARAQLI XEBERE GORE TEWEKKUR EDIREM..

--------------------

guncicek

  • 1 sentyabr 2012 03:27
  • Məqalə: 15
  • Şərh: 1693
  • Bal:
{awards}
maraqli xeberdir...

--------------------

come back

  • 1 sentyabr 2012 00:56
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkurler beyendim maraqlidir.

Dj Nara

  • 1 sentyabr 2012 00:48
  • Məqalə: 0
  • Şərh: 1198
  • Bal:
{awards}

Bəzi insanlar ölüm arzuladıqları kimi bəziləri də ölümdən qorxurlar. Ölüm həqiqətənmi qorxuludur? Sokratın ölüm haqqında səsləndirdiyi fikri xatırlayın. O etiraf edirdi ki fəlsəfənin təyinatını hər şeydən əvvəl insanın özünü ölümə hazırlamasında görür. Bəli insan özün ölümə hazırlıya bilər. Burda qorxulu heç nə yoxdur.Hər bir insan ölürsə deməli bu qanundur.

_Kyonul_

  • 31 avqust 2012 21:46
  • Məqalə: 135
  • Şərh: 2970
  • Bal:
{awards}
heyatda ele haqsizliqlar,ele amansizliqlar goruruk ki bezen,bax onda olmek isteyirik.yawamin anlami qalmir.bezen men de olmek isteyirem,Allaha aciq getmesin.ama duwunende ki seni seven insanlar var heyatinda, deyirsen yox yawamaga deyer.
cox gozel movzuya toxunmusunuz.ellerinize sagliq.

--------------------

GULCIN_ROSE

  • 31 avqust 2012 21:22
  • Məqalə: 2
  • Şərh: 1006
  • Bal:
{awards}
KIMKI HEYATDA XOSBESTDISE BELE DEYIR..LAKIN BU ZALIM BEDDELERDEN CIXIS YOLU SADECE VE SADECE OLUUUUMDU

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

son damla

  • 31 avqust 2012 19:48
  • Məqalə: 29
  • Şərh: 495
  • Bal:
{awards}
"Ölmək istəyirəm.." deyənlərdənsiniz?
DEFELERCE DESELER YENE RAZIYAM OLMEYE

--------------------
"Hamımız itirdiyimiz ya da yetişə bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma, zaman danışacaq olsa, hamımız utanarıq".

ツMrs.Crazy ツ

  • 31 avqust 2012 17:12
  • Məqalə: 120
  • Şərh: 3558
  • Bal:
{awards}
tewekkurler

NeZNaKoMKa.

  • 31 avqust 2012 17:10
  • Məqalə: 385
  • Şərh: 2051
  • Bal:
{awards}
men ele demirem...! Günahları buraxmadan..! Nəfsimdən xilas olmadan..! Sənə layiq qul olmadan, alma canımı Ya RƏBBİM ...! deyirem hemishe... teshekkurler xebere gore...

--------------------

Avril_lavigne

  • 31 avqust 2012 17:00
  • Məqalə: 58
  • Şərh: 2540
  • Bal:
{awards}
yoooooooooooox onlardan deyilem

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

secretgirl

  • 31 avqust 2012 16:55
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
17 ci adam kimdirsə bu dünyada zarafatla arası xoş olan biri olub deyəsən

nurlana77

  • 31 avqust 2012 16:31
  • Məqalə: 13
  • Şərh: 1756
  • Bal:
{awards}
TeSeKKuRleR

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

Re►PLay

  • 31 avqust 2012 16:09
  • Məqalə: 11
  • Şərh: 2884
  • Bal:
{awards}
sene can verilibse demeli yasamlisan cunki Allah bele meslehet gorub
Thanksss ...

solnuska

  • 31 avqust 2012 15:53
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
ALLAH BU CANI BIZE VERIBSE ALLAHDANDA BAWQA HEC KIM ALA BILMEZ

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

lie to the world

  • 31 avqust 2012 15:36
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
"Haşa mən ölümdən qorxmuram.Çünki mən müsəlmanam.Hər müsəlmana yaraşan da ölümü təbəssümlə qarşılamaqdır.Həqiqətən ölüm əbədiyyət aləminə açılan ilk pərdədir"(Pakistanlı şair Məhəmməd İqbal)

--------------------

✰GoLd GirL✰

  • 31 avqust 2012 15:27
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Cox sag olun........

Azeri_Gozeli

  • 31 avqust 2012 15:20
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
30)"Haşa mən ölümdən qorxmuram.Çünki mən müsəlmanam.Hər müsəlmana yaraşan da ölümü təbəssümlə qarşılamaqdır.Həqiqətən ölüm əbədiyyət aləminə açılan ilk pərdədir"(Pakistanlı şair Məhəmməd İqbal)

--------------------

N_SUPER

  • 31 avqust 2012 14:51
  • Məqalə: 3
  • Şərh: 199
  • Bal:
{awards}
37]komediya bitdi ...

LoVe_LiFe

  • 31 avqust 2012 14:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
)"Yaşayıram!"(Roma imperatoru kaliqula öz əsgərləri tərəfindən öldürüldüyü zaman)

SeL_cAn

  • 31 avqust 2012 14:35
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}


ƏLLƏRİNİZƏ SAĞLIQ



--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

R.M Fanatı...

  • 31 avqust 2012 14:29
  • Məqalə: 36
  • Şərh: 3208
  • Bal:
{awards}
MEQALEYE GORE TWKLER

--------------------

.♣.Chrysalis.♣.

  • 31 avqust 2012 14:24
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}

"Ölmək istəyirəm.." deyənlərdənsiniz?-he.
maraqli xeber idi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Dalga

  • 31 avqust 2012 14:12
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Men hec vaxt o sozu dememiwem ,Allah demeye ehtiyac etmesinde .Heyat davam edir

--------------------

Prank girl

  • 31 avqust 2012 14:04
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
9)"Mən niyə belə etdim ki?"(General Uilyam Erskin, 1813-də Portuqaliyanın Lissabon şəhərində özünü pəncərədən atdıqdan sonra deyib.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

FRIKA

  • 31 avqust 2012 14:02
  • Məqalə: 4
  • Şərh: 114
  • Bal:
{awards}
twk maraglidi

--------------------
Arxαмcα Ðαnışαnℓarın xəyαℓℓαrınÐa iмzaм var...:D
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 54

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}