Ramil Səfərov: “Bu, ədalətin bərpasıdır” - AÇIQLAMA

 
Ramil Səfərov: “Bu, ədalətin bərpasıdır” - AÇIQLAMA

Bir qədər əvvəl Bakıya gətirilən Azərbaycan ordusunun zabiti APA-ya açıqlama verib. Bu olaydan çox şad olduğunu, fikirlərini ifadə etməyə çətinlik çəkdiyini söyləyən R.Səfərov başda Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyev olmaqla hər kəsə təşəkkür edib: “Bu, ədalətin bərpasıdır. Bu mənim üçün bir az gözlənilməz oldu. İndi ətrafımda həddən artıq çoxlu sayda insan var. Ümidvaram ki, daha sonra suallarınıza ətraflı cavab verə biləcəyəm”.

Qeyd edək ki, bu gün Azərbaycanın Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub.

Azərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb.


APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H. Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.


Ramil Səfərov: “Bu, ədalətin bərpasıdır” - AÇIQLAMA



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

R.S.Səfərovun əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 31 avqust 2012, 14:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

I. 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin.

II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2012-ci il.


Geri dön

✰Dгeaм✰

  • 5 sentyabr 2012 16:43
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
Nigar Hebibova,

Deymez...

frog

  • 2 sentyabr 2012 14:59
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
SHUKUR KI BU DA OLDU ALLAH OZU QORUSUN SENI VE AILENI

Dj Nara

  • 1 sentyabr 2012 22:59
  • Məqalə: 0
  • Şərh: 1198
  • Bal:
{awards}
WUKUR OLSUN ALLAHA DONDUN

✰GlaMurKa✰

  • 1 sentyabr 2012 22:39
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
Coxx sevindim VALLAH SUKUR ALLAHA smile

_Natiq_

  • 1 sentyabr 2012 19:56
  • Məqalə: 12
  • Şərh: 304
  • Bal:
{awards}
cox sevindim tesekkurler

--------------------

Aysel Aliyeva

  • 1 sentyabr 2012 19:04
  • Məqalə: 7
  • Şərh: 267
  • Bal:
{awards}
xebere gore twk..sevindim

lie to the world

  • 1 sentyabr 2012 18:52
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
xeberi ilk burda bilmiwdim dunen...bunada o qeder cox sevinmiwemki her kimi gorsen bu haqda daniwiram...cox sagol canim xebere gore...

--------------------

come back

  • 1 sentyabr 2012 18:48
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
sevincimin heddi hududu yoxdur o qeder sevinirem. smile

Prank girl

  • 1 sentyabr 2012 18:38
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tsk edirem xebere gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

my angel__

  • 1 sentyabr 2012 18:22
  • Məqalə: 291
  • Şərh: 10842
  • Bal:
{awards}
coooxxx sevindim...hele facede yazilibki 8 iil onu gozleyen niwanisi var

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

Re►PLay

  • 1 sentyabr 2012 18:21
  • Məqalə: 11
  • Şərh: 2884
  • Bal:
{awards}
xebere gore tesekkurler...

solnuska

  • 1 sentyabr 2012 18:13
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
LAP YAXSI TWK SEVINDIK

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GoDDeSSS

  • 1 sentyabr 2012 18:04
  • Məqalə: 0
  • Şərh: 2240
  • Bal:
{awards}
hmmm ..lap yaxsi...tewekkurler

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 733
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 207
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}